Tanzaniya
Tanzaniya | |||||
---|---|---|---|---|---|
Jamhuri ya Muungano wa Tanzania | |||||
| |||||
Uhuru na Umoja (suah. Azadlıq və Birlik) | |||||
Himn: Mungu ibariki Afrika |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Dodoma (qanunverici paytaxtı) Dar əs Salam (inzibati mərkəz) |
||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Samia Suluhu Hassan | ||||
Vise Prezident | Philip Isdor Mpango | ||||
Baş Nazir | Kassim Majaliwa | ||||
Sahəsi | Dünyada 31-ci | ||||
• Ümumi | 94503 km² | ||||
• Su sahəsi (%) | 6,2 | ||||
Əhalisi | |||||
• Əhali | 44,928,923 [1] nəfər (27-ci) | ||||
• Sıxlıq | 41,1 nəf./km² | ||||
• Ümumi | 70.655.628.141 $[3], 75.709.289.056 $[3] | ||||
İnternet domeni | .tz | ||||
ISO kodu | TZ | ||||
BOK kodu | TAN | ||||
Telefon kodu | +255 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][4] | ||||
Un-tanzania.png | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tanzaniya (rəsmi adı Tanzaniya Birləşmiş Respublikası) — Şərqi Afrikada dövlət.
Siyasi və coğrafi mövqeyi
[redaktə | vikimətni redaktə et]1964-cü ildə iki müstəqil respublikanın-Tanqanika və Zanzibar, həmçinin Hind okeanında yerləşən Pembi adalarının birləşməsi nəticəsində yaranmışdır. Şimalda - Keniya və Uqanda, qərbdə - Ruanda, Burindi və Konqo Demokratik Respublikası (Tanqanika gölü ilə), cənubda - Zambiya, Malavi və Mozambiklə, şərqdə Hind okeanı ilə həmsərhəddir. Ərazisi 945,203 kv. km.,(Ərazisinə görə dünyada 31-ci yeri tutur), 2013-cü ildə aparılmış siyahıya almanın rəsmən elan olunmuş yekunlarına əsasən əhalisi 48 261 942 nəfərdir ( əhalisinə görə dünyada 27-ci yeri tutur). Tanzaniyanın tərkibinə Zanzibar, Pemba, Mafiya adaları daxildir. Ən böyük ada Zanzibar (sahəsi 1,7 min kv. km) adasıdır.
Adın etimologiyası
[redaktə | vikimətni redaktə et]"Tanzaniya" sözü bu dövlətin tərkibinə daxil olan iki keçmiş müstəmləkənin - Tanqanikanın və Zanzibarın adlarının kombinasiyası nəticəsində yaranmışdır. Tanzaniyanını iki paytaxtı var. Ölkənin inzibati mərkəzi kimi tarixi paytaxt Dar-es-Salam şəhəri, qanuni paytaxtıisə hələ XX əsrin 70-ci illərində hökumətin əsas orqanlarının köçürüldüyü Dodoma şəhəridir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Tanzaniya bəşəriyyətin ən qədim ərazilərindən biri sayılır. Tanzaniya ərazisində e.ə.3 mln. il bundan əvvələ aid qədim insan məskənləri, onların istifadə etdikləri əmək alətləri arxeoloqlar tərəfindən müəyyən olunmuşdur. E.ə. I minillikdə əhalinin əksəriyyəti buşmen, hottentot və kuşit dillərində danışır, ovçuluq və yığıcılıqla məşğul olurdular. Eramızın əvvəllərində ölkə ərazisində bantular məskunlaşmış, yerli əhali ilə assimilyasiya olunmuş etno-ərazi qrupları yaranmışdı.
Təxminən I minilliyin ortalarında müasir Tanzaniyanın dəniz sahillərində qul ticarəti ilə məşğul Sasani, az sonra isə ərəb tacirləri göründülər. Məhz bu dövrdə bu ərazidə yeni suaxili etnik birliyi formalaşmağa başladı. Bu etnik birliyin tərkibini yerli tayfalarla yanaşı İrandan, Ərəbistandan və hətta Hindistandan gələnlər təşkil edirdilər. Suaxililər beynəlxalq ticarətlə məşğul olur, Afrikadan qul, qızıl, fil dişi aparır, buraya Asiya ölkələrindən sənətkarlıq məhsulları, parça, ərzaq məhsulları gətirirdilər. Orta əsrlərdə Tanzaniyanın dəniz sahillərində, yaxın adalarda şəhərlər salınmış, ticarət, kustar sənətkarlıq inkişaf etmişdir.
XV-XVIII əsrlərdə Tanzaniya portuqaliyalılarla ərəblər arasında müharibə meydanına çevrilmişdir. Portuqaliyalılar Tanzahiya ərazisindəki şəhər-dövlətləri əsarət altına almışlar. XVII-XVIII ölkə ərazisində bir neçə etnik konselidasiya zonaları formalaşmışdır. Bunun nəticəsində şambala, çaqqa, xexe, xaya xalqlarının ittifaqları yarandı. Bu ittifaq Klimancaro yamaclarından başlayaraq Hind okeanı sahillərinə qədər olan əraziləri birləşdirirdi.[5]
İqlimi
[redaktə | vikimətni redaktə et]Tanzaniyanın iqlimi subekvatorialdır. Şimalda ildə iki dəfə (mart-may və sentyabr-noyabr ayları), cənubda ildə bir dəfə (noyabr-aprel) yağışlar mösümüdür. Adalarda iqlim rütubətlidir, gündəlik orta temperatur müsbət 28-30 dərəcədir. Hind okeanında suyun temperaturu 24-26 dərəcədir. Ölkənin mərkəzi hissəsində (dəniz səviyyəsindən 1200-1700 metr yüksəklikdə) orta temperatur müsbət 22-25 dərəcədir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]2014-cü il məlumatına görə əhalinin sayı 50 mln. nəfərə yaxındır. Əhali kifayət qədər qeyri-bərabər yerləşmişdir. Ölkə əhalisinin 80 faizə yaxın kənd yerlərində yaşayır. Tanzaniyanın ən iri şəhəri Dər-es-Salam şəhəridir. Ölkədə 120-yə yaxın müxtəlif etnik qruplaşmalar yaşayır, onlardan ən çox saylıları - sukuma, nyambezi,caqqa, nqonde, xaya, xeke, bena, qoqo və makonde etnik qruplarıdır. Etnik qrupların çoxu bantu xalqına, bir hissəsi isə nilot və koysan xalqlarına aiddir. Tanzaniyada əhalinin bir hissəsini də hindlilər, ərəblər, avropalılar, çinlilər və digər xalqların nümayəndələridir.
15 yaşa qədər olanlar əhalinin 44,3 %-ni, 65 yaşdan yuxarı olanlar 2,6 % təşkil edir. Əhalinin orta yaşı 17,8 ildir. 2011-ci il məlumatına görə orta ömür müddəti 58 ildir. Əhalinin orta təbii artımı 2 %-ə yaxındır. Hər 1000 nəfərə düşən doğum - 32,64, ölüm-12,09 faizdir.
Dövlət quruluşu
[redaktə | vikimətni redaktə et]Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan Respublika günü 26 apreldə (1964) qeyd olunur. Tanzaniya Birləşmiş Respublikasının Konstitusiyası 25 aprel1977-ci ildə qəbul edilmişdir.
Dövlət başçısı
[redaktə | vikimətni redaktə et]Dövlətin və hökumətin başçısı, habelə silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident, ümumxalq seçkilərində ardıcıl iki dəfədən çox olmamaqla 5 il müddətinə seçilir. Dövlət başçısı Baş Naziri və Parlamentin üzvləri arasından seçdiyi Nazirlər Kabinetinin üzvlərini təyin edir. Bundan əlavə, Prezident Milli Məclisə üzv olmayan 10 nəfərin Hökumətdə təmsil olunması üçün təyinat vermək səlahiyyətinə malikdir. Dövlətin idarə edilməsində dövlət başçısına vitse-prezident köməklik edir.
Qanunverici hakimiyyət
[redaktə | vikimətni redaktə et]Konstitusiyaya görə üzvləri 5 illik müddətə seçilən, bir palatalı 357 yerlik Milli Məclisdir. Parlamentə 260 üzv ümumxalq səsverməsi yolu ilə, 5 deputat isə Zanzibar Nümayəndələr Palatası vasitəsilə seçilir, habelə dövlət başçısının səlahiyyətinə aid olan 81 yer qadınlar üçün nəzərdə tutulur və 11 üzv Prezident tərəfindən təyin edilir. Qanunvericilik hakimiyyətini Nazirlər Kabineti ilə birlikdə həyata keçirən ali qanunverici orqan həm Federasiya, həm də xüsusi olaraq ölkənin materik hissəsi üçün qanunlar qəbul edir.
İcraedici hakimiyyət
[redaktə | vikimətni redaktə et]Prezidentin, vitse-prezidentin, Baş nazirin, Zanzibar Muxtar Respublikası Prezidentinin və bütün nazirlərin üzv olduğu Nazirlər Kabinetinə (26 nazirlikdən ibarətdir) Prezidentin təyin və Parlamentin təsdiq etdiyi Baş nazir rəhbərlik edir. Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir nazirliklərin fəaliyyətini əlaqələndirmək, habelə ölkə Prezidentinin fərman və sərəncamlarını icraya yönəltmək səlahiyyətlərinə malikdir.
Məhkəmə hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Britaniya, islam və qəbilə məhkəmə-hüquq sisteminə əsaslanan Tanzaniyanın məhkəmə sistemi, hakimləri Prezident tərəfindən təyin edilən Ali Məhkəmədən, Apelyasiya Məhkəməsindən, habelə hərbi və digərixtisaslaşmış yerli məhkəmələrdən ibarətdir.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- [http:/ eb.archive.org/web/20030413193730/http://www.tanzania.go.tz/census/ Arxivləşdirilib 2009-07-16 at the Wayback Machine 2002 census results in Tanzania (official)]
Mənbə
[redaktə | vikimətni redaktə et]- A. Qurbanzadə. Dünya ölkələri. Siyasi-iqtisadi və dialektik coğrafiyası. Bakı, 2013.
- Ə.Həsənov, A.Vəliyev. Dünya ölkələrinin müasir siyasi sistemləri, Bakı, 2013.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Census.gov. "Country Rank. Countries and Areas Ranked by Population: 2013". U.S. Department of Commerce. 2013. 2013-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ 1 2 https://tanzania.go.tz/home/pages/223.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "National Bureau of Statistics Tanzania : Census Population 1967, 1978, 1988 and 2002". 2009-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-28.