MiQ-29

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
MiQ-29
Almaniya HHQ-yə məxsus MiQ-29
Almaniya HHQ-yə məxsus MiQ-29
Tipi çoxməqsədli qırıcı
Hazırlayan MiG
İstehsalçı SSRİ/Rusiya
Dizayner Mikoyan-Quryeviç Konstruktor Bürosu
İlk uçuş 6 oktyabr 1977
İstismara verilmə tarixi 1983
İstimarının bitmə tarixi davam edir
İstismarçılar Rusiya HHQ, MDB ölkələri
Hindistan HHQ, Əlcəzair HHQ
Buraxılış sayı 1,257+
Vahidinin qiyməti 11 milyon ABŞ dolları
Variantları MiQ-29OVT, MiQ-35
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: FulcrumDayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir.

Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir.

Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir. Belə ki, bu qırıcı indiyə qədər 30-dan çox ölkənin silahlanmasında mövcud olmuşdur. Ən böyük ixrac müqaviləsi isə Hindistanla imzalanmışdır. MiQ-29 döyüş təyyarələrinin istehsalı Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının törəmə müəssisəsi olan "Mikoyan" şirkəti tərəfindən davam etdirilir.

Yaradılmasına ehtiyac

[redaktə | vikimətni redaktə et]

Sovetlər İttifaqının ABŞ kəşfiyyat təyarələrini tutmaq üçün istehsal etməyə çalışdığı, dövrünə görə inqilabi yenilikləri olan MiQ-25-ə qarşı 1969-cu ildə ABŞ Hərbi Hava Qüvvələri "F-X" proqramını başlatdı. Proqramın nəticəsi kimi meydana çıxan F-15 Eagle təyyarələri çox uğurlu alındı. MiQ-25-dən fərqli olaraq havada üstünlük əldə etmək üçün düzəldilmiş F-15 yüksək radiuslu radarları ilə fərqlənirdi. Həmin dövrdə ən azı təkmil radarlarına görə, F-15-ə qarşı SSRİ-də effektli mübarizə apara biləcək qırıcı yox idi. Soyuq müharibənin sürətləndiyi bir vaxtda, Karib böhranı və Koreya münaqişəsindən sonra yeni konflikt zamanı havada üstünlüyünü itirməkdən qorxan SSRİ-nin cavabı mütləq lazım idi.

Yeni yaradılmalı olan təyyarəyə sərt tələblər qoyuldu: zəif təchizatlı qalxıb-enmə zolaqlarından istifadə etmə, mükəmməl manevrlilik, Mach 2+ sürətini yığa bilmə, ağır silahlardan istifadə.

ABŞ-nin yüngül qırıcı təyyarə- F-16 ilə bağlı proqramını başlatması MiQ-29 layihələşdirilməsinə ciddi təsir etdi: bahalı, ağır, yüksək radiuslu radarları olan F-15-ə qarşı Su-27, yüngül F-16-ya cavab olaraq MiQ-29 hazırlanmağa başlandı.

1974-cü ildə quraşdırılmaya başlanılan ilkin MiQ-29A prototipi 1977-ci il 6 oktyabrda ilk sınaq uçuşunu etdi. Sınaqların nəticəsi kimi yaradılan MiQ-29B prototipi 1983-cü ildə silahlanmaya qəbul edildi.

MiQ-29 üçtərəfli görünüşü

MiG-29 və Su-27-nin ilkin dövrlər konstruksiyalarının eyni plan üzrə aparılmasına baxmayaraq, fərqlənən cəhətləri də vardır. Uğurlu çıxan konstruksiya sonradan digər qırıcılara da tətbiq edilmiş, bu tipli təyyarələrin klassik cizgilərini formalaşdırmışdır. Uğurlu konstruksiya göstəricilərindən biri də MiQ-29-un Puqaçov Kobrası manevrini edən təyyarələr içərisində ilk yaradılan olmasıdır.

Təyyarənin gövdəsi əsasən allüminium ərintilərindəndəmirdən, bəzi detallarda isə titanqatışıq materiallardan istifadə edilmişdir. Qanadların əyilməsi ön kənarlara görə 42 dərəcədir. Qanadların üst səthində yarıqlar mövcuddur. Yarıqların əsas funksiyası qırıcının yerdə hərəkəti zamanı mühərrikləri hava ilə təmin etməkdir. Belə ki, yerdə hərəkət zamanı mühərriklərə hava aparan əsas kanallarının yer səthinə çox yaxın olması mühərrikə kənar cisimlərin düşməsinə səbəb ola bilər və bunun qarşısını almaq üçün onlar qapanırlar. Eleronlar hidravlik olaraq idarə olunsa da, Su-27-dən fərqli olaraq qanadlarda olan elektron idarəetmə sistemi yoxdur. Stabilizator tam dönməyə və differensial əyilməyə imkan verir. Şassi üçdayaqlıdır: tək qabağda, cüt arxada.

Mühərrikləri 1972-ci ildə layihələşdirilmiş RD-33 tiplidir. Təyyarədə 66,2 kVt gücündə QTDE-117 (ГТДЭ-117) tipli qaz-turbin enerji qovşağı mövcudur. Yanacaq təminatı sistemi ümumi həcmi 4300 l (4540 l) olan beş füzelaj və qanadlarda yerləşən iki çəndən ibarətdir. Füzelajda 1500 l-lik, qanadlarda 1150 l-lik əlavə çən quraşdırma imkanı mövcuddur.

Aparata avtomatik idarəetmə sistemi olan SAU-451 (САУ-451) və məhdud siqnallar sistemi (СОС-3М) quraşdırılmışdır. Silahların idarəedilməsi sistemi SUV-29 (СУВ-29) radiolokasiya kompleksi RLPK-29 və bort kompüterdən (БЦВМ) C100 (Ц100) ibarətdir. Qırıcı həmçinin optiko-elektron hədəfəalma (pilotun baxış istiqamətində hədəfəalma), RLS tərəfindən qeydə alınmanı bildirən sistem, təkmil naviqasiya, ön şüşədə informasiyanın əks olunması kimi sistemlərlə təchiz edilmişdir.

Kabinə əvvəlki Sovet qırıcıları təyyarələrinə məxsus tərzdə qurulmuşdur: mərkəzi idarə rıçaqı, sol əllə idarə edilən sürət nizamlayıcısı və məlumatların ön şüşədə əks olunmasını təmin edən sistem (HUD). Kabinə sıfır səviyyədə işə düşə biləcək Zvezda K-36DM oturacaqları ilə təchiz edilmişdir. Əvvəlki Sovet qırıcılarından fərqli olaraq, kabinənin şarvari şüşə örtüyü görünüşü minimal məhdudlaşdırır. Sonralar təkmilləşdirilmiş modellər maye kristal (LCD) çoxfunksiyalı displeylərlə (MFD) təmin edilmişdir.

Silahlanmasında iç dayaqlarda daşınıla bilən, orta məsafəli hava-hava tipli Vympel R-27, idarəedilməyən bomba və raketlər daxildir. Bəzi sovet qırıcıları tək nüvə bombası da daşıya bilirlər. Yan dayaqlarda hava döyüşləri üçün R-73 və köhnə tipli R-60 daşınıla bilər. Təkmilləşdirilmiş versiyaları lazer başlıqlı, elektro-optikhava-yer tipli raketlər də daşıya bilirlər.

Bundan əlavə, MiQ-29 yaxın məsafəli döyüşlər üçün effektiv atış uzaqlığı 1200–1800 m olan, əksər Sovet hərbi təyyarə və helikopterlərində quraşdırılan QŞ-301 tipli aviatopla təchiz edilmişdir.

İlk beynəlxalq müştərisi Hindistan olub. 1980-ci ildə imzalanan müqaviləyə əsasən, Hindistan HHQ-nə 50 ədəd MiQ-29 qırıcısı verildi.[1] Orduda aktiv şəkildə xidmətə 1985-ci ildə başlayıb.

Hindistana məxsus MiQ-29 qırıcıları ilk dəfə 1999-cu ildə Kəşmirdə, Kargil müharibəsi zamanı aktiv istifadə olunub.

2005-2006-cı illərdə imzalanan, dəyəri 888 milyon ABŞ dolları dəyərində olan müqaviləyə görə, Rusiya Hindistana məxsus MiQ-29 qırıcılarını modernləşdirmişdir. Müqaviləyə əsasən MiQ-29 qırıcıları modernizasiya olunduqdan sonra R-77RVV-AE ( AA-12 "Adder") hava-hava raketləri ilə təchiz olunmuşdur. Bu raketlər 1998-ci ildə test edildikdən sonra Hindistan Ordusunun MiQ-29 döyüş təyyarələrinə inteqrasiya olunmuşdur. Hindistan HHQ ilə MiQ korporasiyası arasında imzalanan digər bir müqaviləyə əsasən Hindistan HHQ-də silahlanmaya daxil olan 69 ədəd MiQ-29 döyüş təyyarəsinin hər biri modernizasiya olunmşudur. Bu modernizasiya nəticəsində döyüş təyyarələri daha müasir olan "Juk-M" radarı ilə təchiz olunmuşdur.[2]

2010-cu ilin yanvarında imzalanan 1.2 milyard ABŞ dolları dəyərində olan müqaviləyə əsasən, Rusiya Hindistan HDQ-ni əlavə 29 ədəd MiQ-29K ilə təchiz etmiş və bununla da Hindistana məxsus MiQ-29K qırıcılarının sayı 45 olmuşdur.[3] Hindistan Hərbi Dəniz Qüvvələrinə aid MiQ-29K-lar 19 fevral 2010-cu il tarixində silahlanmaya daxil olmuşdur.[4]

Almaniya Demokratik Respublikasına 24 ədəd MiQ-29 verilmiş və 1988-89 cu illərdə xidmətə başlamışdır.[5] 1990-cu ilin noyabrında Almaniyanın birləşməsi ilə ADR-də olan bütün texnikalar kimi bu qırıcılar da Qərbi Almaniya HHQ-nə (Lüftvaffe) daxil edilmişdir.[6]

1993-cü ilin əvvəlində Alman MiQ-29 qırıcıları Rostok şəhəri yaxınlığında yerləşirdi. Xidmət müddəti ərzində, 25 iyun 1995-ci ildə, pilot səhvinə görə 1 ədəd MiQ-29 qəzaya uğramışdır. 2003-cü ilə qədər Almaniya HHQ pilotları MiQ-29 qırıcılarında 30,000 saat uçuş həyata keçirmişdilər.

2003-cü ilin sentyabrında 23 qırıcıdan 22-i simvolik qiymətə, yəni 1 avroya Polşa HHQ-nə satılıb. Sonuncu təyyarə 2004-cü ilin avqustunda Polşaya təhvil verilib.[7]

Suriya HHQ-nə aid MiQ-lər daima İsrail HHQ-nə məxsus qırıcılarla mübarizə aparmışdır. 2 iyun 1989-cu ildə İsrail HHQ-nə aid 2 ədəd F-15C döyüş təyyarəsi Suriya ordusuna aid 2 ədəd MiQ-29 qırıcısını vurmuşdur.[8]

Suriyanın MiQ-29 döyüş təyyarələri 2013-cü ilin oktyabrından etibarən, Suriya vətəndaş müharibəsində iştirak etməyə başlamışdır.[9]

Taktiki-Texniki Xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Ümumi parametrlər

[redaktə | vikimətni redaktə et]
  • Heyət: 1
  • Uzunluğu: 17,37 m
  • Qanad qolayı: 11,4 m
  • Hündürlük: 4,73 m
  • Qanadının sahəsi: 38 m2
  • Boş çəki: 11,000 kq
  • Yüklü çəki: 16,800 kq
  • Maksimal qalxma çəkisi: 21,000 kq
  • Güc təminatçısı: 2x “Klimov RD-33” “afterburner” sistemli Turbo Reaktiv Mühərrik, hər birinin dartı qüvvəsi (və ya itələmə qüvvəsi) 8,319 kg (81.58 kN)

Uçuş keyfiyyətləri

[redaktə | vikimətni redaktə et]
  • Maksimal sürət: Mach 2.25 (2400 km/s) Alçaq uçuşlarda: Mach 1.25 (1500 km/h)
  • Uçuş məsafəsi: 1,430 km (daxili yanacaq çənləri tam dolu olduqda)
  • Maksimal uçuş məsafəsi: 2,100 km
  • Uçuş tavanı: 18,013 m
  • Yüksəkliyə qalxma sürəti: başlanğıc 330 m/s; orta 109 m/s 0–6000 m
  • Qanad yüklənməsi:440 kq/m2
  • Çəkmə gücünün çəkiyə nisbəti: 1.01

Silahlanması:R-27,R-60,R-73 Hava hava tipli raketlər

İstifadə edən ölkələr

[redaktə | vikimətni redaktə et]
MiQ-29 istifadə edən ölkələr. Qırmızı rənglə əvvəl istifadə etmiş ölkələr göstərilir
MiQ-29 aviaşoudan sonra
Şimali Koreyaya aid olan MİQ-29 (2003)
Bolqarıstan Hərbi Hava Qüvvələrinə aid olan MiQ-29 "Fulcrum-A"'dan formalaşmış bir heyət

İndiyədək dünyada baş verən 50-dən çox MiQ-29 qəzasında 23 pilot həlak olub, müxtəlif qəza hadisələri (mühərrikin sıradan çıxması, toqquşma, idarəetmənin itirilməsi, sərt eniş zamanı yaşanan olaylar) zamanı 35 pilot sağ qalıb. 16 pilot katapult etdə bilməyərək, 7 pilot katapult edərək həlak olub. SSRİ dağılandan sonra – 1992-ci ildən indiyədək (2019-cu il avqust) 43 MiQ-29 qəzası baş verib. Qəzaya uğrayan MiQ-29 sayına görə dünyada ilk yerdə 23 hadisə ilə (1992-ci ildən) Rusiya dayanıb. Qeyd olunan dövrdə Macarıstan və Hindistanın hər biri 3, Ukrayna, Azərbaycan, Qazaxıstan, Rumıniya, Belarus və Slovakiyanın hər biri 2, Peru, Bolqarıstan, Myanma, İran, Polşa və Misirin hər biri 1 ədəd MiQ-29 təyyarəsini qəzalarda itirib.[13]

  1. Pike, John. "MiG-29 Baaz." Arxivləşdirilib 2008-04-05 at the Wayback Machine globalsecurity.org, 12 March 2009.
  2. "India's MiG-29 fighter jets to be upgraded by Russia." Arxivləşdirilib 2008-05-09 at the Wayback Machine India Defence, 8 fevral 2006.
  3. Pandit, Rajat. "India, Russia to ink $1.2 bn deal for 29 more MiG-29Ks." Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine The Times of India, 18 yanvar 2010.
  4. "Indian Navy inducts ‘lethal’ MiG-29K." Arxivləşdirilib 2010-02-21 at the Wayback Machine zeenews.com, 19 fevral 2010.
  5. Lake World Air Power Journal Volume 4 Winter 1990/91, p. 86.
  6. MiG-29s leave Luftwaffe Arxivləşdirilib 2010-06-24 at the Wayback Machine – Flug Revue, aprel 2004
  7. "Last of MiG-29s offered by Germany arrive in Poland". AP Worldstream. Associated Press HighBeam Research  vasitəsilə   (abunə tələb olunur). 4 avqust 2004. 2015-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  8. "Israeli Air-to-Air Victories since 1974". 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  9. "The Aviationist » Syrian Mig-29 Fulcrum jets appear in the skies over Damascus during ground attack missions". The Aviationist. 2015-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  10. "Arxivlənmiş surət". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  11. "Arxivlənmiş surət". 2015-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
  12. "Russia helps keep Syria's MiG-29's flying." Arxivləşdirilib 2015-04-01 at the Wayback Machine IHS Jane's 360. Retrieved: 17 aprel 2015.
  13. "Arxivlənmiş surət". 2019-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]