23° şm. e. 47° ş. u.HGYO

Ərəbistan yarımadası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ərəbistan yarımadası
ar/شبه الجزيرة العربية
Kosmosdan görünüşü
Kosmosdan görünüşü
Ümumi məlumatlar
Sahəsi 3250000 km²
Yerləşməsi
23° şm. e. 47° ş. u.HGYO
Akvatoriya Qırmızı dəniz, Fars körfəzi, Ərəb dənizi, Oman körfəzi, Ədən körfəzi
Ölkələr
Ərəbistan yarımadası xəritədə
Ərəbistan yarımadası
Ərəbistan yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərəbistan yarımadası (ərəbcə شبه الجزيرة العربية, şibhu l-cəzīrəti l-ʿərəbiyyə) — Cənub-Qərbi Asiyada yarımada. Sahəsinə görə dünyada ən böyük yarımadadır.

Şərqdə Fars körfəziOman körfəzi, cənubda Ərəb dəniziƏdən körfəzi, qərbdə Qırmızı dəniz ilə əhatə olunub.

Geoloji cəhətcə yarımada Yerin Ərəb təbəqəsini təşkil edir. Vaxtı ilə o Afrika kontinental kütlənin bir hissısini təşkil edib. Ərəbistan yarımadası tamamilə səhralarla örtülüb. Onun şimal hissəsində Nefud, cənub hissəsində isə Rub əl-Xali səhraları yerləşir.

Ərəbistan yarımadasında və ətrafındakı adalarda Səudiyyə Ərəbistanı, Yəmən,Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt yerləşir. Yarımadaya yaxın ərazidə Misir, İsrail, İordaniyaİraq yerləşir.

Coğrafi xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Ərəbistan yarımadası Asiya qitəsinin cənub-qərbində böyük yarımada olmaqla Asiyadan İran körfəzi vasitəsilə ayrılır. Bu yarımada Hind okeanının bir hissəsini və onunla əlaqədar Suriya-Ərəbistan səhrasını birləşdirir. Ərəbistan yarımadası, Ərəbistan dənizi, Qırmızı dəniz və İran körfəzi ilə üç tərəfdən əhatə olunub. Ərəbistanın sahəsi Sinay yarımadası və Suriya sərhədlərinin daxil etməklə 3.158.000 km²-dir. Bu da Avropa qitəsinin ərazisinin 25%-nə bərabərdir. Yarımadanın böyük hissəsi səhradır. Yaşıl vahələr və məhsuldar torpaqlar çox azdır. Ərəbistanda heç bir böyük çay yoxdur. Çünki həddindən artıq qızan qum suları tez qurudur. Ərəbistanda elə illər olur ki, heç yağış yağmır. Ərəbistanda ən məhsuldar torpaq sahələri Yəməndə, Qırmızı dənizin cənub-qərb sahillərində yerləşir. Ona görə bu vilayət həmişə məhsuldar və əhalisi çox olmuşdur.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]