Vikipediya:Yeni istifadəçilərə ilişməyin

Sudakı topu dişləyən pələng
Bu topun dişlənmək vecinə deyil, amma yeni gələn istifadəçilərin çoxunun vecinədir

Yeni istifadəçilərin olması vikicəmiyyət üçün çox gərəklidir. Təcrübəli istifadəçilər yeni istifadəçilərə qayğı ilə yanaşmalı və onların ümumi işə qoşulmasına yardım etməlidirlər.

Vikipediya təkcə layihənin ən aktiv iştirakçılarının gərgin əməyi nəticəsində yox, həm də onunla maraqlanan çoxlu yeni istifadəçilərin töhfələri hesabına inkişaf edir. Bu cür yeni istifadəçilər adətən anonim qalır. Hər birimiz bir zamanlar yeni istifadəçi olmuşuq və zaman-zaman ehtiyatla davranmağımızın hesabına tipik xətalardan müvəffəqiyyətlə qaçmağı bacarmışıq. Çoxumuz isə bir neçə ay iş təcrübəsi ilə belə özümüzü yeni istifadəçi hesab edirik.

Bir çox yeni istifadəçinin tez bir zamanda Vikipediyaya alışaraq inamlı şəkildə çalışmağı davam etdirməsinə baxmayaraq, bəziləri üçün Vikipediya haqqında bilgilərinin azlığı, eləcə də bacarıqlarının çatışmaması onlar üçün müvəffəqiyyətlə çalışmalarına əngəl olur. Ona görə də biz yeni istifadəçilərlə xeyirxahcasına və səbirlə davranmalıyıq. Çünki onların içərisindən Vikicəmiyyətin gələcək aparıcı üzvləri və inzibatçıları çıxır.

  • Səhv edən yeni istifadəçiyə qarşı səbirli və qayğıkeş olun!
  • Yeni istifadəçi səhv etdikdə onu Vikipediya qaydalarına yönəltmək lazımdır!
  • Yeni istifadəçiyə müraciət edərək onu düzgün yola istiqamətləndirməkdən çəkinməyin!
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy