Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Sevil (opera) — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962, 1967, 1982, 1987-ci illərin nəşlərində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Eldəniz ƏzizliAzərbaycanı təmsil edən yunan-roma güləşçisi. 3 dəfə Dünya, 2 dəfə isə Avropa Çempionatlarının qalibi olan titullu güləşçidir.

Karyerasının birinci illərində Eldəniz Əzizli 3 dəfə (2007, 2008, 2009) gənclər arasında Avropa Çempionatının, 2 dəfə (2010, 2011) yeniyetmələr arasında Avropa Çempionatının qızıl medallarına sahib oldu. 2010 və 2012-ci illərdə isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Eldəniz Əzizli 2018-ci ildən etibarən ardıcıl olaraq altı dəfə Avropa Çempionatında, beş dəfə isə Dünya Çempionatında medallara sahib olub.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Azərbaycan SSR Dövlət mükafatı laureatlarının siyahısıAzərbaycan SSR-də 1970-ci ildən ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə, 1976-cı ildən isə əmək nailiyyətlərinə görə istehsal qabaqcıllarına verilən yüksək mükafat.

Azərbaycan KP MKNazirlər Soveti qərarı ilə mükafata layiq görülən şəxslərə döş nişanı və pul mükafatı verilirdi. Mükafatlar hər iki ildən bir Azərbaycanda sovet hakimiyyətinin qurulması günü (28 aprel) ərəfəsində verilir və laureatların siyahısı mətbuatda dərc edilirdi.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli