Məzmuna keç

Heraklit

Heraklit
Doğum tarixi e.ə. 535
Doğum yeri Efes
Vəfat tarixi e.ə. 470 illər
Vəfat yeri Efes
Vikipediya məqaləsi
Heraklit

Efesli Herklit - (e.ə. 544–483) — Sokratdan əvvəlki qədim yunan filosofu. Onun 120-yə yaxın etibarlı sitat saxlanılan yeganə əsəri “Təbiət haqqında” əsəridir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı olmaq ən böyük fəzilətdir. Hikmət haqqı danışmaq və onun fitrətinə uyğun davranmaqdır.
  • Allah gecə və gündüz, qış və yay, müharibə və sülh, bolluq və aclıqdır.
  • Allah üçün hər şey gözəl, yaxşı və ədalətlidir; insanlar isə bəzi şeylərin ədalətsiz, bəzilərinin isə ədalətli olduğunu düşünürlər.
  • Bir çaya iki dəfə girmək olmaz.
  • Böyük nəticələr böyük ambisiyalar tələb edir.
  • Çayda eyni suda iki dəfə yuyuna bilməzsən, üzərindən axan sular yeni sulardır.
  • Çox məlumatlı olmağın ağıllı olduğunu göstərməz.
  • Çox öyrənmək dərk etməyi öyrətmir.
  • Dəyişməyən tək şey, dəyişiklikdir.
  • Düşünmək böyük fəzilətdir, hikmət isə həqiqəti söyləməkdə və təbiəti dinləyib ona uyğun davranmaqdadır.
  • Ehtiraslarla savaşmaq çətindir, çünki qarşılığını ruhlarla ödəyirsən.
  • Ədalət yalan uyduranları və yalançı şahidləri yaxalayacaq.
  • Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq.
  • Əgər ədalətin özü olmasaydı insanların ədalətin adını bilməzdi.
  • Əgər gözlənilməzliyi gözləmirsinizsə, onu tapa bilməyəcəksiniz, çünki ona axtarış və ya cığırla çatmaq olmaz.
  • Ən gözəl harmoniya fərqliliklərdən yaranır.
  • Ən yaxşı insanlar bir məqsəd, fanilərin əbədi şöhrəti üçün hər şeydən imtina edirlər; lakin insanların çoxu mal-qara kimi özlərini doydururlar.
  • Görünməyənlərin əlaqələri görünənlərdən daha güclüdür.
  • Gözlənilməz olanı gözləmədikcə, onu tapa bilməyəcəksən.
  • Gözlər qulaqlardan daha dəqiq şahiddir.
  • Haqq anlayışını haqsızlıq anlayışı olmasaydı bilə bilməzdik.
  • Hər şey axır, hər şey dəyişir.
  • Hikmət hər şeyi idarə edən və əhatə edən ağıl birliyidir.
  • Xalq qanunları, öz qalası kimi, qoruyucu divarı kimi müdafiə etməlidir.
  • Xəstəlik-sağlamlığın, şər xeyirin, aclıq toxluğun, yorğunluq istirahətin ləzzətini bildirir.
  • Xoşbəxtlik bədən həzzlərindən ibarət idisə, yeməyə noxud tapanda öküzləri xoşbəxt adlandırmalıyıq.
  • Xoşbəxtlik maddi sevinclərdən ibarət olsaydı, çayıra qaçan öküzləri xoşbəxt saymaq lazım idi.
  • İki dəfə bir axara girmək olmaz.[1]
  • İnsan azadlığı hər bir nemətdən yüksəkdir.
  • İnsan həyatı ilə ölür, ölümü ilə yaşayır.
  • İnsanın xarakteri onun taleyidir.
  • İnsanın ürəyinin istəyi ilə mübarizə aparmaq çətindir; çünki nəyə sahib olmaq istəyirsə, canının bahasına alır.
  • İnsanların xarakterləri onların qədərləridir və insanlar layiq olduqları həyatları yaşayarlar.
  • Kişinin xasiyyəti onun qoruyucu ilahiliyidir.
  • Müdrik, bilikli olmaq üçün gözü və qulağı açmaq kifayət deyil, dərin ağıl lazımdır.
  • Müharibə azad olmağa layiq olanları azadlığa çıxarır, kölə olmağa layiq olanları isə kölə edir. Müharibə hər şeyin ağası, hər şeyin şahıdır.
  • Nəfsi mədəniyyətsiz olan insanların gözləri və qulaqları yoxsul şahiddir.
  • Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır.
  • Paxıllığımız həmişə paxıllıq etdiyimiz insanların xoşbəxtliyindən daha uzun sürür.
  • Təəssübkeşlik müqəddəs xəstəlikdir.
  • Vaxt uşaqların gözəl oynadığı bir oyundur.
  • Yaxşı xarakter bir həftədə, bir ayda formalaşmır. Az-az, gündən-günə yaranır. Yaxşı xarakter inkişaf etdirmək üçün uzun və səbirli səy lazımdır.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar

[redaktə]
  1. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.23
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy