3G
Mobil telefon nəsillərinin siyahısı |
---|
Analoq |
Rəqəmsal |
Mobil telekommunikasiya |
3G — üçüncü nəsil rabitə texnologiyası. 3G-dəki G (generation) hərfinin ingilis dilindən dilimizə anlamı da "nəsil" deməkdir. Təqdim etdiyi xidmətlər arasında mobil istifadəçilər üçün geniş sahədə kabelsiz telefon əlaqələri, görüntülü əlaqələr və verilənlərin kabelsiz ötürülməsi mövcuddur. Bu texnologiya 1998-ci ildə Yaponiyanın NTTdocomo şirkəti tərəfindən yaradılmışdır. 2002-ci ildən Amerikada, 2003-cü ildən isə Avropada istifadə olunmağa başlamışdır.[1]
Bu sistem yalnız sürətli internet şəraitində işlədiyindən internet sürətinin dəfələrlə artırılmasını və yaxşılaşdırılmasını tələb edir. 3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir. Sürətdəki bu artım xüsusilə internetə daxilolmanı asanlaşdırır. 3G vasitəsilə həm də telefondan görüntülü danışıq artıq bizdə də həqiqətə çevrilib. Bu sistem mobil internet sürətinin azı 70 qat artması deməkdir. Bu isə həm də mobil telefondan modem kimi istifadə edilməsi imkanını əldə edilməsi deməkdir. Bu yenilik cib telefonundan televiziyaya baxmaq imkanı yaratmaqla yanaşı səhiyyə xidmətlərində də inqilab sayıla biləcək yeniliklər gətirə bilər. Səhiyyə xidmətləri ən ucqar kəndlərə qədər gedib çata bilər. Bu texnologiyanın dəstəyi ilə birlikdə həkim xəstənin cib telefonundan onun ümumi halını öyrənmək imkanı əldə edə biləcək. Lakin bu vasitələr hələ də xəstənin daha dərindən müayinə edilməsinə imkan verməyəcək (məs. rentgen şüasına malik olan aparatın olmadığı halda telefon vasitəsilə adi görüntüdən yararlanma imkanı və s.) Bunun Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada nümunələri vardır.[2]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "3G". 2013-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
- ↑ ""Görəsən, bu 3G nədir belə?!"". 2012-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-17.