Roma vətəndaşlığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qədim Roma tarixi

lat. Senatus Populusque Romanus
Senat və Roma xalqı
Dövrlər
Roma çarlığı

( e. ə. 754 e. ə. 509)

Roma Respublikası

( e. ə. 509 e. ə. 27)

Roma İmperiyası

( e. ə. 271453-cü illər)

Respublika konstitusiyası
Magistratlar
Fövqəladə magistratlar
Titullar
Sülalələr
Əhali, inzibati və sosial tərkib
Qədim Romada hüquq

Roma vətəndaşlığı — Qədim Romada, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan faydalana bilən yüksək sosial və hüquqi status. Qədim Roma qnunvericiliyində vətəndaşlıq daşıyıcısı kişi sayılıdı. Qadınlar vətəndaşlığa və mülkiyyətə sahib olsalar da onlar onun daşıyıcıları sayılmırdılar. Qullar vətəndaşlıqdan mərum olsalar da Antonin Piyin zamanında bir sıra fərdi hüquqlara malik olmuşdular (qulu ağası tərəfindən öldürülməsi perqrinin öldürülməsinə bərabər tutulurdu). Azad olunmuş sakinlər dərhal Roma vətəndaşlığı qazanmış olurdular. Lakin onlar keçmiş ağası qarşısında bəzi mükəlləfiyyətlərə malik olurdular. Buna müştəri ya müttəfiq asılılığı deyilirdiki, buzaman azadlığa buraxılmış öz keçmiş ağasının seçilməsində ona dəsək verməli, onun rəhbəriyi altında həbi işə xidmə göstərməli, bunun müqabilində ağa ona məhkəmə işlərində, ailəsindən kiminsə satın alınmasında qəyyumluq edirdi. E.ə. 49–45-ci il Vətəndaş müharibəsindən sonra Yuli Sezar bütün Italiya ərazisi və Sizalpiya Qalliyası sakinlərinə Roma vətəndaşlığı vermiş olur.

  • Latın vətəndaşlığı — ilkin olaraq Roma tərəfindən istila olunmuş İtaliya sakinlərinə — italiklərə şamil edilirdi sonralar e.ə. 49-cu ildə italiklər Roma vətəndaşlığı qazanmış olurlar. Sonralar latın vətəndaşlığı Roma müttəfiqlərinə və müştərilərinə şamil edilirdi. Latın vətəndaşlığı seçki hüququ və hərbi mükəlləfiyyətə malik olmadığından "ikinci dərəcəli vətəndaşlıq" sayılırdı.

Roma vətəndaşının hüquqları

[redaktə | vikimətni redaktə et]
  • lat. Jus suffragiorum. Komisia tribununda səsvermə hüququ. (e.ə. I əsrə qədər)
  • lat. Jus honorum. Mülki və hərbi xidmət hüququ.
  • lat. Jus commercii. Tam əxsi mülkiyyət və müqavilə bağlamaq hüququ.
  • lat. Jus gentium. E.ə. III əsrdə mövcud olmuş vətəndaş və vətəndaş olmayanlar — preqrinlər arasındakı mübahisəni çözmək üçün istifadə olunan hüquq anlayışı.
  • lat. Jus connubii. Qanuni nikah hüququ, bu hüquq qanuni nikahdan doğulmuş uşaqlara Roma vətəndaşlığı hüququ verirdi.
  • lat. Jus migrationis. İmperiya əyalətlərinə köçdükdə Roma vətəndaşlığını qoruma hüququ.
  • Roma vətəndaşına qarşı işgəncə, cismani cəza və dövlət xayinliyinə görə ölüm cəzası tətbiq olunmurdu.

Yalnız Roma vətəndaşlığı olanlar toqa geyinə bilərdilər.