Siciliya
Siciliya | |||||
---|---|---|---|---|---|
Sicilia Sicìlia | |||||
|
|||||
37°35′59″ şm. e. 14°00′55″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Palermo | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 15 may 1946 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 3.340 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | IT-82 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Siciliya[3] — Aralıq dənizində ən böyük ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 25460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m). Tez-tez zəlzələlər olur. Faydalı qazıntıları: kükürd, neft, təbii qaz və s. İqlimi Aralıq dənizi tipli subtropikdir. Etnanın zirvəsi ilin 9 ayı qarla örtülü olur. İllik yağıntı düzənliklərdə 400–600 mm, dağlarda 1200–1400 mm. Çayların çoxu yayda quruyur. Torpaqları əsasən, dağ-qəhvəyi və qırmızıdır. Makvis, qariqa və Aralıq dənizi tipli çöl bitkiləri geniş yayılmışdır. Adanı Siciliya boğazı Bon yarımadasından, Messina boğazı isə Apennin yarımadasından ayırır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Siciliyadakı ilk yaşayış məskənlərinin əsası e.ə 8-ci yüzillikdən başlayaraq karfagenlilər və yunanlar tərəfindən qoyulub. E.ə. 734-cü ildə Etna dağının şərq yamacında əsası qoyulmuş Naksos Siciliyada ən qədim yunan koloniyası hesab edilir. E.ə. 431–404-cü illərdə baş vermiş Peloponnes müharibəsinin gedişatında Afinalar Siciliyanı tutmağa çalışsa da, müvəffəqiyyətsizliyə uğradılar. E.ə. 241-ci ildə Birinci Pun müharibəsinin nəticəsində Siciliya Qədim Romanın ilk əyaləti kimi onun tərkibinə qatıldı və 440-cı ildə Roma imperiyasından ayrıldı. Erkən orta əsrlərdə Siciliya vandalların (V əsrdə), ostqotların (VI əsrdə) və Bizans imperiyasının (535-ci ildən etibarən) nəzarətində olub. 888-ci ildə ərəblər Siciliyanı tutaraq buraya İslam dinini gətiriblər. Ərəblərin hakimiyyətdə olduğu dövrdə adada yarımmüstəqil Siciliya əmirliyi mövcud olub. XI əsrdə adanı normanlar işğal edib. XII–XIII əsrlərdə Siciliya krallığı qurulub.
İnzibati bölgüsü
[redaktə | vikimətni redaktə et]Əyalətlər | İnzibati mərkəzlər | Sahəsi (km2) | Əhalisi[4] | Əhali sıxlığı (nəfər/km2) |
---|---|---|---|---|
Aqricento | Aqricento | 3,042 | 453,594 | 149.1 |
Kaltanissetta | Kaltanissetta | 2,128 | 271,168 | 127.4 |
Kataniya | Kataniya | 3,552 | 1,090,620 | 307.0 |
Enna | Enna | 2,562 | 172,159 | 67.2 |
Messina | Messina | 3,247 | 652,742 | 201.0 |
Palermo | Palermo | 4,992 | 1,249,744 | 250.3 |
Raquza | Raquza | 1,614 | 318,980 | 197.6 |
Sirakuza | Sirakuza | 2,109 | 403,559 | 191.3 |
Trapani | Trapani | 2,460 | 436,240 | 177.3 |
Şəhərlər | Əhalisi 31 dekabr 2008 |
---|---|
Palermo (Palermo əyaləti) |
656.358 |
Kataniya (Kataniya əyaləti) |
295.155 |
Messina (Messina əyaləti) |
242.812 |
Sirakuza (Sirakuza əyaləti) |
123.448 |
Marsala (Trapani əyaləti) |
82.565 |
Cela (Kaltanissetta əyaləti) |
77.165 |
Raquza (Raquza əyaləti) |
73.455 |
Trapani (Trapani əyaləti) |
70.688 |
Vittoriya (Raquza əyaləti) |
63.033 |
Kaltanissetta (Kaltanissetta əyaləti) |
60.225 |
Aqricento (Aqricento əyaləti) |
59.108 |
Baqeriya (Palermo əyaləti) |
56.093 |
Modika (Raquza əyaləti) |
55.074 |
Açireale (Kataniya əyaləti) |
52.962 |
Madzara del Vallo (Trapani əyaləti) |
51.429 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Italian National Institute of Statistics. 1926.
- ↑ ASE, VIII cild, Bakı, 1984, səh. 466
- ↑ Population may 2011, data from Demo Istat Arxivləşdirilib 2011-07-01 at the Wayback Machine. Demo.istat.it. Retrieved on 2012–12–18.