Səfəvi–Osmanlı müharibəsi (1603–1618): Redaktələr arasındakı fərq
Sətir 64: | Sətir 64: | ||
Şah Abbas əvvəlcə bəzi qoşunlarını şəhərə sızdırdı. Bu əsgərlər qaladakı qarnizona fikir vermədən mühafizəçiləri öldürməyi bacardılar. Bu mərhələdə Şah Abbas 500 əsgəri tüccar kimi şəhərə soxdu. Bu əsgərlər mühafizəçiləri öldürülmüş qala qapılarını açarkən,Şahın seçkin 6000 nəfərlik qoşunu qalaya hücum etdi. İki dövlətin qoşunları arasında toqquşma oldu. Portuqaliyalıların komandirliyindəki topçu qoşunları qalanı bombalamağa başladı.<ref>[https://books.google.co.uk/books?id=K_kBAwAAQBAJ&pg=PA76&lpg=PA76&dq=Nahavand+1603&source=bl&ots=adTYxeEOSR&sig=NcyDHkynnOViPXlsO-VbVEzdqwY&hl=en&sa=X&ei=-XBkVZWAAqTmyQP3uYBw&ved=0CEoQ6AEwCQ#v=onepage&q=Nahavand%201603&f=false David Blow, "Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend", I.B.Tauris, 13 Feb 2009 p. 76]</ref>. |
Şah Abbas əvvəlcə bəzi qoşunlarını şəhərə sızdırdı. Bu əsgərlər qaladakı qarnizona fikir vermədən mühafizəçiləri öldürməyi bacardılar. Bu mərhələdə Şah Abbas 500 əsgəri tüccar kimi şəhərə soxdu. Bu əsgərlər mühafizəçiləri öldürülmüş qala qapılarını açarkən,Şahın seçkin 6000 nəfərlik qoşunu qalaya hücum etdi. İki dövlətin qoşunları arasında toqquşma oldu. Portuqaliyalıların komandirliyindəki topçu qoşunları qalanı bombalamağa başladı.<ref>[https://books.google.co.uk/books?id=K_kBAwAAQBAJ&pg=PA76&lpg=PA76&dq=Nahavand+1603&source=bl&ots=adTYxeEOSR&sig=NcyDHkynnOViPXlsO-VbVEzdqwY&hl=en&sa=X&ei=-XBkVZWAAqTmyQP3uYBw&ved=0CEoQ6AEwCQ#v=onepage&q=Nahavand%201603&f=false David Blow, "Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend", I.B.Tauris, 13 Feb 2009 p. 76]</ref>. |
||
Qalanı mühasirəyə alanın şah Abbas olduğunu başa düşən qala komandiri bu dəfə atası Əli paşaya daha iki elçi göndərdi və kömək istədi. Səfəvi ordusunun Təbrizin qarşısına gəldiyini xəbər alan və Qarnıyarıq qalası üzərinə səfərindən dönən Əli paşa,[[28 sentyabr]] [[1603]]-cü ildə Təbrizin şimal-qərbindəki [[Sufiyan]] yaxınlığındakı Ezbend bölgəsində 15 min nəfərlik Səfəvi qoşunu ilə qarşılaşdı. Sayı az olan Osmanlı qoşunları,bu döyüşündə böyük məğlubiyyətə uğradılar. |
|||
Nəticədə Təbrizdəki qarnizona kömək edilə bilmə ehtimalı qalmadı. Müdafiəçilər müqavimət göstərməyə davam edərkən,getdikcə daha çox əsgər maaşlarının iki qatını təklif edən Səfəvilərin tərəfinə keçdi.<ref>[https://books.google.co.uk/books?id=v4Yr4foWFFgC&pg=PA85&lpg=PA85&dq=1603+%C5%9Fah+abbas+tebriz+eyl%C3%BCl&source=bl&ots=hAHOalJpvr&sig=0KE_7VR0jlTlQjmNhod6GS_fUus&hl=en&sa=X&ei=LGBkVcenI4KZsAH6n4HYCg&ved=0CCAQ6AEwADgU#v=onepage&q=1603%20%C5%9Fah%20abbas%20tebriz%20eyl%C3%BCl&f=false Roger Savory, "Iran Under the Safavids", Cambridge University Press, 24 Sep 2007 s. 86]</ref> Gedərək az sayda qalan müdafiəçi [[21 oktyabr]] [[1603]]-cü ildə təslim oldu. |
|||
== 1616-1618-ci illər == |
== 1616-1618-ci illər == |
10:38, 16 sentyabr 2020 tarixinə olan versiya
Bu səhifədə iş davam etməkdədir. |
Səfəvi–Osmanlı müharibəsi (1603-1618) | |||
---|---|---|---|
Səfəvi–Osmanlı münasibətləri | |||
Tarix |
1-ci dövr:1603–1612 2-ci dövr: 1616-1618 |
||
Yeri | Qafqaz, Şərqi Anadolu, İraq, Cənubi Azərbaycan | ||
Səbəbi |
İstanbul sülh müqaviləsi Sərab sülh müqaviləsi |
||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Səfəvi-Osmanlı müharibəsi (1603-1618) — 1603-1618-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.[1]
Tarixi
21 oktyabr 1603-cü ildə Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başladı. I Şah Abbas ciddi hərbi hazırlıqdan sonra Osmanlılar tərəfindən tutulmuş torpaqları geri qaytarmaq üçün 14 sentyabr 1603-cü ildə Təbrizə doğru hərəkət etdi. Bununla Səfəvi dövləti ilə Osmanlı arasında növbəti müharibə başlandı. Osmanlı İmperiyası bundan öncəki müharibədə (1578-1590) Səfəviləri məğlub edərək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi. Yeni müharibə Səfəvilər in üstünlüyü ilə keçdi və I Şah Abbas sələfi Məhəmməd Xudabəndin itirdiyi torpaqları geri aldı. Yolda Əmirgünə xan Qacarın Qəzvin və Zülfüqar xan Qaramanlının Ərdəbil alayları da onunla birləşdilər. Onlar on dörd günə Təbriz qala qapılarına çatdılar. Qızılbaş ordusunun yaxınlaşdığını görən Təbriz və onun ətraf əhalisi osmanlılara qarşı çıxışlara başladılar. 21 oktyabr 1603-cü ildə I Şah Abbas Təbrizi tutdu. Təbriz tutulduqdan sonra qərbə doğru hərəkət edən I Şah Abbas Əli Paşanın başçılıq etdiyi Təbriz qarnizonunu dağıtdı. Əli Paşa əsir götürüldü. Təbriz qaytarıldıqdan sonra Zülfüqar xan Qaramanlı Azərbaycana bəylərbəyi təyin olundu. Amma bir qədər sonra şah onun yerinə türkman tayfalarının başçısı Pirbudaq xan Pornaqı təyin etdi.
8 iyun 1604-cü ildə I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirdi. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verildi. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsi ilə təsbitlənmişdi.
1603-1612-ci illər
Təbrizin mühasirəsi
XVI əsrin sonu və XVII əsrin başlanğıcında Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi və Şah Abbasa buraya gəlmək üçün yol açmış oldu. Avstriya müharibəsi və Cəlali üsyanları səbəbiylə Osmanlı imperiyası şərq əyalət əsgərlərinin maaşlarını ödəməkdə çətinlik çəkirdi və buradakı əsgərlər bunları bəhanə edərək ətrafdakı sancaqları talan edirdilər. Səlmas qalasının hakimi Qazi bəy də bu talan əməliyyatlarından öz payını aldı və 1603-cü ilin mayında Şah Abbasdan kömək istədi. Şaha xan titulu,qılınc,kəmər,kavuk təqdim edildi.
Təbriz bəylərbəyi zəncirqıran Əli paşa,xəyanət olaraq gördüyü bu hərəkəti cəzalandırmaq üçün Təbrizdə zəifləmiş bir qarnizonu qoyub Qarnıyarıq qalasına sığınan Qazi bəyin üstünə getdi. Əməliyyata Naxçıvandakı türk qoşunları da qatıldı. Qarnıyarıq qalası ələ keçirilsə də, Qazi bəy qaçmağı bacardı və İsfahanda şaha sığındı.
Şah Abbas bu fürsətdən yararlanmağın vaxtı çatdığını anladı və 15 avqust 1603-cü ildə İsfahanda səfər hazırlıqlarına başladı. Komandirlərdən biri olan Allahverdi xana Bağdada yürüş əmri verildi. 14 sentyabrda ordusu ilə İsfahandan hərəkətə keçən şah Abbas 17 sentyabrda daha şimaldakı Kaşana çatdı. Bu şəkildə Mazandaran üzərinə yürüş edəcəyinin şaiyəsini və təəssüratını yaymağa çalışdı.
Ərdəbil bəylərbəyi Zülfüqar xan Qaramanlı və Qəzvin bəylərbəyi Əmirgünə xan Qacarın qoşunları ilə birlikdə ona qoşulma əmri verərək hərəkətə keçdikdə Osmanlılar Şah Abbasın hədəfinin Təbriz olduğunu başa düşdülər. Nəhavəndi müqavimətsiz alan Şah Abbas və ordusu 26 sentyabrda Təbrizə gəldi və şəhəri mühasirəyə aldılar.
Mənbələr 5000 tüfəngçi,200-ə yaxın müdafiə topu və 10 il davam edə biləcək taxıl ehtiyatının olduğunu irəli sürən güclü qarnizonun olduğunu iddia edirlər. Lakin bu qoşunların əhəmiyyətli hissəsi Qazi bəyin cəzalandırılması əməliyyatında iştirak etmək üçün Təbrizdən kənarda idilər. Əli paşanın oğlu Təbrizdəki qarnizona rəhbərlik edirdi.
1585-ci ildə Osmanlı qoşunları tərəfindən Təbriz fəth etdikdən sonra şəhər ciddi dağıntıya məruz qaldı və əhalinin əhəmiyyətli hissəsi şəhərdən köç etdi. Əhalinin bir hissəsi zamanla sükunətin hakim olması səbəbiylə geri qayıtsa da,yerli əhalinin demək olar ki,əksəriyyətini təşkil edən azərbaycanlıların da şiə təriqətindən istifadə etmələri qadağan edilmişdi. Şah Abbas ordusunun gəlişindən xəbərdar olan,yerli əhali şiəliyin simvolunu bildirən baş geyimləri geyindilər. Xalqın sevincini görən Osmanlı qoşunları şəhərdən ayrılıb qalaya toplandılar. Lakin qala komandiri mühasirəyə alanların kim olduğunu əvvəlcə anlamadı və atasına şəhərin talançıların əhatəsində olduğu xəbərini göndərdi.
Şah Abbas əvvəlcə bəzi qoşunlarını şəhərə sızdırdı. Bu əsgərlər qaladakı qarnizona fikir vermədən mühafizəçiləri öldürməyi bacardılar. Bu mərhələdə Şah Abbas 500 əsgəri tüccar kimi şəhərə soxdu. Bu əsgərlər mühafizəçiləri öldürülmüş qala qapılarını açarkən,Şahın seçkin 6000 nəfərlik qoşunu qalaya hücum etdi. İki dövlətin qoşunları arasında toqquşma oldu. Portuqaliyalıların komandirliyindəki topçu qoşunları qalanı bombalamağa başladı.[2].
Qalanı mühasirəyə alanın şah Abbas olduğunu başa düşən qala komandiri bu dəfə atası Əli paşaya daha iki elçi göndərdi və kömək istədi. Səfəvi ordusunun Təbrizin qarşısına gəldiyini xəbər alan və Qarnıyarıq qalası üzərinə səfərindən dönən Əli paşa,28 sentyabr 1603-cü ildə Təbrizin şimal-qərbindəki Sufiyan yaxınlığındakı Ezbend bölgəsində 15 min nəfərlik Səfəvi qoşunu ilə qarşılaşdı. Sayı az olan Osmanlı qoşunları,bu döyüşündə böyük məğlubiyyətə uğradılar.
Nəticədə Təbrizdəki qarnizona kömək edilə bilmə ehtimalı qalmadı. Müdafiəçilər müqavimət göstərməyə davam edərkən,getdikcə daha çox əsgər maaşlarının iki qatını təklif edən Səfəvilərin tərəfinə keçdi.[3] Gedərək az sayda qalan müdafiəçi 21 oktyabr 1603-cü ildə təslim oldu.
1616-1618-ci illər
I Şah Abbas 1613-cü ilin oktyabr ayında Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana yürüş etdi. Səfəvi dövlətinin Cənubi Qafqazda möhkəmlənməsi Osmanlı sarayında narahatlıq yaratdı. I Şah Abbasın İstabul sülh müqaviləsindəki öhdəliyə görə osmanlılara verməli olduğu 200 tay ipəyi göndərməməsi də Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirdi. Şah tərəfindən Səfəvi dövləti ilə danışıqlara gələn Osmanlı elçisinin iki ilə yaxın saxlanılması və geri qayıtmağına icazə verilməməsi də osmanlılarla münasibətə mənfi təsir göstərdi.[4]
I Şah Abbas sülhün pozulmasının qarşısını almaq üçün hədiyyələrlə öz elçisini I Sultan Əhmədin yanına göndərdi. Lakin Osmanlı sultanı müharibəyə başlamaq haqqında qərar verdi. I Şah Abbas Qasım xanla 200 tay ipəyi Osmanlı sarayına göndərsə də sultan qərarını dəyişmədi. Növbəti dəfə göndərilən Səfəvi elçisi həbs edilib zindana salındı. Beləliklə, 1616-cı ilin aprelində baş vəzir Qara Mehmet paşanın rəhbəriyi ilə Osmanlı ordusu Ərzurumdan yürüşə başladı. 1616-ci ilin avqust ayında İrəvan qalası yüz minlik Osmanlı ordusu ilə mühasirəyə alındı. I Şah Abbas osmanlılarla həlledici döyüşə girmədi. Osmanlı ordusuna ərzaq gətirilməsinə mane olmağı,geriyə yolunu bağlamağı, mühasirəyə alaraq qəfil hücumlarla zərbə vurmağı qərara aldı. Mühasirənin uzanması, Osmanlı ordusunun ərzaq və sursat sarıdan çətinlik çəkməsi, qışın sərt keçməsi Mehmet paşanı I Şah Abbasın yanına elçi göndərməyə məcbur etdi. Noyabrın 5-də mühasirə dayandırıldı,osmanlılar geri çəkilərkən çoxlu itki verdilər.[5]
Şah Abbbas osmanlıların gələcək yürüşlərini pozmaq üçün yenə əski üsullara əl atdı. Səfəvi ordusu Qarçıqay xanın başçılığı altında Ərzurum və Vana keçib,bu bölgələri boşaltdı. Azərbaycana yürüşə hazırlaşan Xəlil paşanın qüvvəsi qışlamaq üçün Diyarbəkirə çəkilməyə məcbur oldu.[6]
Baş vəzir Xəlil paşanın ordusu 1618-ci ildə yenidən Təbrizə doğru yola düşdü. Qarçıqay xan Təbrizi, Şah Abbas özü isə Ərdəbili boşaltdılar. Türkiyə ordusu boş Təbriz şəhərinə döyüşsüz daxil oldu.[6]
Şah I Abbas osmanlı ordusunu boşaldılmış bölgələrdəki çətin yollarla arxasınca aparıb yorurdu. Xəlil paşanın yollarda yorğun düşmüş 50 minlik ordusu Ərəşdabanla Saqamçay arasında Sınıq körpüdə şahın ordusu ilə qarşılaşdı. Savaşda Həsən paşa öldürüldü. Krım xanı Canıbəy Gəray qaça bildi; onun vəziri Mirzə bəy,Van bəylərbəyi Məhəmməd paşa əsir alındı. Türkiyə ordusu 15 minə yaxın itgi verdi[6]
İstanbul sülh müqaviləsi (1612)
1612-ci il noyabrın 20-də İstanbulda Səfəvi-Osmanlı sülhü bağlandı. Sülh müqaviləsinə görə 1555-ci il Amasya sülhünün müəyyən etdiyi sərhədlər qəbul edildi.
1612-ci ildə imzalanmış İstanbul sülh müqaviləsinə görə Osmanlı dövləti İranın tutmuş olduğu ərazilərdəm imtina etdi,1578-ci ilədək mövcud olmuş Səfəvi – Osmanlı sərhəddi bərpa olundu. Dağıstan, Şimalı Qafqaz və Qərbi Gürcüstan osmanlılara, Qərbi İran, İrəvan, Azərbaycanın şimal hissəsi ilə birgə Naxçıvan və Qarabağ səfəvilərə verilirdi; İranda sünnilərə küfr edilməməli idi.[7]
Osmanlı dövlətinin irəli sürdüyü şərtlər əsasında I Şah Abbas hər il 200 tay ipək xərac verməyi; rusların Terek çayı sahilində tikdikləri qalanı dağıtmaq və onları uzaqlaşdırmaq üçün osmanlılar tərəfindən təşkil olunan yürüşə mane olmayacağını öhdəsinə götürdü. Bundan başqa Səfəvilər söz verirdilər ki,İraq sərhəddində osmanlılara qarşı qiyam qaldıran bəylərə yardım etməyəcək, Dağıstan Şamxalı başda olmaqla buradakı Osmanlı hakimiyyəti tanınacaq. Həmçinin müqavilədə göstərilirdi ki, Səfəvilər dövlətində şiələr sünni böyüklərinə küfr etməyəcək,Səfəvi ölkəsindən olan hacılar Həccə Bağdad və Bəsrə yolu ilə deyil, Hələb-Şam yolu ilə qedib gələcəklər.[8]
İstanbul sülh müqaviləsində ilk dəfə idi ki, tərəflər arasında “Şimali Qafqaz məsələsi” öz əksini tapmışdı. Həmçinin 1555-ci il sülhünə görə şərqi Mesxeti və Axalsık Səfəvi dövlətində qalsa da İstanbul sülhü bağlanan zaman Osmanlı dövlətinin nəzarətində qalmışdı. Bu müqaviləyə görə Şəhrizor,Kürdüstanın bir hissəsi, Bağdad əyalətinin müəyyən hissəsi də Osmanlı dövlətinə verildi. Ona görə də I Şah Abbas 1555-ci il Amasya sülh müqaviləsini tam bərpa etmədiyi üçün sülhün şərtlərindən tam razı deyildi.[9]
Sərab sülh müqaviləsi(1618)
Səfəvilərlə Osmanlı qoĢunu arasında həlledici döyüĢ 1618-ci il sentyabrın 10-da Sərab vilayətinin Ərəştaban və Səkəmsaray qəsəbələri arasındakı düzənlikdə,Sınıq körpü adlı yerdə baş verdi. Osmanlı ordusu 15 min əsgər itirərək ağır məğlubiyyətə uğradı. Döyüşdə Ərzurum bəylərbəyi Həsən paşa öldürüldü,Van bəylərbəyi Mehmed paşa və Krım xanının baş vəziri Mirzə bəy əsir alındı. Canıbəy qaçaraq canını qurtardı.[10]
Sərab yaxınlığındakı bu məğlubiyyətdən sonra Xəlil paĢa geri çəkilib sülh danışıqlarına başladı. 1618-ci il sentyabrın 26-da Mərənddə Xəlil paşa ilə şah Abbas arasında sülh müqaviləsi imzalandı. Bu sülhün 1612-ci il İstanbul sülhündən əsas fərqi Səfəvilərin ildə verəcəyi 200 tay ipək bacın 100 taya endirilməsi idi. Osmanlı sultanı II Osman 1619-cu il sentyabrın 29-da Səfəvi-Osmanlı sülh müqaviləsini təsdiq edərək Avropa səfərinə çıxdı. 1618-ci il Səfəvi-Osmanlı sülh müqaviləsini şah Abbas pozdu XVII əsrin 20-ci illərində Osmanlı imperiyasında hərc-mərcliyə başlandı. Ölkədə yeniçərlər özbaşınalıq edir, sultanları hakimiyyətdən devirir,başqası ilə əvəz edirdilər. Bundan istifadə edən şah Abbas 1622-1623-cü illərdə İraqi Ərəbi-Bağdad, Kərbəla, Nəcəf Mosul və Kərkük şəhərlərini ələ keçirdi. Az sonra isə,1618-ci ilin sülhünə görə, osmanlılarda qalan Axalsık qalası tutuldu.[11]
İstinadlar
- ↑ «История Востока» (в 6 т.). Т.III «Восток на рубеже средневековья и нового времени. XVI—XVIII вв.» — Москва: издательская фирма «Восточная литература» РАН, 1999. ISBN 5-02-018102-1
- ↑ David Blow, "Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend", I.B.Tauris, 13 Feb 2009 p. 76
- ↑ Roger Savory, "Iran Under the Safavids", Cambridge University Press, 24 Sep 2007 s. 86
- ↑ NİZAMİ SÜLEYMANOV, 2018. səh. 92
- ↑ NİZAMİ SÜLEYMANOV, 2018. səh. 92
- ↑ 1 2 3 Süleyman Əliyarlı. Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: "Azərbaycan" nəşriyyatı. 1996. səh. 405.
- ↑ "OSMANLI DÖVLƏTİ XVII ƏSRDƏ" (az.). 2020-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ NİZAMİ SÜLEYMANOV, 2018. səh. 91
- ↑ NİZAMİ SÜLEYMANOV, 2018. səh. 91
- ↑ AZƏRBAYCAN MiLLi ELMLƏR AKADEMiYASI,A. BAKIXANOV ADINA TARİX İNSTİTUTU. Azərbaycan tarixi.III cild.(XIII-XVIII əsrlər). Bakı: "Elm" nəşriyyatı. 2007. səh. 239. ISBN 978-9952-448-39-9.
- ↑ AZƏRBAYCAN MiLLi ELMLƏR AKADEMiYASI,A. BAKIXANOV ADINA TARİX İNSTİTUTU. Azərbaycan tarixi.III cild.(XIII-XVIII əsrlər). Bakı: "Elm" nəşriyyatı. 2007. səh. 239. ISBN 978-9952-448-39-9.
Ədəbiyyat
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. ISBN 978-9952-448-39-9 [1]
- NİZAMİ SÜLEYMANOV. A Z Ə R B A Y C A N SƏFƏVİ DÖVLƏTİ 1501- 1736-cı illər. Bakı: “İqtisad Universiteti” Nəşriyyatı. 2018. 214 səh. ISBN 978-9952-34-620-6.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı: “Azərbaycan” Nəşriyyatı. 1996. 872 səh.
- Мамедов С.А. Азербайджан по источникам XV-первой половины XVIII вв. - Баку, 1993
Azərbaycan tarixi portalı |