Content-Length: 156267 | pFad | https://az.wikipedia.org/wiki/#cite_ref-_106c39847c4c8af3_4-0

Vikipediya, azad ensiklopediya Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 201.669 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
StoaçılıqQədim YunanıstandaQədim Romada çiçəklənmiş ellinist fəlsəfə məktəbi. Stoiklər evdemoniyaya – səadətli, çiçəklənən bir həyata nail olmaq üçün fəzilət təcrübəsinin kifayət olduğuna inanırdılar. Stoiklər buna nail olmağın yolunu gündəlik həyatda cəsarət və ya təmkinlilik kimi müəyyən fəzilətləri tətbiq etmək, ya da təbiətə uyğun yaşamaq kimi müəyyən etmişdilər. E.ə. 300-cü ildə Kitiyalı Zenon tərəfindən qədim Afina aqorasında qurulmuşdur. Aristotel etikası ilə yanaşı, stoik ənənə fəzilət etikasının əsas qurucu yanaşmalarından birini təşkil edir. Stoiklər xüsusilə insanlar üçün "fəzilətin yeganə xeyir" olduğunu və sağlamlıq, zənginlik və zövq kimi xarici şeylərin özlüyündə yaxşı və ya pis olmadığını (adiafora), "fəzilətin hərəkət etməsi üçün material" kimi dəyərə malik olduğunu öyrətməklə tanınırlar. SenekaEpiktet kimi bir çox stoiklər vurğulayırdılar ki, "xoşbəxtlik üçün fəzilət kifayət" olduğuna görə bir müdrik bədbəxtliyə emosional olaraq dözümlü olmalıdır.

(Davamı...)


Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Mustafa Fəhmi XubilayTürkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menəmən hadisəsi zamanı Menəməndə iki məhəllə gözətçisi ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı əsnasında Dərviş Mehmet tərəfindən öldürülmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur. O, Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə yad edilmişdir. Bu ləqəb onun həyatında mühüm yer tutmuş və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlanmışdır. Xubilay təyin olunduğu məktəblərin birində tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla ailə həyatı qurmuş və onların bir oğlu olmuşdur. Xatirəsinə bir çox əsərlər ithaf edilmiş və müxtəlif obyektlərə onun adı verilmişdir. Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur.

(Davamı...)


Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Qurban Qurbanovun milli komandada vurduğu qolların siyahısıQurban Qurbanov hücumçu mövqeyində oynamış keçmiş Azərbaycan futbolçusudur. O, hazırda Ağdamın "Qarabağ" klubunun (2008-ci ildən) baş məşqçisidir. Qurbanov, Emin Mahmudov ilə birlikdə Azərbaycan milli futbol komandasının ən məhsuldar iki oyunçusundan biridir. Keçmiş hücumçu, 1992–2005-ci illərdə çıxış etdiyi Azərbaycan millisin heyətində ümumilikdə 68 oyun keçirib, 14 qol vurub. Qurbanov 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoxlama oyununda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, matçın 46-cı dəqiqəsində Mahmud Qurbanovu əvəzləyib. Qurbanov millinin heyətində sonuncu oyununa 7 sentyabr 2005-ci ildə DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya ilə keçirilən qarşılaşmada çıxıb.

(Davamı...)


Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://az.wikipedia.org/wiki/#cite_ref-_106c39847c4c8af3_4-0

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy