Avropanın himni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avropanın himni
Bəstəkar
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avropanın himniAvropanın simvollarından biri olmaqla Avropa İttifaqınınAvropa Şurasının himni. Bethovenin "Doqquzuncu simfoniyası"nın dördüncü hissəsinin əsas mövzusuna instrumental versiyada[1] əsaslanır və hər iki təşkilat tərəfindən rəsmi tədbirlərdə ifa olunur.

Fridrix Şiller 1785-ci ildə "Sevinc üçün oda" poemasını "bəşəri qardaşlığın təntənəsi" kimi yazmışdır. 1823-cü ildə Şillerin ölümündən sonra şeirin sözləri Lüdviq van Bethoven tərəfindən Doqquzuncu Simfoniyasının dördüncü (son) hissəsində istifadə edilmişdir.

Avropa Şurasının Nazirlər Komitəsi 19 yanvar 1972-ci ildə Strasburqda rəsmi olaraq Avropa himnini elan etdi: Lüdviq van Bethovenin 9-cu simfoniyasının 4-cü hissəsi.

Dirijor Herbert fon Karayan Avropa Himninin üç rəsmi instrumental aranjimanını — fortepiano, nəfəs alətləri və simfonik orkestr üçün yazmışdır. O, musiqinin tempini də dəyişib. Karayan Bethovenin yarım notdan istifadə etdiyi dörddəbir notdan istifadə etdi.

4 oktyabr 2010-cu ildə himn ilk dəfə rəsmi idman tədbiri zamanı, Avropa Komandası Amerika Birləşmiş Ştatları komandasını məğlub edərək Ryder Cup qolf turnirində qalib gələndə istifadə edilmişdir.

  1. "The European Anthem". The European Commission. 2012-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.