Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 199.831 məqalə mövcuddur.
Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında — 2021-ci ilin 24 iyul–8 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində baş tutan XXXII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarında 44 idmançı ilə 14 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarını 7 medalla (3 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib oldu. XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 67-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı. |
İsmayıl xan Ziyadxanov — Azərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri.
Türk Ədəmi-Mərkəziyyət Firqəsinin və "Müdafiə" təşkilatının qurucularındandır. Mart soyqırımı dövründə Şamaxı və Göyçay qəzalarında daşnak qüvvələrinə qarşı mübarizə aparıb. 1918-ci ilin sentyabr ayında başlamış Qarabağ hərəkatında iştirak edib. Aprel işğalından sonra bolşeviklər tərəfindən məhkəməsiz güllələnib. İsmayıl xan Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. Çar ordusunun və Azərbaycan Cümhuriyyəti Ordusunun zabiti olmuş Şahverdi xan Ziyadxanın və Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini və Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri olmuş Adil xan Ziyadxanovun qardaşıdır. |
- Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədov (şəkildə) vəfat edib.
- İsrailin Livanın paytaxtı Beyruta hava hücumu nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.
- Azərbaycan Milli Məclisinin VII çağırışı formalaşıb və məclisin ilk iclası keçirilib.
- Hizbullah üzvlərinin Livan və Suriyada istifadə etdikləri elektron cihazların partlaması nəticəsində azı 42 nəfər ölüb, minlərlə insan yaralanıb.
Aktual hadisələr: İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
- ... ki, tarixçi Müctəba Minovi Pəhləvi İranının gerbindəki "Aslan və Günəş" simvolikasının (şəkildə) türkmənşəli olduğu üçün dəyişdirilməsini təklif edib?
- ... ki, anası keçmiş kölə olan Meri Ceyn Patterson bakalavr dərəcəsi əldə etmiş ilk afroamerikalı qadın olub?
- ... ki, hər il baş tutan Vilya de Leqanes Kubokunun qaliblərinə "Qızıl xiyar" mükafatı, ikinci yeri tutanlara isə "Gümüş xiyar" mükafatı təqdim olunur?
- ... ki, Türkiyə mətbəxinə aid olan mənəmən adını İzmirin eyniadlı ilçəsindən alıb?
- ... ki, Rusiyayameyilli "Krım Kommunistləri İttifaqı" o dövrdə Ukraynadakı ilk və yeganə marksist–leninist partiya olub?
Digər günlər: 19 oktyabr – 20 oktyabr – 21 oktyabr
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi