Ana səhifə
Naviqasiyaya keç
Axtarışa keç
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 199.888 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Azərbaycan mifologiyası — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. Azərbaycan mifoloji süjetləri və personajlarının formalaşmasında Mesopotamiya, İran və türk mifologiyalarının təsiri olmuşdur. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Ərgənəqon", "Oğuz", "Kitabi-Dədə Qorqud" dastanlarından və "Oğuznamə"dən götürür. Eyni zamanda, Azərbaycan mifologiyası ilə bağlı bəzi süjet və personajlarda Avesta və Gilqameş dastanı kimi Qədim Şərq ədəbi abidələrinin təsiri də müşahidə edilir. Azərbaycan mifləri yerli ritualizm, kult inancları, totemizm və şamanizmin təsirinə məruz qalmışdır. İslam dininin qəbul edilməsindən sonra (VIII–IX əsrlər), Azərbaycan xalq nağılları və miflərinə bu dinin mifologiyası ilə əlaqədar süjet və personajlar daxil olmuş, müxtəlif İslam ideyaları hekayə strukturuna əlavə edilmişdir. Azərbaycan şər varlıqları arasında cinlər İslam ənənəsinin, divlər və pərilər zərdüştlüyün, hal anası və ərdov isə şamanist ideyanın məhsuludur. |
Həftənin yaxşı məqaləsi
Zeynəb Bəyim — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir.
Həftənin seçilmiş siyahısı
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı — "Süngər Bob Kvadrat Şalvar" "Nickelodeon" üçün okean bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Cizgi serialındakı hadisələr "Bikini Bottom" adlı uydurma sualtı şəhərində cərəyan edir və digər personajları qıcıqlandıran həddindən artıq optimist olan Süngər Bob Kvadrat Şalvar adlı dəniz süngərinin macəraları haqqında bəhs edir. Şounun bir çox ideyaları Hillenburqun 1980-ci illərin ortalarında düzəltdiyi "The Intertidal Zone" adlı nəşr olunmamış, maarifləndirici komiksə əsaslanır. O, Süngər Bob Kvadrat Şalvar cizgi serialının üzərində işləməyi "Rokkonun müasir həyatı" adlı başqa "Nickelodeon" serialının ləğvindən sonra başladı, Hillenburqun özü də sonuncunun rejissorlarından biri olmuşdur. |
Xəbərlər
- Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədov (şəkildə) vəfat edib.
- İsrailin Livanın paytaxtı Beyruta hava hücumu nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.
- Azərbaycan Milli Məclisinin VII çağırışı formalaşıb və məclisin ilk iclası keçirilib.
- Hizbullah üzvlərinin Livan və Suriyada istifadə etdikləri elektron cihazların partlaması nəticəsində azı 42 nəfər ölüb, minlərlə insan yaralanıb.
Aktual hadisələr: HƏMAS–İsrail müharibəsi • İsrail–Hizbullah münaqişəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Bilirsinizmi…
- ... ki, 1995-ci ildə qəbul edilən Belarus gerbi (şəkildə) sovet ənənəsini davam etdirmək məqsədini daşıyırdı?
- ... ki, yunan mifologiyasında Zevsin məşuqəsi İo münasibətləri Heradan gizli qalsın deyə inəyə döndərilmiş, at milçəyi tərəfindən təqib olunduqdan sonra Misirdə yenidən insan formasına qayıtmışdır?
- ... ki, Türkiyə futbolçusu Mustafa Xeyri Azərbaycan çempionatında çıxış edən, həmçinin qol və avtoqol vuran ilk legioner futbolçu olub?
- ... ki, Soyon ilk mahnılarından olan "Idle Song" adlı mahnısını "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas musiqisindən ilham alaraq ərsəyə gətirib?
- ... ki, Yaponiyada yerləşən və taksidermiyaya həsr olunmuş Şiqa Safari Muzeyində sərgilənən bütün heyvanlar tək bir ovçu tərəfindən ovlanıb?
Tarixdə bu gün
25 oktyabr: Hepatit virusunun kəşfi, Çinin BMT-yə qəbul edilməsi.
1913 — "Arşın mal alan" operettasının ilk tamaşası Tağıyev teatrında səhnələşdirildi.
1962 — Karib böhranı: ABŞ-ın BMT-dəki səfiri Adlay Stivenson BMT iclasında Kubada yerləşmiş Sovet raketlərinin kosmosdan çəkilmiş şəkillərini nümayiş etdirdi.
1971 — Çin BMT-yə qəbul edildi
1984 — Hepatit virusu kəşf edildi.
2001 — Microsoft Windows XP əməliyyat sistemi satışa çıxarıldı.
2006 — ABŞ-da ilk Azərbaycan məktəbi açıldı.
2007 — Airbus A380 ilk kommersiya uçuşunu həyata keçirdi.
Digər günlər: 24 oktyabr – 25 oktyabr – 26 oktyabr
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi