Halkbank

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Halkbank
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Anonim şirkət[d]
Sənaye Bank
Məhsulu Maliyyə xidmətləri
Təsis tarixi 1938
Baş qərargahın yeri Ataşəhər, İstanbul
İqtisadi göstəriciləri
Ümumi aktivlər 457.0 Milyard Türk lirəsi (2019)[1]
Ümumi gəliri 13.4 milyard Türk lirəsi (2019)[2]
Xalis mənfəəti 1.7 Milyard Türk lirəsi (2019)[2]
Əməliyyat mənfəəti 2.0 Milyard Türk lirəsi (2019)[2]
Struktur
İşçi sayı 18,967 nəfər (2019)[3]
Rəhbərlik
Rəhbərlik Rəcəb Süleyman Özdil (Rəhbər)
Osman Arslan (Baş Direktor)
halkbank.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Halkbank — Türkiyədə fəaliyyət göstərən dövlət bankı.

Halkbank 1933-cü ildə qurulmuş və 1938-ci ildən başlayaraq xidmətə başlamışdır[4]. 1938-1950-ci illər arasında, Türkiyədə iqtisadi böyüməyə dəstək olmaq üçun kiçik sahibkarlara kredit verən bir kredit ittifaqı kimi fəaliyyət göstərmişdir.

1950-ci ildə yeni filiallarını açmağa və digər müştərilərə də kreditlər verməyə başlayır. 1964-cü ildə Halkbank, kapitalının artırılması və Türkiyənin bütün ərazilərini əhatə edəcək ümummilli filial şəbəkəsi yaradacaq bir layihəyə başlayır.

Halkbank ötən əsrin 90-cı illərinin sonlarından etibarən bir neçə kiçik dövlət banklarının satınalmasını həyata keçirmişdir(1992-ci ildə Töbank, 1993-cü ildə Sümerbank, 1998-ci ildə Etibank və 2001-ci ildə Emlakbank). Halkbank üçün ən böyük dönüş nöqtələrindən biri, 2004-cü ildə "Pamukbank"ın aksiyalarının alınmasıdır[5]. Bundan sonra özəlləşdirməyə hazırlaşmaq üçün əhəmiyyətli bir yenidənqurma prosesi keçirilmişdir.

10 May 2007-ci il tarixində Halkbank səhmlərinin 24.98 faizi İstanbul Fond Birjasına çıxarılmış və satılmışdır. 16 Noyabr 2012 tarixində satılmış səhmlərin faizi 48.9-a yüksəlmişdir.[6]

2016-cı ildə bankın toplam ǝmanǝt miqdarı 130,5 milyard lirəyə yüksəlir və 2016-ci ilin ilk yarısında toplam kreditlərinin mǝblǝği 183,4 milyard , ǝldǝ etdiyi xalis gǝlir isǝ 1 milyard 566 milyon lirə tǝşkil edir[7].

Halkbankın baş ofisi 2015-ci ilin iyun ayında Ankaradan İstanbula köçürülmüşdür.

  1. Halkbank Annual Report, 2019. səh. 4
  2. 1 2 3 Halkbank Annual Report, 2019. səh. 149
  3. Halkbank Annual Report, 2019. səh. 5
  4. https://web.archive.org/web/20180524152148/https://www.dunya.com/kose-yazisi/halk-bankasi-80-yasinda/416783
  5. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  6. "Halkbank In Brief" Arxivləşdirilib 2020-04-12 at the Wayback Machine Retrieved 2020-04-12.
  7. "Arxivlənmiş surət". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.