Sualtı qayıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sualtı qayıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sovet sualtı qayığı "Akula"

Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir.

Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur.

Qudo Vigevanonun işlədiyi sualtı qayığı (XİV əsr)
Roberto Valturionun qayığı (1472)

İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən AristotelPlini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərinAralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var.

Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var. Texniki cəhətdən təkmilləşdirilmiş sualtı qurğularının inkişafı XV əsrdən başlayarq genişlənir. Belə ki, 1405-ci ildə Nürnberqli silah ustası Konrad Kyezer öz Bellifortis adlanan işində sualtı skafandrı təsvir etmişdir. 1472-ci ildə Roberto Valturio öz sualtı qayığını çəkir və 1515-ci ildə Leonardo da Vinçi bir nəfərlik sualtı maşının layihəsini verir.

Ümumilikdə XİX əsrdə sualtı qayıqlar haqqında olan nəzəri biliklər real işləyən gəmilərin yaradılmasında tətbiq olunmağa başlayır. Su, küləkəzələ gücündən asılı olmayan buxar maşını, elektrik mühərriki, akkumlyatorlar, daxili yanma mühərriklərinin ixtiraları sualtı qayıqların inkişafına təkan vermişdir. Poladın sənaye üsulu ilə istehsalının güclənməsi sualtı qayıqların istehsalı əvvəllər tətbiq olunan, su da bakteriyalara qarşı həsas olan ağacı sıxışdırmağa başalyır. Bundan əlavə Covanni Luppis tərəfindən 1860-cı ildə torpedonun ixtiras ilə sualtı qayıqların hərbi məqsədlrə üçün tətbiqi üçün geniş yol açılır.

İspaniyanın Isaak Peral adlı sualtı qayığı, 1886

XIX əsrin sonlarında müxtəlif dövlətlərin dəniz donanmaları sualtı qayıqlarla maraqlanmağa başlayırlar. İlk növbədə İspaniya, FransaABŞ bu qayıqların layihələndirilməsi üçün müsabiqələr elan edirlər. 1886-cı ildə İspaniya donanması dəniz zabiti İsaak Peral tərəfindən işlənmiş, elektriklə işləyən Peral adlı qayığı xidmətə götürümsinə baxmayaraq onun akkumlyatoru hələ təkmil deyildi. 1881-ci ildə fransız Gubet elektrik mühərrikini ilk dəfə olaraq sualtı qayıqda tətbiq edir. 1888-ci ildən Fransa sualtı qayıqları hazırlayır və dənzi donanmasnın sərəncamına verir. Henri Dupuz və Qustav Zede batareya ilə işləyən sualtı qayığı düzəldirlər. 1899-cu ildə Maksim Laubuf "Narval" adında buxarla işləyən sualtı qayğında təkrar yüklənəbilən batareyad istifadə edilir. 1904-cü ildən başlayaraq Fransa sualtı qayıqlarda daha səssiz işləyən dizel mühərriklərindən istifadə edir.

Dinc məqsədlərlə istifadəsi

[redaktə | mənbəni redaktə et]
Təbiəti seyr etmək üçün sualtı qayıq

Sualtı qayıqlar elmi-tədqiqat məqsədilə geniş istifadə olunur. Yerin geomaqnit sahəsini araşdrma zamanı sualtına batmş qayıq stabil orientasiyaya malik platforma rolunu oynayır.

İlk elmi tdqiqat sualtı qayığı 1914-cü ildə alman zooloqu Şottlenderin ideyası əsasında hazırlanmışdır. Növbəti sualtı qayığı Robert Fultonun layihəsi olan "Nautilus" 1917-ci ildə amerikada hazırlanmış və 1931-ci ildə isə yenidən konstruksia edilərək tədqiqat məqsədilə tətbiq olunmuşdur.

Sualtı qayıqlarından turist məqsədləri üçün də istifadə olunur. İlk turist sualı qayığı 1964-cü ildə Cenevrə dənizində istismara verilmişdir. Son illərdə 100 m dərinlikdə üzə bilən, həcmi 24-64 adam tutumuna malik turist sualtı qayıqları geniş yayılmışdır. Bu gəmilərdə yan tərəflərdə yerləşdirilmiş böyük pəncərələr ətrafı seyr etçəyə xidmət edir. Adətən onlar böyük dəniz kurortlarında məskənləşirlər və sahildən çox da uzaqlaşmayırlar.

Konstruksiyası

[redaktə | mənbəni redaktə et]
VICTORIA sinifinfən olan sualtı qayıqın sxematik təsviri

Müasir sualtı qayıqlar əsasn iki korpusa malik olur: suburaxabilən yüngül gövdə və suburaxmayan əsas gövdə. Birincinin məqsədi qayığa hidrodinamik forma verməkdir. Əsas gövdə isə ən böyük dərliklərdə yaranan təzyiqə tab gətirir. Daxili gövdə aralıq divarları ilə kiçik qəfəslərə bölünür ki, bu da yanğın zamanı gəminin uzunömürlülüyünü artırır. Əsas gövdə adətən yüksək axıcılıq həddinə malik legirli poladdan hazırlanır. Titan materialının tətbiqi qayığın çəkisini azaltmağa, korziyaya davamlılığını artırmağa imkan versə də, onun hazırlanması çox əməktutumludur. Sualtı qayıqların hazırlanmasında perspektivli material kimi kompozit materiallar hesab olunur. Suya batma üzücülük xassəsinin dəyişməsi və differentin köməyi ilə həyata keçirilir. Əsas yükün bir neçə şöbəsinə su ilə dolduqdan sonra gəmi batmağa başlayır.

Dərinliyin dəyişdirilməsi horizontal sükan vasitəsilə idarə olunur, üzəçıxma isə suyun sisternlərdən sıxılmış hava və ya qazla basıb boşalması hesabına baş verir.

  • Шунков В. Н. Подводные лодки. — Мн.: Поппури, 2004
  • Ulrich Gabler: Unterseebootbau. Bernard & Graefe, Koblenz 1997, ISBN 3-7637-5958-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]