Çobanilər
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Çobanilər | |
---|---|
سلسله امرای چوپانی | |
Banisi | Əmir Çoban Sulduz |
Sonuncu hökmdar | Məlik Əşrəf Sulduz |
Hazırkı rəhbər | Yoxdur |
Əsası qoyulub | 1344 |
Soyun kəsilməsi | 1358 |
Milliyyət | Monqol |
Titullar | |
Əmir | |
Vikianbarda əlaqəli mediafayllar |
Çobanilər — XIV əsrdə Azərbaycanda və İranda hakimiyyət uğrunda mübarizə aparmış monqol sülaləsi.
Sülalənin kökü
[redaktə | mənbəni redaktə et]Çobanlılar sülaləsi Sulduz ulusundan yaranmışdır. Rəşidəddin yazır: "Sulduz tayfasından bir çox əmirlər çıxmasına baxmayaraq, biz daha çox məşhur və Çingiz xanın xidmətində olanlar haqqındaki hekayələri və bilgiləri verməklə yetinəcəyik. Çingiz xan gənc olduğu zaman Tayçıut tayfası onunla muxalifət edirdi. Bir gün Çingiz xan önəmli bir iş üçün yola düşmüşdü. Yolda öz-özünə hərəkət edən bir daşa rastlandı. Çingiz xan düşündü ki, burada bir uğursuzluq olmalıdır. Yola davam edib-etməməsi barədə tərəddüd etdi. Sonunda yoluna davam etmə qərarı aldı. Çingiz xan bu yolçuluğunda xoşagəlməz hadisə ilə qarşılaşdı. Onun düşməni olan Tayçıut tayfasının xanı Tarqutay Qırıltuq onu əsir edərək boynunu iki şaxə ağacla bağladı. O zaman əsir düşənləri dərhal öldürmək yasalara uyğun deyildi. Tayçu İqaçi adında bir qoca qarı var idi. Tayçu tayfasından olduğu üçün ona Tayçu İqaçı deyirdilər. Qarının əri isə Mergit qövmündən idi. Ancaq ərinin adı bəlli deyil. O qoca qarı daima Çingiz xanın saçlarını darayır və ona xidmət edirdi. İki ağac şaxəsi arasında qalıb yaralanan Çingiz xanın boynunun yarasına məlhəm qoyur və ağacların altına keçə yerləşdirirdi ki, boynunu daha çox yaralamasın. Bir gün Çingiz xan fürsət tapıb və boynu boyunduruqlu şəkildə qaçmağa başlayır. Yaxınlarda böyük bir nohur (göl) var idi. Çingiz xan özünü bu nohura atıb elə gizləndi ki, onun bədənindən sadəcə burnu görünürdü. Tayçıut tayfası onu axtarmağa başladı. Sulduz qövmündən olan Çilavğunun atası Surğan Şirə atası Sudun noyanla o civarda yaşayırdı. Birdən Surğan Şirənin gözləri Çingiz xanın mübarək burnuna sataşdı. Onun Çingiz xan olduğunu anlamışdı. Gizlicə Çingiz xana işarə ilə anlatdı ki, görünməməsi üçün özünü daha çox suya batırsın. Çingiz xanı axtaranlara da dedi ki, siz başqa yerləri axtarın, mən də qalıb buranı gözləyim. Gecə olduğunda Çingiz xanı evinə aparıb və boynundaki boyunduruq ağacları çıxararaq, onu öz evində gizlətdi. Daha sonra Surğan Şirə, Çingiz xanı bir kor maydana mindirib, bir az ət və kaman-ox və digər savaş alətləri verərək yola saldı. Artıq Çingiz xanın anası, xatunları və tayfası ondan əl üzmüşdülər. Öldüyünü sanırdılar. O zaman Çingiz xanın dördüncü oğlu Tuluy xan uşaq idi və hər an deyirmiş ki, atam bir maydanın üstündə gələcəkdir. Tuluy xanın anası da oğlunu danlayır və bəzən də qulağını bururmuş ki, niyə sənin atan maydana minməli, maydanla gəlməlidir? Uşaq isə vaz keçmədən təkrar-təkrar söyləyirmiş. Çingiz xanın öz yurduna qovuşması yaxınlaşdığı zaman uşaq bu şəkildə davam edirmiş: "Atam quyruğu düyünlənmiş kor bir maydanla bir azdan yetişəcəkdir!" Anası da əsəbləşərək uşağının üstünə bağırırmış. Bir neçə saatdan sonra Çingiz xan, Tuluy xanın təsvir etdiyi şəkildə gəlir. Çingiz xanın sağ-salamat gəlməsinə hər kəs sevindi və şənliklər düzənləndi. Ancaq hər kəs Tuluyun söylədiklərinə heyran qalmışdı. Surğan Şirə bilirdi ki, onun Çingiz xanı gizlətməsi və xilas etməsi gec-tez bilinəcəkdir. Ona görə Tayçıut tayfasının içindən çıxıb getməli idi. Bütün ailəsini yığıb Çingiz xanın diyarına köçüb və onun xidmətində oldu. Çingiz xan da onun ailəsini öz güvəncəsi altına aldı. Surğan Şirənin oğlu Çilavğun gerçək bahadur idi. Bir dəfə atdan çox bərk yıxıldı. Rəqibi onu öldürmək istəmişdi. O, dərhal ayağa qalxıb və özünü qorumağa çalışmışdı. Süngüsü ilə at üstündə ona hücum edən rəqibini yaralamış və qovmuşdur. Çingiz xan onun bu şücaətinə heyran qalmış, onu alqışlamış və demişdir ki, mən belə bahadurluq heç görməmişdim. Çıngiz xan bir neçə dəfə Tayçıutla savaşdı. Ən son savaşda Çilavğun bahadur, Tayçıutun xanı Tarqutay Qırıltuqla üz-üzə gəldi. Bu savaşda Çilavğun bahadur, Tarqutayı öldürdü. Çilavğun bahadurun oğlu da Sudun noyan idi. Sudun noyan Çingiz xanın baxt ulduzunun parladığı zamanda onun sağ əli idi. Oqtay qaan zamanında da yaşayırdı və Tuluy xanla Sorqaqtanı Bəyin uşaqlarına baxırdı. Kubilay qaan zamanında Sudun noyanın oğlu Qaçudar öz atasının yerini tutmuşdur. Qaçudar yüz ildən artıq yaşamış və çox qocalmışdı. Elə ki, o, öz gəlinini tanımırdı və deyirdi məni onunla evləndirin. Onun əqrəbalarında biri də Toğrul adında bir əmir idi. Eləcə də yaxınlarından digəri də Bavurçu Mungkə qaan adında böyük bir əmir idi ki, Çaran olaraq çağrılırdı. Çaran, Arıq Buğaya yaxşı təlim vermədiyi üçün Kubilay tərəfindən yasaya sövq edildi. Hülaku xanla Azərbaycana gələn Sudun noyanın oğullarından biri də Suncaq noyan idi. O, Hülaku xanın dövlətində yarqıçlıq (qazılıq) vəzifəsində idi. Kehti noyan, Aratemur İdaçi, Tudan və Temurbuğa onun qardaşları idi. Suncaqın oğulları bunlar idi: Baydu, Ərəb, Arğun. Kubilay qaanın xidmətində olan Sudunun digər bir oğlu da Sartaq idi. Kubilay qaan onu öz rəsmi elçisi olaraq Hülakunun dövlətinə göndərmişdi. Hülaku xanın ölümündən sonra geri dönmüşdür.
Siyasi tarixi
[redaktə | mənbəni redaktə et]Elxanlı İmperiyasının son zamanlarında hakimiyyət uğrunda mübarizələr nəticəsində Çobanilər sülaləsi hakimiyyəti ələ keçirib dövləti Elxanlılar adına bir müddət idarə etdi. Çobanilər sülaləsi türk-monqol mənşəli olduğu tahmin edilən "Sulduz" boyundandı.
Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər, lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341–1357) Şirvanşah Kavusla (1345–1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakü dövlətinin mövcudluğuna son qoyulur. Hülakü dövlətinin əvəzinə Cəlarilər dövləti (1336–1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi. Nəticədə Hülakülər dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı. Sonralar Hülakü səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilər, Cəlairlər və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər.
Şəcərəsi
[redaktə | mənbəni redaktə et]- Surğan Şirə Sulduz
- Cilavxan bahadur Sulduz, Surğan Şirənin oğlu
- Seydun noyon Sulduz, Cilavxan bahadurun oğlu
- Suncaq noyon Sulduz, Seydun noyonun oğlu, Abaqa xan tərəfindən Fars və Bağdadın hakimi
- Baydu noyon Sulduz, Suncağın oğlu
- Ərəb ağa Sulduz, Suncağın oğlu, Əhməd Təkudar xanın əmiri
- Əmən ağa Sulduz, Ərəbin oğlu
- Cuca ağa Sulduz, Ərəbin oğlu
- Arqun ağa Sulduz, Suncağın oğlu
- Həbəş ağa Sulduz, Suncağın oğlu
- Fəxrəddin ağa Sulduz, Həbəşin oğlu, Əmir Çobanın əmiri
- Şaday kürəkən Sulduz, Suncağın oğlu, arvadı Hülakü xanın nəvəsi idi
- Ərəb kürəkən Sulduz, Şadayin oğlu,
- Kextey noyon Sulduz, Seydun noyonun oğlu,
- Xitay ağa Sulduz, Kexteyin oğlu,
- Qazan ağa Sulduz, Xitayın oğlu,
- Zəki ağa Sulduz, Xitayın oğlu,
- Xitay ağa Sulduz, Kexteyin oğlu,
- Arateymur noyon Sulduz, Seydun noyonun oğlu,
- Teymur Buğa noyon Sulduz, Seydun noyonun oğlu,
- Bay Buğa ağa Sulduz, Teymur Buğanın oğlu,
- Şiktur ağa Sulduz, Teymur Buğanın oğlu,
- Mübarək ağa Sulduz, Teymur Buğanın oğlu,
- Çoban Qutluq ağa Sulduz, Mübarəkin oğlu, Arpa Kavun xanın əmiri
- Sartak noyon Sulduz, Seydun noyonun oğlu,
- Tudavun noyon Sulduz, Seydun noyonun oğlu, Rumun hakimi (?-1277), Abaqa xanın əmiri
- Məlik noyon Sulduz, Tudavunun oğlu
- Əmir Çoban Sulduz, Məlik noyonun oğlu, Elxanlılar dövlətinin əmir əl-ümərası (1307–1327)
- Əmir Həsən Sulduz, Əmir Çobanın oğlu, Xorasan və Mazandaranın naibi (?—1327)
- Əmir Talış Sulduz, Əmir Həsənin oğlu, İsfahan, Fars və Kermanın naibi (1324–1329)
- Qoç Hüseyn Sulduz, Əmir Həsənin oğlu,
- Hacı bəy Sulduz, Əmir Həsənin oğlu,
- Əmir Dəmirdaş Sulduz, Əmir Çobanın oğlu, Rumun naibi (1319–1327)
- Şeyx Həsən (Kiçik) Sulduz,(1319-?) Əmir Dəmirdaşın oğlu, Elxanlılar dövlətiinin əmirəlümərası və Azərbaycanın naibi (1327–1343)
- Məlik Əşrəf Sulduz, Əmir Dəmirdaşın oğlu, Elxanlılar dövlətiinin əmir əl-ümərası və Azərbaycanın naibi (1343–1353), Azərbaycanın sultanı (1353–1356)
- Məlik Əştər Sulduz, Əmir Dəmirdaşın oğlu,
- Məlik Misir Sulduz, Əmir Dəmirdaşın oğlu,
- Əmir Surğan Sulduz, (?-1344), Əmir Çobanın oğlu, Qarabağın hakimi
- Əmir Mahmud Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
- Pir Hüseyn Sulduz, (?-1341) Əmir Mahmudun oğlu, Farsın hakimi
- Dəməşq Xacə Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
- Dilşad xatun, Dəməşq xacənin qızı, Sultan Əbu Səid Bahadurun, sonra Şeyx Həsən Cəlayırın həyat yoldaşı
- Sultanbəxt xatun, Dəməşq xacənin qızı,
- Əmir Yağıbasdı Sulduz,(?-1344) Əmir Çobanın oğlu,
- Əmir Cilovxan Sulduz, Əmir Çobanın oğlu, (?-1327)
- Əmir Həsən Sulduz, Əmir Çobanın oğlu, Xorasan və Mazandaranın naibi (?—1327)
- Əmir Çoban Sulduz, Məlik noyonun oğlu, Elxanlılar dövlətinin əmir əl-ümərası (1307–1327)
- Məlik noyon Sulduz, Tudavunun oğlu
- Suncaq noyon Sulduz, Seydun noyonun oğlu, Abaqa xan tərəfindən Fars və Bağdadın hakimi
- Seydun noyon Sulduz, Cilavxan bahadurun oğlu
- Cilavxan bahadur Sulduz, Surğan Şirənin oğlu
Hakimləri
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
- R. F. Hamadānī. Jāmiʻ al-tavārīkh. Jild-i 1. Chāp-i 1. Bih taṣḥīḥ va taḥshīyah-ʼi M. Rawshan, M. Mūsavī. Tihrān: Nashr-i Alburz, 1373, s. 1173-1178.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Charles Melville və Abbas Zəryab [1]
Monarx, sülalə və ya onların nümayəndələri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |