Hayd-park
Hayd-park | |
---|---|
Hyde Park | |
Məlumatlar | |
Ölkə | |
Sahəsi |
|
Saytı | royalparks.org.uk/parks/… |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hayd-park (ing. Hyde Park) — Londonun mərkəzində yerləşən sahəsi 1.4 km² olan krallıq parkı. Qərb tərəfdən Kensinqton bağlarıyla sərhəddir. Siyasi mitinqlərin, gəzintilərin və mitinqlərin ənənəvi yeridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hələ normand işğalına qədər park Vestminster abbatlığına məxsus idi. Park öz adını qədim ölçü vahidindən almışdır. VIII Henrixin dövründə park kralın ov əyləncə yeri kimi istifadə olunurdu və əhali üçün qapalı idi. I Yakovun dövründə park yenidən ictimaiyyət üçün açılır, II Karlın dövründə park londonluların sevimli istirahət yerinə çevrildi.
Parkın əsas görməli yeri Serpentayn gölü və eyniadlı qalereyadır. Göldə çimməyə də icazə verilir. Parkın cənub-şərq küncündə Epsli-haus (ing. Apsley House) yerləşir, burada hersoq Vellinqton muzeyi və Vellinqton tağı yerləşir. 1815-ci ildə parkın bu hissəsində Vellinqtonun Napoleon üzərində tarixi qələbəsinə həsr olunmuş parad keçirilmişdir. 1822-ci ildə hersoqun şərəfinə parkda Axillesin nəhəng heykəli ucaldılmışdır. Bu, Londonda ucaldılmış ilk çılpaq insan təsviri idi və bu şəhərlilərin etirazına səbəb olmuşdu.
Kraliça Viktoriya 1851-ci ildə keçirilən Ümumdünya sərgisinin keçirilmə yeri kimi Hayd-parkı seçmişdir və bunun üçün parkda Billur saray ucaldılmışdı. 1889-cu ildə Hayd-parkda "Tələsməyən piyadalar, üstüaçıq omnibuslar və hərəkət edən atlarla keblər" qısametrajlı filmi çəkilmişdir.
2012-ci ildə London Olimpiya oyunları zamanı triatlon və açıq suda 10 kilometrlik üzgüçülük üzrə yarışlar Hayd-parkda keçirilirdi. 17 iyul 2012-ci ildə parkda Madonnanın konsrti keçirilmişdir, konsertdə 55 000 tamaşaçı iştirak etmişdir. 2013-cü ildə parkda The Rolling Stones çıxış etmişdir.
Natiqlər küncü
[redaktə | mənbəni redaktə et]İngiltərədən kənarda Hayd-parkı daha çox burada yerləşən Speakers' Corner tanıdır. Məhz buna görə Hayd-park istənilən fikri və ideyanı səsləndirə biləcək yerə sinonimə çevrilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Parks and Gardens (polygons) // National Heritage List for England.