Ettore Buqatti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ettore Buqatti
it. Ettore Bugatti
Ettore Buqatti 1932-ci il
Ettore Buqatti 1932-ci il
Doğum adı Ettore Arco Isidoro Bugatti
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Mükafatları "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ettore Buqatti (d.15 sentyabr, 1881 - ö.21 avqust, 1947) — italyan avtomobil mühəndisi və dizayneri

Ettore Buqatti 15 sentyabr 1881-ci ildə Milanda anadan olub[2]. Uşaqkən onu Milanda incəsənət məktəbinə qoyurlar. Ettore burada rəssamlıq və arxitektura öyrənib.

Ettore Bugatti 1947-ci ildə 66 yaşında beyninə qan sızması nəticəsində Parisdə vəfat edib[2].

Buqattilər ailəsi İtaliyaya məşhur rəssam və arxitektorlar bəxş edib. Ettorenin qardaşı Rembrandt da məşhur rəssam olub.

Ettore 2 dəfə ailə həyatı qurub. 2 nikahdan onun 5 övladı dünyaya gəlib. Bunlardan ən məşhuru isə şübhəsiz Jan olub. Jan 1909-cu ildə anadan olub[2].

14 yaşında ona hədiyyə edilən velosipedi modifikasiya etdikdə isə valideynləri onun mexanikaya olan həvəsini dəyərləndirirlər. 17 yaşında o, velosiped istehsal edən “Prinetti & Stucchi” şirkətinə işə düzəlir. Yaşı az olduğundan əmək müqaviləsinə atası imza atır. Sonra özünün bu şirkətdə hazırladığı nəqliyyat vasitəsində çempion olur. 1900-cü ildə italyan maliyyəçinin dəstəyi ilə hazırladığı “Bugatti Type 2” avtomobili ilə də o böyük uğur əldə edir[2].

Ettore sonrakı taleyini bütünlükdə Fransa ilə, daha doğrusu Fransanın Elzas bölgəsi ilə bağlayıb. Əvvəllər o, 2 avtomobil istehsalçısı ilə birgə layihələr həyata keçirməyə çalıçsa da, iş uğurlu alınmır. Başqası üçün işləməyi qəbul etməyən Ettore nəhayət 1909-cu ildə öz müəssisəsini qurmağa nail olur.

Üstün texniki göstəricilərə malik “Bugatti” avtomobilləri 1910-cu ildə Paris avtomobil sərgisində çox böyük uğur əldə edir. Gözəl dizayn, keyfiyyətli yığma və yüksək estetika modelə böyük uğur gətirir.

Ettorenin uğurunu zəhmli, tələbkar, lakin hər zaman ədalətli davranış nümayiş etdirən iş adamı olması ilə əlaqələndirirlər. Patron ləqəbli Ettore işçilərin ən xırda təkliflərini belə dəyərləndirirdi. Bununla da yanında çalışan mühəndisləri innovasiyalara həvəsləndirirdi.

37 il ərzində o, hər zaman avtomobil kolleksiyaçılarının diqqətini çəkəcək 7500 avtomobil istehsal etdi. Onun modelləri 10000 qələbəyə və 37 rekorda imza atıb. Ettore özü isə 37 müəlliflik şəhadətnaməsinə sahib idi[2].

Ettore bu sözləri özünə deviz seçmişdi: "Heç nə çox baha, heç nə də çox gözəl deyil". Ilk vaxtlar isə ona avtomobilin tormoz sisteminin zəif olduğunu bildirəndə, Ettorenin cavabı belə olub: "Mənim avtomobillərim getmək üçündür, dayanmaq üçün yox"[2].

Ettore Buqattinin qurduğu şirkət hələ də fəaliyyətini davam etdirir.

  1. 1 2 Deutsche Nationalbibliothek Record #118517260 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 5 6 Lent.az. "Bu gün məşhur konstruktor Ettore Buqattinin doğum gündür" (az.). news.lent.az. 15.09.2010/19:01. 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31-03-2014.