"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 14 oktyabr 2016 |
Ardıcıllıq | |
Yüksək mükafat | I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı |
Aşağı mükafat | "Sərhəddə fərqlənməyə görə" medalı |
Azərbaycan Respublikasının "Şücaətə görə" medalı — Azərbaycan Respublikasında dövlət təltifi kimi istifadə edilən medallardan biridir.[1]
Təltif edən orqan
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi)[2] tərəfindən təltif edilir.
Taxılma qaydası
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır.
Ümumi təsviri
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.
Ön tərəfi
[redaktə | vikimətni redaktə et]- Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır.
- Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.
- Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.
- Bütün yazılar və elementlər relyeflidir.
Arxa tərəfi
[redaktə | vikimətni redaktə et]- Medalın arxa tərəfinin mərkəzində "AZƏRBAYCAN RESPUBLİKASININ "ŞÜCAƏTƏ GÖRƏ" MEDALI" sözləri yazılmışdır.
- Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.
- Bütün yazılar relyeflidir.
Digər elementləri
[redaktə | vikimətni redaktə et]- Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.
- Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
- Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Digər ölkələrinin təcrübəsi
[redaktə | vikimətni redaktə et]Bir sıra dünya əlkələrində "Şücaətə görə", "Qorxmazlığa görə", "Cəsurluğa görə" və digər sinonimlərlə qeyd edilən medal və ordenlər mövcuddur. Misal kimi, aşağıdakıları göstərmək olar:
- Avstraliya Şücaət Medalı (The Australian Bravery Medal)
- Yeni Zellndilya Şücaət Medalı (The New Zealand Bravery Medal)
- Fici Şücaət Medalı - (The Fiji Bravery Medal)
- İraq – Nut al-Shujat
- BƏƏ – Nut al-Shaja'at
- Belçika "Şücaətə, sədaqətə və insansevərliyə görə" Medalı (Médaille pour acte de courage, de dévouement et d’humanité)
- Çin Xalq Respublikasının "Şücaətə görə" (qızıl, gümüş, bürünc) medalı
- Polşanın Şücaət xaçı (Krzyż Walecznych)
- Rusiyanın "Cəsurluğa görə" medalı (Медаль "За отвагу")
- Serbiyanın "Cəsarətə görə" medalı (Medalja za hrabrost).
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Arxivləşdirilib 2016-12-11 at the Wayback Machine. president.az, 08.12.2016 (az.)
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-12-28.