Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 199.828 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Azərbaycan mifologiyasıazərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. Azərbaycan mifoloji süjetləri və personajlarının formalaşmasında Mesopotamiya, İrantürk mifologiyalarının təsiri olmuşdur. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Ərgənəqon", "Oğuz", "Kitabi-Dədə Qorqud" dastanlarından və "Oğuznamə"dən götürür. Eyni zamanda, Azərbaycan mifologiyası ilə bağlı bəzi süjet və personajlarda AvestaGilqameş dastanı kimi Qədim Şərq ədəbi abidələrinin təsiri də müşahidə edilir. Azərbaycan mifləri yerli ritualizm, kult inancları, totemizm və şamanizmin təsirinə məruz qalmışdır. İslam dininin qəbul edilməsindən sonra (VIII–IX əsrlər), Azərbaycan xalq nağılları və miflərinə bu dinin mifologiyası ilə əlaqədar süjet və personajlar daxil olmuş, müxtəlif İslam ideyaları hekayə strukturuna əlavə edilmişdir. Azərbaycan şər varlıqları arasında cinlər İslam ənənəsinin, divlər və pərilər zərdüştlüyün, hal anası və ərdov isə şamanist ideyanın məhsuludur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Zeynəb BəyimSəfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı"Süngər Bob Kvadrat Şalvar" "Nickelodeon" üçün okean bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Cizgi serialındakı hadisələr "Bikini Bottom" adlı uydurma sualtı şəhərində cərəyan edir və digər personajları qıcıqlandıran həddindən artıq optimist olan Süngər Bob Kvadrat Şalvar adlı dəniz süngərinin macəraları haqqında bəhs edir. Şounun bir çox ideyaları Hillenburqun 1980-ci illərin ortalarında düzəltdiyi "The Intertidal Zone" adlı nəşr olunmamış, maarifləndirici komiksə əsaslanır. O, Süngər Bob Kvadrat Şalvar cizgi serialının üzərində işləməyi "Rokkonun müasir həyatı" adlı başqa "Nickelodeon" serialının ləğvindən sonra başladı, Hillenburqun özü də sonuncunun rejissorlarından biri olmuşdur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli