Bakının mühasirəsi (1501)

Vikipediya, azad ensiklopediya
Royalityone (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 08:38, 2 sentyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Bakının mühasirəsiBakının 1501-ci ildə İsmayılın başçılıq etdiyi qızılbaşlar tərəfindən mühasirəyə alınması.

Burada İsmayıla bildirilir ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və "xərac verməkdən" imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclıİlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını, qüllələri, qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirir. Qalaya hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa düşən Səfəvilər bakılılarla dialoqa girib, şəhəri təslim etməyə razı salmağı qərara alır. Qalanın müdafiəsinə, Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi.[1][2] İsmayıl öz səfirini "Qazı bəyin və onun arvadının" hüzuruna göndərir.[3] Qızılbaş səfirinin təslim olmaq haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını əmr edir. Belə olanda Bakı darğası Əbülfəth bəy onu İsmayılın qəzəbi ilə qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərir. Lakin Qazı bəyin arvadı darğanın da edam olunmasını əmr edir. Bundan sonra İsmayıl döyüşçüləərin bir hissəsinə özlərinə torpaq təpələri (murçal)[4] düzəltməyi və onlardan mühasirədə olanlara atəş açmağı əmr edir.

  1. Petruşevski, Azerbaydjan, v XVI–XVII v.v., str. 232
  2. Anonim tarix, vərəq 62a
  3. Həsə bəy Rumlu, Əhsən ət-təvarix, səh. 46
  4. Bürhan-i Qati, səh. 256