Vyetlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Müasir vyetlər - (vyetnamlılar; özlərini Viet adlandırırlar) - Vyetnamın əsas xalqı, vyet-mıonq xalqlarından biridir.

Vyetlərin ümumi sayı 73,5 mln. nəfərdir (2006-cı il məlumatına görə). Vyetlərin 70,8 mln. nəfəri Vyetnamda, 597 nəfəri Kambocada, 103 min nəfəri Tailandda, 94 min nəfəri Laosda, 83 min nəfəri Malayziyada, 30 min nəfəri Cində, 1,2 mln. nəfəri ABŞ-də, 151 min nəfəri Kanadada, 174 min nəfəri Avstraliyada, 302 min nəfəri Fransada, 83 min nəfəri Almaniyada, 3,9 min nəfəri Ukraynada, 26,2 min nəfəri Rusiyada, o cümlədən 15,6 min nəfəri Moskvada yaşayır (2002-ci il siyahıyaalınmasına görə).

Müasir vyetlər vyetnam dilində danışırlar. Dini etiqadlarına görə buddizm, daosizm, Konfusilik, katolik (5-10 %), protectant dinlərinə inanırlar, ölkənin cənubunda Kao-Day və Xoa-Xao adlanan sinkretizm (лат. dilində - syncretismus, yunan dilində - συγκρητισμός — "Krit şəhərlərinin federasiyası") ayinlərinin davamçıları da vardır.

Qədim vyetlər e.ə II-I minilliklərdə Çinin cənubunda məskunlaşmış müxtəlif etnik mənşəli tayfaların birləşməsindən yaranmış batvyetlər tayfa ittifaqının [1] tərkibinə daxil olsalar da, qohumluq əlaqələrinə görə yalnız iki batvyet tayfası ilə - lakvyetlər və ayvyetlərlə bağlı idilər.

Müasir vyetlərin və mıonqların əcdadları olan lakvyetlər müasir şimali Vyetnamın yerli xalqlarından biridir. Onlar e.ə. I minilliyin əvvəllərində müasir cənubi Vyetnam ərazisində məskunlaşmış digər vyet-mıonq xalqlarından ayrılaraq Qırmızı çayın mənbəyinə doğru hərəkət etdilər.

Müasir şimali Vyetnamın şimalında aşkar edilmiş Donqşon mədəniyyəti lakvyetlərlə bilavasitə bağlıdır. Onlar həmçinin Vyetnamın cənubunda yerləşən ən qədim vyet dövlətlərindən birini - Vanlanq dövlətini yaratmışlar. onlara qohumluq əlaqələri ilə yaxın olan dağlı tayfası ayvyetlər də birləşmiş və onlar birlikdə gələcək Vyetnam dövlətinin qədim dayaqlarından biri olan Aylak dövlətini yaratmışlar.

  • Мифы и предания Вьетнама. СПб, 2000.
  • Nguyen Dang Chi. Luoc khao ve than thoai Viet-Nam. Ha-noi, 1956;
  1. "Arxivlənmiş surət". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-03.