35°44′11″ şm. e. 76°22′51″ ş. u.HGYO

Baltoro buzlağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baltoro
urdu بلتورو گلیشیر
Baltoro buzlağının kosmosdan görünüşü
Baltoro buzlağının kosmosdan görünüşü
Ümumi məlumatlar
Tipi Dağ buzlağı
Uzunluğu 62 km
Sahəsi 524 km²
Qalınlığı 750 m
Yerləşməsi
35°44′11″ şm. e. 76°22′51″ ş. u.HGYO
Ölkə  Pakistan
Region
Baltoro xəritədə
Baltoro
Baltoro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baltoro (urdu بلتورو گلیشیر) — qütblərdən kənarda yerləşən dünyanın ən böyük buzlaqlarından biri. Baltoro buzlağı Mərkəzi Karakorum silsiləsində, Baltoro Muztaq (şimalda) və Maşerbrum (cənubda) silsilələri arasında yerləşir. Ərazi Kaşmir ərazisi tərkibində olmaqla Pakistan tərəfindən nəzarətdədir[1]. Avropalı tədqiqatçılar ilk dəfə Baltoro buzlağına XIX əsrdə gəlib çatmışlar. 1856-cı ilin avqustunda Adolf Şlaqintveyt ilk dəfə olara buzlağı tədqiq etmişdir.[2]

Buzlağın uzunluğu 62 km, sahəsi 750 km²-dir. Baltoro buzlağının ümumi uzunluğu Cənubi Qaşerbrum axını ilə birgə hesablanır. Bu axın Qaşerbrum IV (7932) və Qaşerbrum III (7946) zirvələri arasından, 7200 metr hündürlüyə malik yayladan başlayır. Qaşerbrum IV massıvini cənubdan yvarlaqlaşdıraraq Baltoro şimaldan növbəti sağ axını olan Qodvin-Osteni qəbul edir (ing. Godwin Austen). Qodvin-Osten öz başlanğıcını dünyanın ikinci ən hündür zirvəsi olan K2-nin şərq yamaclarında yerləşən sirkdən alır. Buzlağın aşağı ətəyi dəniz səviyyəsindən 3400 metr yüksəklikdə yerləşir. Qar xəttinin hündürlüyü — 5100 metrdir.

4600-4650 metr hündürlükdə Baltoro və Qodvin-Ostin bulzaqlarının birləşdiyi yerdə geniş yastı ərazi formalaşıb. Bu ərazi Konkordiya adlanır. Konkordiyadan aşağıya Baltoro buzlağı 35 km məsafədə düz xətt üzrə qərbə uzanır və 3400 metr yüksəklikdə bitir. Buzlağın bitdiyi ərazidən Biafo çayı formalaşır. Orta axarda çay Braldu, Hind çayına tökülənə qədər isə Şiqar adlanır.

Baltoro buzlağına ondan çox axın birləşir. Bu axınların hər biri özlüyündə mürəkkəb dərə buzlaqlarıdır.

Baltoro buzlağı hövzəsinin xəritəsi. Kosmosdan çəkiliş.

XIX əsrin əvvələrində Baltoro buzlağından və onun sağ axını olan Muztaqdan karvan yolu keçirdi. Yol Muztaq (5860) aşırımından keçərək Kaşmirin Yarkend çayı vadisinə düşür. Sonrakı dövrlərdə qar axınlarının böyüməsi nəticəsində karvan yolu yararsız vəziyyətə düşmüşdür.

XX əsrdə buzlaq yetərincə geriləmiş (1929-58-ci illərdə 300 metr). Kosmik çəkilişlərə əsasən 1970-ci ildən buzlaq dilinin vəziyyəti dəyişməyib[1].

Baltoro buzlağından bir çox dağ zirvələrinə gedən marşrut keçir. Mərkəzi Karakoruma gedən ekspedisiyanı, eləcə də, Tranqo Tauer, Muztaq Tauer (7276), Çaqori (8611), Skyanq Kanqri (7545), Broud Pik (8051), Qaşerbrum IV (7932), Qaşerbrum III (7946), Qaşerbrum II (8034), Xidden Pik (8080) və Maşerbrum (7821) zirvələrinə gedən marşrutları misal göstərmək olar.

  1. 1 2 Долгушин Л. Д., Осипова Г. Б. Ледники. М: «Мысль», 1989.
  2. Günter Oskar Dyhrenfurth, Hettie Dyhrenfurth, Hans Ertl, André Roch: Baltoro: ein Himalaya-buch. Seite 21, B. Schwabe & co, 1939

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]