Ciqme Xesar Namqyel Vanqçuk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ciqme Xesar Namqyel Vanqçuk
dz. འཇིགས་མེད་གེ་སར་རྣམ་རྒྱལ་དབང་ཕྱུག
Butan Krallığının Kralı
9 dekabr 2006 – h.h
ƏvvəlkiCiqme Sinqye Vanqçuk
Şəxsi məlumatlar
Doğum adı Jigme Khesar Namgyel Wangchuck
Doğum tarixi (44 yaş)
Doğum yeri Katmandu, Nepal
Təhsili
Fəaliyyəti monarx
Atası Ciqme Sinqye Vanqçuk
Anası Tserinq Yanqdon
Həyat yoldaşı Cetsun Pema
Uşağı 2
Dini Vadjrayana

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ciqme Xesar Namqyel Vanqçuk (dz. འཇིགས་མེད་གེ་སར་རྣམ་རྒྱལ་དབང་ཕྱུག; 21 fevral 1980[1][2][…], Katmandu[3][4][…]) — Butan Krallığının Kralı.[5]

Xesar Butanın dördüncü Kralı Jiqme Sinqye Vanqçuk və üçüncü həyat yoldaşı Kraliça Aşi Tserinq Yanqdonun böyük oğludur. Kiçik bacısı Şahzadə Aşi Deçen Yanqzom və qardaşı Şahzadə Jiqme Dorjidən başqa 4 bacı və 3 qardaşı var.[6]

Yanqçenfuq Liseyində orta təhsilini başa vurduqdan sonra Xesar 1998-ci ildə təhsilini davam etdirmək üçün Filips Akademiyasına getdi, daha sonra dərəcəsini başa vurmaq üçün Kuşinq Akademiyasına daxil oldu. Daha sonra Oksford Universitetinin nəzdində Maqdalen Kollecini bitirməzdən öncə Uiton Kollecinə daxil oldu və burada Xarici Xidmət və Beynəlxalq Əlaqələr proqramları üzrə təhsilini tamamladı.[7]

Vəliəhd şahzadə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Butan xalqı tərəfindən "Daşo Xesar" adlandırılan vəliəhd xalqla görüşmək və onlarla danışmaq üçün krallıq boyunca etdiyi çoxsaylı səfərlərdə atasını müşayiət etdi. Butanı rəsmi olaraq bir neçə beynəlxalq tədbirdə təmsil etmişdir. 8 may 2002-ci ildə Butanı 27-ci BMT Baş Məclisində təmsil etdi və dünyada milyonlarla uşağın rifahı ilə əlaqəli məsələlərə toxunaraq Birləşmiş Millətlər Təşkilatında ilk çıxışını etdi. 12 – 13 iyun 2006-cı il tarixlərində Banqkokda Tayland Kralı Bhumibol Adulyadeyin 60 illik yubileyinə qatıldı.[8]

25 iyun 2002-ci ildə vəliəhd atası tərəfindən Kabni ilə təltif edildi.[9]

Tronqsa vilayətinin valisi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

31 oktyabr 2004-cü ildə Xesar Tronqsa Dzonqda 16-cı Tronqsa valisi olaraq təyin edildi. 1647-ci ildə Jabdrunq Nqavanq Namqyal tərəfindən qurulan Tronqsa vilayəti Butan taxtına varisi təyin edir, yəni, bu vilayətin valisi gələcək Butan Kralı olaraq elan edilir.[10]

Taxta çıxması

[redaktə | mənbəni redaktə et]

2005-ci ilin dekabrında Kral Ciqme Sinqye Vanqçuk 2008-ci ildə oğlunun lehinə taxtdan imtina etmək niyyətində olduğunu və məsuliyyəti ona təhvil vermək istədiyini bildirdi. 9 dekabr 2006-cı ildə Kral taxtdan imtina etdiyini elan edən Kral Fərmanı imzaladı və taxtı 6 noyabr 2008-ci ildə Punaxada rəsmi olaraq Kral elan edilən Ciqme Xesar Namqyel Vanqçuka verdi. Dini mərasimlər və kütləvi şənliklər Thimphudakı Taşiço DzonqÇanqlimitanq stadionunda təşkil edildi. Tacqoyma mərasimi qədim və rəngarəng mərasimdən ibarət idi, burada kral ailəsinin az sayda xarici dostu və Hindistanın o zamankı Prezidenti Pratibha Patil də daxil olmaqla yüksək vəzifəli qonaqlar iştirak edirdi.[11]

Xesarı Butan Kralı olaraq qarşılamaq üçün insanlar lövhələri hazırladılar, şənlik pankartları asdılar və nəqliyyat dairələrini təzə çiçəklərlə bəzədilər. Ağ, sarı, qırmızı, yaşıl və mavi ipək ehramlar ona təqdim edildi.[12]

Kral toy məclisi

[redaktə | mənbəni redaktə et]

20 may 2011-ci il cümə günü parlament iclasını açıq elan edən Kral 4 iyun 1990-cı ildə Thimphuda anadan olan Cetsun Pema ilə nişanlandığını açıqladı. Onlar 13 oktyabr 2011-ci ildə Punaxa Dzonqda evləndilər. Toy Butanın indiyə qədərki ən böyük media hadisəsi idi. Mərasim Punaxada təşkil edildi, ardından ölkənin müxtəlif bölgələrinə rəsmi səfərlər edildi. Mərasim zamanı Kral ayrıca Dzonqun ən müqəddəs Maçen ibadətgahından Druk Qyaltsuenin Zümrüd Tacını qəbul etdi və tacı rəsmi olaraq Butan Krallığının Kraliçası elan edilən Cetsun Pemaya verdi. Toy ənənəvi üslubda "qəyyum tanrıların xeyir-duaları" ilə keçirildi.[13]

11 noyabr 2015-ci ildə Butan Kralı və Kraliçasının 2016-cı ilin əvvəllərində ilk oğul övladlarını gözlədikləri açıqlandı. 2016-cı ilin 5 fevralında Thimphudakı Linqkana Sarayında anadan olan oğlu Ciqme Namqyel Vanqçukun anadan olması xalqa söyləndi.[14]

17 dekabr 2019-cu ildə ikinci övladlarının 2020-ci ilin yazında dünyaya gələcəyini gözlədikləri bildirildi. İkinci oğul övladı 19 mart 2020-ci ildə Thimphudakı Linqkana Sarayında anadan oldu. İkinci oğlunun fotosunu 2020-ci ilin 31 martında rəsmi Facebook səhifəsində paylaşdı. 30 iyun 2020-ci ildə kral ailəsi ikinci Qyalseyin Ciqme Uqyen Vanqçuk adını aldığını və Əlahəzrət Qyalsey Uqyen Vanqçuk olaraq çağırılacağını söylədi.[15]

Kral fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Demokratikləşdirmə siyasəti

[redaktə | mənbəni redaktə et]

Gənc Kral seçki qanunları, torpaq islahatı və digər vacib məsələlərin müzakirə olunduğu parlamentin son iclaslarına rəhbərlik etməklə Butanın demokratikləşməsinə nəzarət edən fəaliyyətinə başladı. O, butanlıların məsuliyyətinin demokratiyanı təmin etmək olduğunu söylədi. Butan Konstitusiyası layihəsini insanlarla izah etmək, müzakirə etmək və yaxınlaşacaq demokratik təlimlərdə iştirakını təşviq etmək üçün ölkə üzrə çoxlu işgüzar səfər etdi. Butanlıların təhsildə, işdə, dövlət qulluğunda daha yüksək nailiyyətlərə can atmasını və kiçik ölkə xalqının digər ölkələrdən daha çox çalışmasının lazım olduğunu şərh edərək gənclərə müraciət etdi.[16]

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Kral 1949-cu il müqaviləsini əvəz edən 2007-ci ilin fevralında Hindistanla yeni dostluq müqaviləsi imzaladı. 2008-ci il demokratik dəyişikliklərinə hazırlaşmaq üçün sistemi gücləndirmək məqsədilə bir çox hökumət layihəsi Kral tərəfindən həyata keçirildi. Butan Konstitusiyası çağırılmış ilk parlament tərəfindən 18 iyul 2008-ci ildə qəbul edilmişdir.

Torpaq islahatı

[redaktə | mənbəni redaktə et]

Kralın rəsmi tacqoyma mərasimindən sonra ilk layihəsi 2009-cu ilin martında hər bir Butan ailəsinə təsir göstərən aşırı torpaq məsələlərinin həllinə yönəlmiş Milli Kadastr Tədqiqatını başlatdı. Torpaq islahatının dəyişikliyi reabilitasiya layihəsi ilə uzaq və çətin bölgələrdə yaşayan insanların həyatının yaxşılaşdırılmasına yönəlmişdir. Pemaqatsel vilayətindəki Xinadanq şəhərində pilot reabilitasiya layihəsi 2011-ci ilin iyun ayında başladıldı və 28 oktyabr 2014-cü ildə Şahzadə Qyaltşab Ciqme Dorji Vanqçuk tərəfindən açıldı. Layihə daha az əlaqə qurula bilən ərazilərdə yaşayan insanları kəndlərə köçürməyi və onlara yaşayış yeri və xidmətləri təqdim etməkdən ibarətdir. Layihə böyük uğur qazandı və oxşar layihələr Butanın digər bölgələrində də həyata keçirildi.[17]

Kralın ən vacib və hazırda da davam edən layihələrindən biri xalqına qayğı göstərmək olan Kidu ənənəsi ilə əlaqədardır. İnsanlar Kidu ənənəsinə müxtəlif yollarla daxil ola bilərlər.[18]

Ölkədə mövcud olan pulsuz təhsili belə ala bilməyən tələbələr, yaşlı vətəndaşlar və müalicəyə ehtiyac duyanlar kimi müəyyən qruplara kömək etmək üçün hazırlanmış bir neçə Kidu sxemləri var. Kral ölkədəki torpaqsız fermerlərə dövlət torpağı vermək ənənəsini də davam etdirdi. Davam edən layihə ucqar kəndlərə və icmalarda aparılır. Kidu təbii fəlakət qurbanlarının ailələrinə təcili yardım göstərməyi də əhatə edir. Kral 2009 və 2011-ci illərdə baş verən güclü zəlzələ və daşqınlardan sonra yenidənqurma işlərinə şəxsən rəhbərlik etmişdir.[19]

2012-ci ildə Kral Silahlı Qüvvələrdən Dzonq Yenidənqurma Fondu üçün Junq Dratşanqa 100 milyon nqultrumu verdi, səbəb isə 24 iyun tarixində tarixi Vanqduefodranq Dzonq şəhərinin yanğın nəticəsində yanması idi. Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq dərhal əraziyə silahlı qüvvələri və De-Suuplara qüvvələrini göndərmək əmri verdi və əhalinin köməyi ilə də yanğının qarşısı alındı. Kral özünü bir neçə saat ərzində hadisə yerinə çatdırdı.[20]

De-Suunq təlim proqramı

[redaktə | mənbəni redaktə et]

Kral gənclərin istəyi ilə 2011-ci ildə De-Suunq təlim proqramı olaraq bilinən könüllülər üçün hərbi təlimə start verdi. Proqram könüllüləri fövqəladə hallar zamanı yardım göstərmək bacarıqlarını öyrətməyi hədəfləyir və 3.000-dən çox könüllünün təlimləri başa vuraraq ictimai hadisələr və fövqəladə hallar üçün könüllülük etməsi ilə olduqca uğura imza atmışdır.[21]

Butan Konstitusiyası krala məhkumları əfv vermək səlahiyyətini verir. 2014-cü ildə Butan Parlamenti tərəfindən 2010-cu il Tütün Nəzarəti Qanununun dəyişdirilməsindən sonra həddindən artıq miqdarda tütün saxladığı üçün həbs olunan 45 məhkumu bağışladı. Kral Əfv sərəncamını təkrar cinayət törətməyən və müsbət həbsxana davranışlarına sahib olan məhbuslara şamil etdi.[22]

İctimai xidmətləri və xaricdə məşhurluğu

[redaktə | mənbəni redaktə et]

"Xalqın Kralı" olaraq tanınan atası kimi Hindistanla son dərəcə isti münasibətlər qurur. Hindistana bir neçə dəfə səfər etmiş və 2013-cü ildə Hindistanın 64-cü Respublika Gününə fəxri baş qonaq olaraq çağırılmışdır.[23]

2006-cı ildə vəliəhd olaraq Taylanda etdiyi səfərdən sonra Kral Taylandda olduqca populyarlaşdı. Butana gələn taylandlı turistlərin sayı ziyarətdən sonra durmadan artdı.[24]

2011-ci ilin noyabr ayında Kral və Kraliça Cetsun Pema Yaponiyaya dövlət səfəri etdi, 2011-ci il zəlzələsindən sonra onlar Yaponiyaya gedən ilk dövlət xadimləri oldular. Sonradan yapon xalqının Butan Kral və Kraliçasına aşiq olduqları söyləndi.[25]

2015-ci ilin mart ayında Kral və Kraliça Sinqapurun keçmiş Baş naziri Li Kuan Yunun dəfn mərasimində iştirak edən xarici qonaqlar arasında idi.[26]

Kral və Kraliça 2017-ci ilin oktyabr ayında Tayland Kralı Bhumibol Adulyadejin dəfn mərasimində və 2019-cu ilin oktyabrında Yaponiya İmperatoru Naruhito və İmperatriça Masakonun tacqoyma mərasimində iştirak etdilər.

  • 1980–2004: Əlahəzrət Daşo Ciqme Xesar Namqyel Vanqçuk
  • 2004–2006: Əlahəzrət Çhotse Penlop Ciqme Xesar Namqyel Vanqçuk
  • 2006–günümüzədək:
    • Beynəlxalq səviyyədə: Butan Kralı Əlahəzrət Ciqme Xesar Namqyel Vanqçuk
    • Butanda: Druk Qyalpo Ciqme Xesar Namqyel Vanqçuk

Milli nişanları

[redaktə | mənbəni redaktə et]
  • "Kral Ciqme Sinqye Vanqçukun xatirəsinə gümüş yubiley" medalı (2 iyun 1999)
  • "Qırmızı Kabni" (25 iyun 2002)
  • "Sarı Kabni" (14 dekabr 2006)
  • "Butan Kral" ordeni (14 dekabr 2006)
  • "İldırım Əjdaha Zəfər" ordeni (14 dekabr 2006)
  • "İldırım Əjdaha" ordeni (yanvar 2008)
  • "Əjdaha Kralı" ordeni (7 noyabr 2008)
  • "Milli Ləyaqət" ordeni (7 noyabr 2008)
  • "Qalib İldırım Əjdaha" ordeni (7 noyabr 2008)
  • "Sevimli İldırım Əjdaha" ordeni (7 noyabr 2008)
  • "Kral Ciqme Sinqyenin 60-cı Doğum Günü" nişanı (11 noyabr 2015)

Xarici nişanları

[redaktə | mənbəni redaktə et]
  • "Kraliça III Salot Tupu Şöhrət" ordeni (14 may 2010)
  1. http://www.nndb.com/lists/515/000063326/.
  2. Jigme Khesar Namgyal Wangchuck // Roglo. 1997.
  3. https://web.archive.org/web/20160602115751/http://www.telegraphnepal.com/headline/2010-04-30/i-was-born-in-nepal%3A-hm-the-king-of-bhutan. 2010.
  4. http://archive.is/2017.06.04-212258/http://admin.myrepublica.com/society/story/22840/bhutanese-king-keen-to-visit-nepal.html. 2015.
  5. "Arxivlənmiş surət". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  6. "Arxivlənmiş surət". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  7. "Arxivlənmiş surət". 2019-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  8. "Arxivlənmiş surət". 2010-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  9. "Arxivlənmiş surət". 2016-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  10. https://web.archive.org/web/20120410023530/http://www.bhutanstudies.org.bt/pubFiles/v10-2.pdf
  11. "Arxivlənmiş surət". 2019-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  12. "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  13. "Arxivlənmiş surət". 2014-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  14. "Arxivlənmiş surət". 2019-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  15. "Arxivlənmiş surət". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  16. https://web.archive.org/web/20070927063911/http://www.kuenselonline.com/modules.php?name=News&file=article&sid=8356
  17. "Arxivlənmiş surət". 2014-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  18. "Arxivlənmiş surət". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  19. http://www.kuenselonline.com/2011/?p=12052
  20. "Arxivlənmiş surət". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  21. "Arxivlənmiş surət". 2021-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  22. "Arxivlənmiş surət". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  23. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  24. "Arxivlənmiş surət". 2013-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  25. "Arxivlənmiş surət". 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.
  26. "Arxivlənmiş surət". 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]