Ərsarılar
Ərsarılar (türkm. Ärsarylar) — türkmənlərin qolu.
Tarixi
[redaktə | mənbəni redaktə et]Türkmən boyları arasında sırasına və önəminə görə üçüncü sıranı Ərsarılar alırlar. XVI əsrdə Balxan və Manqışlaq çevrəsində oturan Salurlardan Kul Hacının Ərsarı bəy adlı oğlunun soyundan gəldiklərindən dolayı onlara belə bir adın verildiyi rəvayət edilir. Z. Ş. Novşiranov, daha IX əsrdə Türklər arasında "sarı" adını daşıyan boyların olduğunu və "sarı" adıyla Türk coğrafiyasında (Qafqaz və Türkmənistan) bir çox toponiminin olduğunu bildirir. R. G. Kuzeyev, "Ərsarı" adının "Sarı adam" anlamında olduğunu, T. A. Jdanko isə Qaraqalpaqlar arasında da kiçik bir Ərsarı uruğunun olduğunu bildirir.
XIX əsrdə Ərsarılar, Türkmənlər arasında say baxımından çox, coğrafi olaraq da dağınıq bir hala sahib idilər.
Ya. R. Vinnikovun hazırladığı bir şəcərəyə görə, bu dönəmdə Ərsarı boyları dörd qola ayrılmışdı:
Ulutəpə, Günəş, Qara və Bəkəvül.
Bunlardan Ulutəpə:
Qurama, Qaraca, Surhı, Çatrak, Surh, Əsənmənli, Ağdəri, Acı, Qızılayaq, Müsürqarabagşılı, Ətbaş, Qabırdı, Danaçı oymaqlarına;
Günəş:
Qabasaqqal, Çəkir, Süleyman, Çakır, Omar və Qurama;
Qara:
Gurayış, Bay, Çəkiç, İslam, Tagan, Yabanı, Kazan, Mamaş; Bəkəvül isə Sarılı, Lamma, Uşagon, Yərli, Gültak və Togaçı oymaqlarına ayrılmışdılar.
Ərsarıların çox olaraq oturduqları bölgə Amudərya çayının orta qismləriydi. Bölgənin ən önəmli və mərkəzi torpaqları Pənd və Yolatan olaraq göstərilir. Ərsarıların böyük bir qisminin oturaq həyata sahib olduqları, torpaq işləriylə ilgiləndikləri, bununla bərabər at, qoyun kimi böyük sürülərə sahib olanları da köçəbə yaşamı sürdükləri bilinir. Bölgə, Rus işgalına qədər sıx-sıx Özbək xanlıqlarının hücumu altında olmuşdur. Ərsarılar arasında az saylı Özbək də yaşayır.