Ömər Faiq Nemanzadə: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 105: Sətir 105:


Ömər Faiq Nemanzadə, [[1906]]-[[1917]]-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləmiş, müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas etmişdir. [[1917]]-ci ildə vətəni [[Axalsxi qəzası|Axalsxi]]yə dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçmişdir. Gürcüstan Respublikasının anti-türk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq [[1918]]-ci ildə üç dəfə həbs olunmuş, Gürcü həbsxanalarının bütün zillətini yaşamışdı. 1918-ci ildə [[Tiflis]] həbsxanasında Ömər Faiqlə görüşən şair [[Əhməd Cavad]] yazırdı: "''Mən bu həkarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyimdən Gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla, Gürcü hökümətinə qələm dostlarım adından etiraz edirəm. Ömər Faiq təkçə Axalsixin deyil, bütün millətin xadimidir.''" Həbsdən çıxdıqdan sonra Bakıya gələrək [[1919]]-cu ildə Bakı Polis idarəsində çalışmış, [[1920]]-ci ildə isə yenidən Gürcüstana qayıdaraq "''Zəhmətkeşin Səsi''" qəzetinin baş yazarı və Gürcüstan İnqilab Komitəsinin üzvü olmuşdur. Sovet dövründə də müəllimlik və dramaturgiya fəaliyyətini davam etdirmiş, dərs kitablarının hazırlanmasında daha fəal çalışmışdır. [[1927]]-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan "''Xatirələrim''" üzərində çalışmışdır. Lakin müəllif bu xatirələri bitirə bilməmişdi. [[1937]]-ci ildə həps edilmiş və üç ay sürən işgəncəli mühakimələrdən sonra [[10 oktyabr]] [[1937]]-ci ildə türkçülükdə günahlandırılaraq güllələnmişdi. Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanmışdır.<ref name=":0" />
Ömər Faiq Nemanzadə, [[1906]]-[[1917]]-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləmiş, müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas etmişdir. [[1917]]-ci ildə vətəni [[Axalsxi qəzası|Axalsxi]]yə dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçmişdir. Gürcüstan Respublikasının anti-türk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq [[1918]]-ci ildə üç dəfə həbs olunmuş, Gürcü həbsxanalarının bütün zillətini yaşamışdı. 1918-ci ildə [[Tiflis]] həbsxanasında Ömər Faiqlə görüşən şair [[Əhməd Cavad]] yazırdı: "''Mən bu həkarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyimdən Gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla, Gürcü hökümətinə qələm dostlarım adından etiraz edirəm. Ömər Faiq təkçə Axalsixin deyil, bütün millətin xadimidir.''" Həbsdən çıxdıqdan sonra Bakıya gələrək [[1919]]-cu ildə Bakı Polis idarəsində çalışmış, [[1920]]-ci ildə isə yenidən Gürcüstana qayıdaraq "''Zəhmətkeşin Səsi''" qəzetinin baş yazarı və Gürcüstan İnqilab Komitəsinin üzvü olmuşdur. Sovet dövründə də müəllimlik və dramaturgiya fəaliyyətini davam etdirmiş, dərs kitablarının hazırlanmasında daha fəal çalışmışdır. [[1927]]-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan "''Xatirələrim''" üzərində çalışmışdır. Lakin müəllif bu xatirələri bitirə bilməmişdi. [[1937]]-ci ildə həps edilmiş və üç ay sürən işgəncəli mühakimələrdən sonra [[10 oktyabr]] [[1937]]-ci ildə türkçülükdə günahlandırılaraq güllələnmişdi. Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanmışdır.<ref name=":0" />

==Memuarları==

* Şəkidən xatirələr;
* Axalsıxdan xatirələr;
* Dərdimiz və dərmanımız;
* Ömər Faiq Nemanzadə – Mən kiməm?!;
* Ömər Faiq Nemanzadə – Ətiqə;
* Şamaxıdan xatirələr.


== Əsərləri ==
== Əsərləri ==

#Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992, 531 səh.
#Əsərləri (məqalələr, felyetonlar, xatirələr). Bakı: Yazıçı, 1983, 150 səh.
Əsərləri (məqalələr, felyetonlar, xatirələr). Bakı: Yazıçı, 1983, 150 səh;
#Xatirələrim. Bakı: Gənclik, 1985, 18 səh.
Xatirələrim. Bakı: Gənclik, 1985, 18 səh.
Dəvəti Nəşri Asare, Tiflis: 1905;
Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992, 531 səh.


== Haqqında olan əsərlər ==
== Haqqında olan əsərlər ==

:Bəxtiyar Vahabzadə. Ömər Faiq Nemanzadə haqqında. B.Vahabzadə. Dərin qatlara işıq. Bakı: 1986, səh.46-50
:Bəxtiyar Vahabzadə. Ömər Faiq Nemanzadə haqqında. B.Vahabzadə. Dərin qatlara işıq. Bakı: 1986, səh.46-50
:Yusifova T. Ömər Faiqin həmişəyaşar "Xatirələr"i türk dilində // Azərbaycan.- 2001.- 15 mart.- s. -4.
:Yusifova T. Ömər Faiqin həmişəyaşar "Xatirələr"i türk dilində // Azərbaycan.- 2001.- 15 mart.- s. -4.

11:24, 5 iyul 2018 tarixinə olan versiya

Ömər Faiq Nemanzadə
Şəxsi məlumatlar
Doğum tarixi
24 dekabr 1872(1872-12-24)
Doğum yeri Ahıska qəzası, Azqur kəndi, Tiflis quberniyası
Vəfat tarixi 10 oktyabr 1937(1937-10-10) (65 yaşında)
Vəfat yeri
Fəaliyyəti jurnalist, publisist, pedaqoq
omarfaig.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ömər Faiq Nemanzadə (tam adı: Ömər Faiq Nemanzadə; d. 1872 Ahıska (Axalsıx) qəzasının Azğur k. – ö. 10 oktyabr 1937, Bakı) — Cənub-Qərbi Qafqaz Türk Respublikasının Nazirlər Şurasının 1-ci Sədri, Gürcüstan SSR Müvəqqəti İngilab Komitəsinin üzvü, Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci Sədri, həmçinin SSRİ dönəmində amansızlıqla qətlə yetirilən milli düşüncəli, maarifpərvər ziyalılardan biri, XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist, Mesxeti türklərinin böyük oğlu.

Həyatı

Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olmuşdur. O, ilk təhsilini kənd camesində almış və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş Şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra Sultan istibdadına qarşı gizli çalışan cahillərə (cavanlara) qoşulmuşdur. Ömər Faiq [[1920]]-ci ildə Gəncə Zəraət (kənd təsərrüfatı) Texnikumunun direktoru işləmişdir. O, 1920-1921-ci illərdə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, bir az sonra "Yeni fikir" redaksiya heyətinin üzvü seçilmişdir. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin edilmişdir. İnqilab illərində Ömər Faiq dəfələrlə həbs edilmişdir. O. 1923-cü ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etmişdir.

Fəaliyyəti

1894-cü ildə, Ahıskada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır. İnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə yönəltmişdir. Ömər Faiq 1894-cü ildə Şəkidə ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayıb oxutmuşdur. O. Burada M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" pyesini səhnə üçün hazırlamış, Müsyö Jordan rolunda özü çıxış etmişdir.

1896-cı ilin yazında xəstəliyi ilə əlaqədar Ömər Gəncəyə, oradan da Hacıkəndə getmiş, orada İstanbuldan gəlmiş Məhəmməd Əfəndi ilə yaxından tanış olmuşdur. Məhəmməd Əfəndi oradakı gənc müəllimlər və yazıçılara təsir etmişdir. Ömər Faiq 1896-1898-ci illərdə xəstəliyinə görə Abastumanda və Azğurda qalmışdır. Ahıskada milli məktəb açmaq fikrinə düşən Ömər Tiflis maarif müdirinə ərizə yazıb – ondan: "Lazımsa, şkolada (məktəbdə) oxudun, ayrıca türk məktəbi olmaz" cavabını almışdır. Tiflisdən Müfti və Şeyxülislama şikayətlənib "Rusiyadakı türklərlə Türkiyədəki rum və ermənilər arasında hüquqca böyük bir fərq olduğunu" söyləmişdir. Ömər Faiq milli hüquqları müdafiə məqsədilə "hər millətin mədəniyyətə və maariflənməsinə haqqı vardır və bu haqqı hər yerdə, hər zaman saxlamalıdır" demişdir.

Xəstəlikdən sağalıb o, 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə came məktəbində müəllim işləmişdir. Orada dini dərslərin tədrisini azaltmaqla hesab, coğrafiya, tarixdil fənlərini tədris etdirmişdir. 1900-cu ildə Ömər Faiq ictimai həyatda fəal məşğul olmaq üçün Bakıya gəlmişdir. Bakı şəhərində milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşamasını görən Ömər Faiq demişdir:

" "Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim" "

Ömər Faiq 1900-cu ildə Şamaxıya gəlmişdir. O, burada milli məktəbin təşkil edilməsinə yaxından yardım etmiş və tarix, coğrafiya, hesab və türk dilindən dərs demişdir. 1902-ci il yanvar ayının 31-də Şamaxıdakı güclü zəlzələdən sonra Ömər Faiq Tiflisə getmişdir.

Görkəmli Azərbaycan nasirləri ilə: Əlisgəndər Cəfərzadə, Cəlil Məmmədquluzadə, Həmzət bəy Qəbulov-Şirvanlı, Sultan Məcid Qənizadə, Ömər Faiq Nemanzadə, Qurbanəli Şərifzadə

"Şərqi-Rus"dakı fəaliyyəti

Bağçasarayda nəşr olunan "Tərcüməçi"nin müəlliflərindən biri oldu. 1903-cü ilin mart ayının 30-da nəşrə başlamış, Mehemmed Ağa Şahtaxtlının baş yazıçısı olduğu "Şərqi-Rus" qəzetində Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə ilə bir yerdə qəzetinin redaksiyasında işləməyə başlamışdır. Bu qəzet Qafqazda ilk dəfə olaraq nəşr olunan siyasi və ictimai gündəlik türk qəzeti olmuşdur. Həyatının bu dövrünü sonralar özü belə izah edirdi:[1]

" "1893-1903"-cü ilə kimi olan on ildə Axalsxidə, Şəkidə, Şamaxıda, Gəncədə, Bakıda və daha başqa yerlərdə olduğum vaxtlarda gördüyüm, eşitdiyim ictimai və siyasi yaraların acısı hələ ürəyimdən çıxmamışdı. Lakin iki-üç cür senzorun gözü qarşısında siyasi istibdaddan, hökümətin zülmündən açıq yazmaq çətin idi. Buna görə də, hələlik siyasi istibdadı pərdələyib ona yol verən rühani və dini isitibdadın əleyhinə yazmağı lazım bilirdim". "

1905-ci ildə "Şərqi Rus" bağlandıqdan sonra Ömər Faiq, qələm dostu Cəlil Məmmədquluzadə ilə birlikdə qəzetin mətbəəsini alıb "Qeyrət" adı ilə dəyişdirdilər və burada innovativ, dövrlə, zamanla hesablaşan kitablar nəşr etməyə başladılar.


"Molla Nəsrəddin"dəki fəaliyyəti

Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edilmişdir. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiqin müstəsna rolu olmuşdur. Aprel ayında onların birgə səyləri sayəsində "Molla Nəsrəddin" məcmuəsinin ilk nömrəsi ortaya çıxdı. "Molla Nəsrəddində" yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində o deyirdi:

Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki, hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək və başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır

O başqa bir məqaləsində isə belə yazırdı:

Sən ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən! Sən gərək biləsən ki, dünyada hələ şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba və yazın var idi.Bəsdir, bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış![2]

1911-ci ildə C.Məmmədquluzadə Tiflisə, jurnalın müvvəqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdır: "Əzizim Məmmədəli!... Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli".

"Molla Nəsrəddin"dəki kəskin yazıları üzündən Ömər Faiq 1907-ci ildə Çar Rusiyasının gizli polisi tərəfindən həbs olunmuşdu. Məşhur mizah şairi Mirzə Ələkbər Sabir bu münasibətlə yazdığı bir şeirində belə deyirdi:


" "Söyləmədimmi sənə rahat otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən.
Hanə deyildir sənin, getməlisən, zəifsən,
Eləmədin etina, qüssə həmən oldumu,
İndi sənə mən deyən mətləb əyan oldumu? "
"

Digər qəzet-jurnallarda

Ömər Faiq təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda ("Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s.) çıxış etmişdir. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır.[3] Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir.

Ömər Faiq Ahıskada ermənigürcü dəstələrinin terror fəaliyyətini öz gözləri ilə görmüşdür. Onun bir sıra məqalələrindən aydın olur ki, Gürcüstanda səs salmış "Gürcü işi" adlı əməliyyatın başlanması ilə əlaqədar o, dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırmış, həmin vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlamış, qəzet və jurnallarda tez-tez məqalələrlə çıxış etmişdi. Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıska (Axalsix) bölgəsindəki fəaliyyəti olmuşdur. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti-müvəqqətəsi"nə hökumət rəisi seçilmişdir. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmiş və bu respublika ləğv olunmuşdur. "Cənubi-qərbi Qafqaz hökuməti" yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunub Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı.

Repressiya qurbanı

Ömər Faiq Nemanzadə, 1906-1917-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işləmiş, müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə təmas etmişdir. 1917-ci ildə vətəni Axalsxiyə dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçmişdir. Gürcüstan Respublikasının anti-türk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq 1918-ci ildə üç dəfə həbs olunmuş, Gürcü həbsxanalarının bütün zillətini yaşamışdı. 1918-ci ildə Tiflis həbsxanasında Ömər Faiqlə görüşən şair Əhməd Cavad yazırdı: "Mən bu həkarəti yalnız Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyimdən Gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla, Gürcü hökümətinə qələm dostlarım adından etiraz edirəm. Ömər Faiq təkçə Axalsixin deyil, bütün millətin xadimidir." Həbsdən çıxdıqdan sonra Bakıya gələrək 1919-cu ildə Bakı Polis idarəsində çalışmış, 1920-ci ildə isə yenidən Gürcüstana qayıdaraq "Zəhmətkeşin Səsi" qəzetinin baş yazarı və Gürcüstan İnqilab Komitəsinin üzvü olmuşdur. Sovet dövründə də müəllimlik və dramaturgiya fəaliyyətini davam etdirmiş, dərs kitablarının hazırlanmasında daha fəal çalışmışdır. 1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan "Xatirələrim" üzərində çalışmışdır. Lakin müəllif bu xatirələri bitirə bilməmişdi. 1937-ci ildə həps edilmiş və üç ay sürən işgəncəli mühakimələrdən sonra 10 oktyabr 1937-ci ildə türkçülükdə günahlandırılaraq güllələnmişdi. Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanmışdır.[1]

Memuarları

  • Şəkidən xatirələr;
  • Axalsıxdan xatirələr;
  • Dərdimiz və dərmanımız;
  • Ömər Faiq Nemanzadə – Mən kiməm?!;
  • Ömər Faiq Nemanzadə – Ətiqə;
  • Şamaxıdan xatirələr.

Əsərləri

Əsərləri (məqalələr, felyetonlar, xatirələr). Bakı: Yazıçı, 1983, 150 səh; Xatirələrim. Bakı: Gənclik, 1985, 18 səh. Dəvəti Nəşri Asare, Tiflis: 1905; Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992, 531 səh.

Haqqında olan əsərlər

Bəxtiyar Vahabzadə. Ömər Faiq Nemanzadə haqqında. B.Vahabzadə. Dərin qatlara işıq. Bakı: 1986, səh.46-50
Yusifova T. Ömər Faiqin həmişəyaşar "Xatirələr"i türk dilində // Azərbaycan.- 2001.- 15 mart.- s. -4.
Kəbutər. Məktəb əyan oldumu... /Ömər Faiq Nemanzadə haqqında// Yeni Azərbaycan.- 2002.- 1 fevr.- s.- 3.
Bəxtiyar Vahabzadə. Yanar ürək. "Ədəbiyyat və incəsənət", 1983, 11 noyabr.
Вахидов Р.К Мировозрение Омара Фаика Неманзаде.-Б.,1971.-21 с.
Рзаев С.М.Литературно-публицистическая деятельность Омара Фаика Неманзаде.-Б.,1973.-С.38.

İnternet saytı

Ömər Faiq Nemanzadənin məqalələrindən və görkəmli maarifçi haqqında yazılan məqalələrədn ibarət blog fəaliyyət göstərir: *[1]

İstinadlar

  1. 1 2 Ömer Faig Nemanzâde
  2. Ömər Faiq Nemanzadə. "Mən kiməm?". "Qardaş köməyi" məcmuəsi. 1917, [14, s. 35; 23, s. 268–269].
  3. Ömər Faiq Nemanzadə: «Millət hürriyyətin və istiqlalın ləzzətini yalnız öz milli dilində anlaya bilər»

Mənbə

  • [2] Ömər Faiq Nemanzadə haqqında
  • [3] Ömər Faiq Nemanzadənin məqalələrindən ibarət blog
  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.