41°24′20″ şm. e. 43°29′10″ ş. u.HGYO

Axalkalaki

Vikipediya, azad ensiklopediya
(Axalkələk səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Axalkalaki
ახალქალაქი
Bayraq Gerb
Bayraq Gerb
41°24′20″ şm. e. 43°29′10″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1064
Mərkəzin hündürlüyü 1.707 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.693 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 261
Digər
akhalkalaki.gov.ge
Axalkalaki xəritədə
Axalkalaki
Axalkalaki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Axalkalaki (gürc. ახალქალაქი/ახალი ქალაქი – «yeni şəhər»; erm. Ախալքալաք, translit. Axalkalak), həmçinin Axalkələk və ya Axılkələk (türk. Ahılkelek) — Gürcüstanın Samtsxe-Cavaxeti diyarında şəhər, Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi. Axalkalaki Cavaxeti yaylasının üzərində, dəniz səviyyəsindən 1,700 metr (5,600 ft) yüksəklikdə, Axaltsixe şəhərindən 74 kilometr (46 mil) Gürcüstanın Türkiyə ilə olan sərhədindən 30 kilometr (19 mil) uzaqlıqda yerləşir.

2014-ci ildə keçirilən əhali siyahıyaalmasına görə şəhər əhalisinin 93,8%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya imperiyasına keçmişdir. 4 yanvar 1900-cu ildə qəsəbədə gerçəkləşən bir zəlzəlınin nəticəsi olaraq 1.000-dən çox insan həlak olmuşdur. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə qəsəbənin ümumi əhalisi 8.295 nəfərdir.

Şəhərdə bir dəmiryol stansiyası yerləşir. Axalkalakidə erməni dini xadimi Mesrop Maştotsun heykəli var. 2019-cu ilin yanvar ayında şəhərdə Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etmiş və xeyli sayda azərbaycanlı mülki şəxsi qətlə yetirmiş Mixail Avaqyanın büstü yerləşdirilmişdir.

Şəhərin adı bir söz birləşməsindən əmələ gəlmişdir. “Axali” (gürc. ახალი) – «yeni», “kalaki” (gürc. ქალაქი) – «şəhər» deməkdir və bir yerdə «yenişəhər» mənasını verir. Alman əsilli XVIII əsr Rusiya səyyahı İohan Anton Güldenştedt şəhərin başqa adlarının da olduğunu da qeyd edir. Bu adlar «Axalkatak» və «Nor-kaxak» idi. Nor-kaxak da bir söz birləşməsidir. Erməni dilində “nor” (erm. նոր – «yeni», “kaxak” (erm. քաղաքը) – «şəhər» deməkdir.[2]

Yaşayış məntəqəsi haqdakı ilk məlumat 1064-cü ilə təsadüf edir. Bu dövrdə şəhər Cavaxeti vilayətinin siyasi mərkəzi idi. Axalkalaki 1066-cı ildə Böyük Səlcuq imperiyasının regiona hücumları dövründə məhv edilmiş,[3] ancaq daha sonra yenidən inşa edilmişdir. XVI əsrdə şəhər Osmanlı qoşunları tərəfindən işğal edilmiş, Çıldır əyalətinin sancaq mərkəzinə çevrilmiş, adı isə «Axılkələk» (türk. Ahılkelek) olaraq dəyişdirilmişdir.

1828-ci ildə general İvan Paskeviç Rusiya qoşunları Axalkalaki şəhərini işğal etdilər və növbəti il şəhər Rusiya imperiyası tərəfindən ihlaq edilmişdir.[4] Şəhərin yerli müsəlman əhalisi Osmanlı Türkiyəsinə sürgün edilmiş, onların yerinə isə şəhərə Ərzurum vilayətində yaşayan ermənilər gətirilmişdir. Bu, Rusiyanın Cənubi Qafqazdakı irimiqyaslı köçürmə siyasətinin bir parçası idi.[5]

4 yanvar 1900-cü il tarixində şəhərdə böyük bir zəlzələ baş vermişdir. Bu zəlzələdə təxminən 1.000 çox şəxs həlak olmuşdur.[6]

7 oktyabr 2005-ci il tarixində şəhər sakinlərindən bir qrupu icra hakimiyyətinin binası qarşısında mitinq keçirmişdir. Aksiya iştirakçıları Bölgə Vergi Departamenti əməkdaşlarının şəhər ərazisindəki mağaza və ticarət köşklərində keçirdikləri reydin nəticələrindən narazılıq edirlər. Reyd zamanı gəlirlərin gizlədilməsi və digər qanun pozuntuları üzə çıxarılmışdır. Gürcüstan Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları aksiya iştirakçılarını dağıdarkən zorakı güc işlətmişlər. Bu hadisə axalkalakililəri hiddətləndirmişdir. Onlar həmin əməkdaşların vəzifədən uzaqlaşdırılıb yerlərinə erməni millətindən olan şəxslərin təyin edilməsini tələb etmişdilər.[7]

13 aprel 2007-ci il tarixində Axalkalaki şəhərində rəsmi qeydiyyatdan keçməmiş erməni "Virk" və "Cavaxk" siyasi partiyalarının təşkilatçılığı ilə mitinq keçirilmişdir. Mitinq iştirakçıları erməni dilinə regional status verilməsini, yerli dövlət hakimiyyət orqanlarında kargüzarlığın erməni dilində aparılmasını tələb etmişdilər. Aksiyada, həmçinin erməni məktəbləri direktorlarının attestasiya imtahanlarını erməni dilində vermələri məsələsi də qaldırılmışdır.[8]

2019-cu ilin yanvar ayının 20-də şəhərdə Qarabağ müharibəsi zamanı Horadiz, XocalıFüzuli şəhərlərinə keçirilən basqınlarda iştirak etmiş, Xocalı soyqırımında çoxlu azərbaycanlı mülki şəxsi qətlə yetirmiş erməni müharibə cinayətkarı Mixail Avaqyanın büstü yerləşdirilmişdir.[9] Gənc Diplomatlar Assosiasiyası Qeyri-Hökumət Təşkilatının rəhbəri Zurab Qventsadzenin dediyinə görə “Gürcüstanın Axalkalaki şəhərində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc azərbaycanlı sakinlərin cəlladı olmuş Mixail Avaqyanın heykəlinin qoyulması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür”. Onun sözlərinə görə, “erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib”:[10]

" Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkalaki meri məsuliyyət daşıyır, çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın baş naziri və xarici işlər naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək.
—Zurab Qventsadze[11]
"

Büstün qoyulması barədə keçirilən mərasimdə Axalkalaki şəhərinin meri Yurik Hunanyan, eləcə də Gürcüstan millət vəkilləri Enzel Myoan və Samvel Manukyan iştirak etmişdir.[9]

Qərbi Kaspi Universitetinin professoru politoloq Fikrət Sadıxov “Gürcüstanın Cavaxetiya bölgəsində erməni terrorçusu Mixail Avaqyana abidə qoyulması Azərbaycanın maraqlarına, Azərbaycan xalqına bir zərbədir” demişdir. Politoloq qeyd edib ki, “bütün bunların fonunda Gürcüstandan belə bir hərəkət Azərbaycana bir təhqirdir”:

" Görünür, bu, erməniləri müəyyən dərəcədə ruhlandırdı, amma Gürcüstan başa düşməlidi ki, bu gün Qarabağ olduğu kimi, sabah Cavaxetiya və Axalkalaki bölgələri zərbə altına düşəcək. Ermənistan bu istiqamətdə hərəkətlərə çoxdan başlayıblar, gürcülər bunu yaddan çıxarmalıdırlar. Gürcüstan həm dini, həm də qonşuluq və coğrafi mövqe baxımından Ermənistanla yaxınlıq etmək istəsə də, ermənilər gürcü torpaqlarına iddia irəli sürürlər. Ermənilərin bu iddialarının qarşısını kəsmək lazımdır. Mixail Avaqyan kimi bir terrorçunun abidəsinin qoyulması ermənilərdə separatçı ruhu artırmaqla yanaşı, Azərbaycana qarşı zərbədir.
—Fikrət Sadıxov[12]
"

Hadisə 1 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində müzakirə edilib. Əflatun Amaşov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib:

" Azərbaycan və gürcü xalqları daim dost olublar. Bu günlərdə Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması bu dostluğa kölgə salmaq məqsədi daşıyır. "

Milli Məclisin Spikeri Oqtay Əsədov bildirib ki, Axalkalaki şəhərində Avaqyana heykəlin qoyulması məsələsi ilə Gürcüstan Respublikası Xarici İşlər Nazirliyi məşğul olub: “Artıq Xarici İşlər Nazirliyi bununla bağlı münasibətini açıqlayıb. Bu məsələlər üzrə iş gedir. İnanıram ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək və problem həllini tapacaq”.[13]

İtaliya kartoqrafı Antonio Zattanın hazırladığı xəritədən fraqment. 1784-cü il.

Şəhər Kür çayının iki kiçik qolu arasında yerləşir və şəhərin şimalındakı, Axalkalaki dəmiryol stansiyasından 74 km cənub-şərqdə birləşir. Landşaft bir yaylaq kimi təsvir edilə bilər.

Şəhərin cənub-şərqində yerli əhalinin Tavşanka adlandırdığı böyük bir təpə var. Təpənin əvvəllər sıx iynəyarpaqlı meşə ilə örtülməsinə baxmayaraq, 1990-cı illərdə odun əldə etmək üçün kəsiləndən sonra əhəmiyyətli dərəcədə seyrəkləşib. Təpənin şimal-qərb yamacında qəbiristanlıq mövcuddur.

Şəhərin şərqində Böyük Əbül dağı yerləşir. Dağın ətəyində Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi baza yerləşirdi ki, bu hərbi baza 2007-ci ildə Gürcüstan hökumətinə təhvil verilmişdir.[14]

Brokhauz və Efronun ensiklopedik lüğətində verilən məlumatlara görə “Axalkalakidə əsasən ermənilər məskunlaşmışdır. 1887-ci ildə Axalkalkidə 534 ev var idi ki, bu evlərdə cəmi 4.303 nəfər yaşayırdı. Onların 61-i rus, 4.080-i erməni, 63-ü yəhudi, 45-i isə gürcü idi”.[4] 1897-ci ildə keçirilən əhali siyahıyalmasına görə Axalkalakinin əhalisinin ümumi sayı 5.440 nəfər idi.[15] 1969-cu ildə keçirilən əhali siyahıyalmasına görə Axalkalakidə 9.500 nəfər yaşayırdı.[16] 1989-cu ildə keçirilən əhali siyahıyalmasına görə Axalkalakinin əhalisinin ümumi sayı 15.572 nəfər idi.[17] 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə şəhərin ümumi əhalisi 8.295 nəfərdir.[18]

İl Əhali Kişi Qadın
1864[19] 1.339 -- --
1882[20] 3.074 -- --
1887[4] 4.303 -- --
1910[21] 6.193 3.259 2.934
1989[17] 15.192 -- --
2002[22] 9.802 -- --
2014[18] 8.295 3.912 4.383

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. "115 Царь Картли Вахтанг VI. Комментарии". vostlit.info (rus). Восточная Литература. 15 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  3. Sani, Ronald Qriqor. The Making of the Georgian Nation: 2nd edition. İndiyana, ABŞ: Indiana University Press. 1994. səh. 34.
  4. 1 2 3 "Ахалкалаки" (rus). Брокгауз-Ефрон. 15 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  5. The Annual Register of World Events, 1900. Longmans, Green, and Co. 1901. səh. 461.
  6. "AXALKALAKİDƏ SAKİNLƏRLƏ POLİS ARASINDA TOQQUŞMA OLMUŞDUR". azertag.az (az.). AzərTAc. 7 oktyabr 2005. 12 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2019.
  7. "AXALKALAKİ ERMƏNİLƏRİ ONLARIN DİLİNƏ REGİONAL STATUS VERİLMƏSİNİ TƏLƏB EDİRLƏR". azertag.az (az.). AzərTAc. 13 aprel 2007. 12 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2019.
  8. 1 2 "European Diplomats' Association: Pro-Armenian forces in Georgia erect bust to Nazi Avagyan". azernews.az (ingilis). AzerNews. 26 yanvar 2019. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  9. ""Gürcüstanda Avaqyanın heykəlini erməniyönümlü qüvvələr ucaldıb" - Zurab Qventsadze". hurriyet.org (az.). Hürriyet. 26 yanvar 2019. 27 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  10. "Avaqyanın heykəli sökülür? - O, gürcülərin də düşmənidir..." xezerxeber.az (az.). Xəzər TV. 26 yanvar 2019. 27 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  11. "Görünür, bu, erməniləri müəyyən dərəcədə ruhlandırdı - ŞƏRH" (az.). Publika.az. 26 yanvar 2019. 27 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  12. "Gürcüstanın xain addımı parlamentin MÜZAKİRƏSİNDƏ" (az.). Publika.az. 1 fevral 2019. 3 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2019.
  13. "Россия досрочно передала грузинам базу в Ахалкалаки". lenta.ru (rus). Лента.Ру. 27 iyun 2007. 30 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  14. "Всесоюзная Первая Всеобщая перепись населения Российской империи 1897 года. Наличное население в губерниях, уездах, городах Российской Империи (без Финляндии)" (rus). «Demoskol». 15 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  15. "Ахалкалаки" (rus). БСЭ. 15 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  16. 1 2 "Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу" (rus). «Demoskol». 12 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  17. 1 2 "მოსახლეობის საყოველთაო აღწერა 2014" (gürcü). საქართველოს სტატისტიკის ეროვნული სამსახური. noyabr 2014. 1 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  18. "Кавказский календарь на 1865 год გვ. 305". dlib.rsl.ru (rus). Российская Государственная Библиотека Онлайн Просмотр Документа. 2016-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  19. "Кавказский календарь на 1883 год გვ. 268". dlib.rsl.ru (rus). Российская Государственная Библиотека Онлайн Просмотр Документа. 16 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  20. "Кавказский календарь на 1912 год". dlib.rsl.ru (rus). Российская Государственная Библиотека Онлайн Просмотр Документа. 2016-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2019.
  21. "საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგბი, ტომი I" (PDF) (gürcü). საქართველოს სტატისტიკის ეროვნული სამსახური. noyabr 2003. 28 sentyabr 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 yanvar 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]