Katexçay

Gürcüstan və Azərbaycanda çay

Katexçay (gürc. კატეხისწყალი) — Qanıxçayın (Alazançayın) sol qoludur. Zaqatala rayonu ərazisindən axır.

Katexçay
Ölkə
Mənsəbi Qanıxçay
Uzunluğu
  • 54 km
Su sərfi 9,9 m³/s
Hövzəsinin sahəsi 620 km²
Çayın Mazıx kəndinin sahilindən görüntüsü

Ümumi məlumat

redaktə

Uzunluğu 54 km, hövzəsinin sahəsi 620 km²-dir.[2] Başlanğıcını Baş Qafqaz silsiləsindəki Quton dağından (3659 m) alır. Çay sağdan Verketel (uzunluğu 10 km) Murovçay (uzunluğu 12 km), kimi iki kiçik qol qəbul edir. İllik axımının 25%-ni qar, 22%-ni yağış, 53%-ni isə yeraltı sular əmələ gətirir. Şəki-Zaqatala bölgəsindən axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Çayın orta illik su sərfi 9,64 kub m/san-dir. Bunun 65%-i ilin isti (mart, avqust aylarında) və 36%-i ilin soyuq (sentyabr, fevral aylarında) keçir. Yayda və payızda yağan yağışlar nəticəsində çayda su artır. Bu zaman illik axımın 25-35%-i, qış fəslində isə 10-12%-n keçir. Qar və yağış suları hesabına çayda daşqın əmələ gəlir. Daşqın apreldə başlayıb, iyun ayının axırına kimi (100-120 gün) davam edir. Belə küclü daşqınlar tez-tez sel xarakteri alır. Ən küclü sel 1964-cü ilin avqust ayınıi 19-da olmuşdur.

Çoxillik asılı gətirmələr sərfi 0,79 kq/san, lillənməsi isə 70 q/kub m-dir. Asılı gətirmələrin çox hissəsi (50-70%-i) may, iyun aylarında keçir. Suyu hidro-karbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 150 mq/l ilə (mənbədə) 300-500 mq/l (mənsəbdə) arasında dəyişir. Katexçaydan Alazan-Əyriçay dərəsi daxilində suvarma işlərində geniş istifadə edilir. Masex kəndi yaxınlığında çayın üzərində HES qurulmuşdur.

İstinadlar

redaktə
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin idarəçiliyi Planı, Azərbaycan" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-23.

Mənbə

redaktə

Xarici keçidlər

redaktə
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy