Çedvik Bouzman
Çedvik Bouzman | |
---|---|
ing. Chadwick Boseman | |
Doğum adı | Chadwick Aaron Boseman |
Doğum tarixi | 29 noyabr 1976[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 avqust 2020[2][3][…] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng[5][6] |
Fəaliyyəti | ssenarist, dramaturq, kino aktyoru, televiziya aktyoru, film prodüseri, səsləndirmə aktyoru[d], aktyor, rejissor |
Fəaliyyət illəri | 2002–2020 |
Təhsili | |
IMDb | ID1569276 |
Vikianbarda əlaqəli mediafayllar |
Çedvik Aaron Bouzman (29 noyabr 1976[1], Anderson[d], Cənubi Karolina – 28 avqust 2020[2][3][…], Los-Anceles, Kaliforniya[5])[a] — ABŞ aktyoru və prodüseri. "42" (2013), "Ayağa qalx" (2014) və "Marşal" (2017) kimi filmlərdə real şəxsləri canlandırmışdır. O, həmçinin "Qara pantera" (2018), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019) filmlərində Qara pantera rolunu canlandırması ilə məşhurdur.
Bouzmanın digər filmlərinə "21 körpü" (2019) və "Beş qan" (2020) filmləri daxildir. Dörd il kolorektal xərçənglə mübarizə apardıqdan sonra 43 yaşında ölmüşdür.[11][12][13] Onun ən sonuncu filmi "Ma Reyninin qara ətəyi" 2020-ci ildə ölümündən sonra Netflix-də buraxılıb.
Həyatı
[redaktə | vikimətni redaktə et]Bouzman afroamerikalı cütlük Karolin[14] və Leroy[15] Bouzmanın oğlu kimi Cənubi Karolinanın Anderson şəhərində doğulmuş və böyümüşdür.[16][17][18] Bouzmanın sözlərinə görə DNT testi onun əcdadlarının Syerra-Leonedən olan Krio xalqı, Nigeriyadan olan Yoruba xalqı və Syerra-Leonedən olan Limba xalqı olduğunu göstərmişdir.[19] Onun anası tibb bacısı idi, atası isə parça fabrikində işləyirdi.[20] Bouzman 1995-ci ildə T.L.Anna liseyindən məzun olmuşdur.[21] Həmin illərdə ilk tamaşasını yazmış və sinif yoldaşının öldürülməsindən sonra səhnələşdirmişdir.
Bouzman Vaşinqtonda Hovard Universitetinə daxil olmuş və 2000-ci ildə rejissorluq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Müəllimlərindən biri Filisiya Raşadın dəstəyi ilə Londondakı bir proqrama qatılmışdır.
Bouzman film rejissoru olmaq istəyirdi və aktyorları daha yaxşı başa düşmək üçün özü də aktyorluqla maraqlanmağa başlamışdır. ABŞ-yə qayıdandan sonra Nyu-Yorkda Rəqəmsal Film Akademiyasından məzun olmuşdur.[22][23]
Karyerasının başlanğıcından Bruklində yaşayırdı. Bouzman Şomburq təqaüdü proqramı çərçivəsində dram təlimçisi kimi işləmiş, 2008-ci ildə aktyorluq karyerası üçün Los-Ancelesə köçmüşdür.
Karyerası
[redaktə | vikimətni redaktə et]Bouzmanın televiziyada ilk rolu 2003-cü ildə "Üçüncü saat" serialında olmuşdur.[24] Həmin il o, "Mənim bütün uşaqlarım" sabun operasında Reqqi Montqomerini canlandırsa da, prodüserlər ssenaridəki irqçi streotiplər üzündən onu roldan çıxarmışdırlar.[25] Maraqlıdır ki, onu bu rolda əvəz edən şəxs daha sonra "Qara pantera" filmində baş rolları bölüşəcəyi Maykl Cordan olmuşdur. Bouzman ilk televiziya işlərinə "Qanun və əmr", "CSI:NY" və "Təcili xidmət" serialları olmuşdur. O, həmçinin tamaşalar yazmağa davam etmiş, "Dərin azur" üçün yazdığı ssenari Çikaqoda səhnləşdirilmişdir. O, bu işinə görə 2006-cı ildə Cozef Cefferson mükafatını qazanmışdır. 2008-ci ildə "Linkoln yüksəklikləri" serialında mütəmadi oynamış və ilk filmi olan "Ekspress: Erni Devis hekayəsi" filmində oynamışdır. 2010-cu ildə "Naməlum şəxslər" serialında mütəmadi rolda oynamışdır.
Bouzmanun ilk baş rolu 2013-cü ildə çəkilmiş "42" filmi olmuşdur. O, bu filmdə beyzbol ulduzu Ceki Robinsonu canlandırmışdır.[26] Rol üçün səs sınaqlarına gedəndən sonra aktyorluq karyerasını buraxmağı düşünürdü. Rol üçün 25 aktyor namizəd olsa da, rejissor Brayan Helgeland onun cəsarətini bəyənmiş və baş rola onu seçmişdir.[27] 2013-cü ildə Bouzman "Ölüm dəliyi" filmində də baş rolda oynamışdır.
2014-cü ildə Bouzman "Draft günü" filmində oynamışdır. Növbəti il "Ayağa qalx" filmində Ceyms Braunu canlandırmışdır.[28] 2016-cı ildə "Misir tanrıları" filmində Tot personajı ilə çıxış etmişdir.
2016-cı ildən başlayaraq Marvel Comics personajı Qara pantera rolunda çıxış etməyə başlamışdır. Marvel-lə 5 filmlik müqavilə imzaladıqdan sonra bu rolda ilk dəfə "Birinci qisasçı: Qarşıdurma" filmində rol oynamışdır.[29] 2018-ci ildə "Qara pantera" filmində baş rolda çıxış etmişdir. Film böyük uğur əldə etmiş və ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində roluna davam etmişdir. Hər iki film də böyük gəlir əldə etmişdir.[30] 2019-cu ildə "21 körpü" filmində baş rolda oynamışdır. 2020-ci ildə isə Netflix-in müharibə filmi olan "Beş qan" filmində çıxış etmişdir.[31]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Bouzman xristian kimi böyüyüb və kilsə xorunda çıxış edib.[32] Bouzman qeyd etmişdi ki, Qara pantera roluna seçilməsi üçün tanrıya dua etmişdi.[33]
2015-ci ildə müğənni Teylor Simon Ledvardla görüşməyə başlamış,[34] 2019-cu ildə onunla nişanlanmış və daha sonra gizlicə evlənmişdir.[35]
Ölümü
[redaktə | vikimətni redaktə et]Bouzmana 2016-cı ildə III mərhələ kolorekral xərçəng diaqnozu qoyulmuşdur, 2020-ci ildə isə IV mərhələyə çatmışdır. Bouzman öz xəstəliyi barədə ictimai açıqlama verməmişdir. Müalicəsi zamanı digər filmlərdə rol almağa davam etmişdir. 28 avqust 2020-ci ildə evdə ailəsinin yanında ölmüşdür.[11]
Çedvikin ölümü kino dünyasında böyük şok yaratmışdır. Marvel filmlərində onunla birlikdə çıxış etmiş Mark Ruffolo, Kris Evans, Kris Prett, Zoe Saldana, Bri Larson kimi aktyor və aktrisalar onun ölümü haqqında paylaşımlar ediblər. Onun ölümünü yad edən digər aktyor və aktirsalar arasında Duayn Conson, Maherşala Ali, Zakari Livay və başqaları olub. "42" filmində Ceki Robinson roluna görə Əsas Beyzbol Liqası da onun ölümü ilə bağlı paylaşım edib.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İl | Başlıq | Rol | Rejissor | Qeydlər | İst. |
---|---|---|---|---|---|
2008 | Ekspress: Ervi Devis hekayəsi | Floyd Littl | Qeri Fleder | [36] | |
2012 | Ölüm dəliyi | Samuel Dreyk | Mişa Uebli | [37] | |
2013 | 42 | Ceki Robinson | Bryan Helqeland | [36] | |
2014 | Draft günü | Vontae Mak | İvan Reytman | [38] | |
Ayağa qalx | Ceyms Braun | Teyt Teylor | [36] | ||
2016 | Misir tanrıları | Tot | Aleks Proyas | [39] | |
Birinci qisasçı: Qarşıdurma | T'Çalla / Qara pantera | Antoni & Co Russo | [40] | ||
Kraldan mesaj | Cekob Kinq | Fabrice Du Welz | Həmçinin icraçı prodüser | [41] | |
2017 | Marşall | Turqud Marşall | Recinald Hudlin | Həmçinin prodüser | [42] |
2018 | Qara pantera | T'Çalla / Qara pantera | Rayan Kuqler | [43] | |
Qisasçılar: Sonsuzluq savaşı | Antoni & Co Russo | [44] | |||
2019 | Qisasçılar: Final | [45] | |||
21 körpü | Andre Devis | Brayan Kirk | Həmçinin prodüser | [46] | |
2020 | Beş qan | Norman İrl "Stormin' Norm" Hollovay | Spayk Li | [47] |
Qeydlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Chadwick Boseman // GeneaStar.
- ↑ 1 2 https://apnews.com/5f4352111fdead278da3651b44d311b8. Associated Press.
- ↑ 1 2 https://tw.appledaily.com/entertainment/20200829/DTOPLFLL5ZB6HG3M7A2FODLL6E/ (çin.).
- ↑ 1 2 ‘Black Panther’ star Chadwick Boseman dies of cancer at 43. Associated Press, 2020.
- ↑ 1 2 3 https://apnews.com/5f4352111fdead278da3651b44d311b8.
- ↑ https://www.mirrormedia.mg/story/20200829edi005/ (çin.).
- ↑ Berry, S. Torriano; Berry, Venise T. Historical Dictionary of African American Cinema. Rowman & Littlefield. 2015. səh. 69. ISBN 978-1-4422-4702-4. July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
BOSEMAN, CHADWICK (1976– ) … He was born in Anderson, South Carolina, and is a graduate of T.L. Hannah High School and Howard University.
- ↑ "Today in entertainment history: Nov. 29". Bellingham, Washington: KGMI. November 29, 2018. June 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Actor Chadwick Boseman ("Black Panther") is 42.
- ↑ Rose, Tammy. "Chadwick Boseman Signed To Five Marvel Studio Movies As The Black Panther". Inquisitr. October 29, 2014. July 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Chadwick Boseman was born on November 29, 1976.
- ↑ "UPI Almanac for Wednesday, Nov. 29, 2017". United Press International. November 29, 2017. July 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2019.
Chadwick Boseman in 1976 (age 41)
- ↑ 1 2 Pearson, Ryan. "'Black Panther' star Chadwick Boseman dies of cancer at 43". Associated Press. August 29, 2020. August 29, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Maxouris, Christina; Vera, Amir. "'Black Panther' star Chadwick Boseman has died". CNN. August 29, 2020. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "'Black Panther' star Chadwick Boseman passes away at 43". The Economic Times. August 28, 2020. August 29, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Alexander, Bryan. "The best things you missed at the 'Black Panther' party (Usher dancing on the tables!)". USA Today. January 31, 2018. March 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2018.
- ↑ Barrow, Jerry L. "Father Stretch My Hands: 'Black Panther' & Raising Our Sons To Shine". BET. February 2018. February 15, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 6, 2018.
- ↑ "SC natives star in Jackie Robinson biopic "42". Myrtle Beach, South Carolina: WMBF-TV. April 13, 2013. June 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Boseman was born and raised in Anderson, where he attended T.L Hanna High School.
- ↑ "'Black Panther' star buys hundreds of movie tickets for underprivileged children". WTIC-TV. February 20, 2018. June 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Boseman was born and raised in Anderson...
- ↑ Field, Carla. "'Black Panther' star talks about racism he experienced growing up in Anderson". Greenville, South Carolina: WYFF. March 7, 2018. June 15, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
He was born and raised in Anderson, where he attended T.L Hanna High School.
- ↑ Colbert, Stephen. "Chadwick Boseman On Bringing Humanity To 'Black Panther'". The Late Show with Stephen Colbert (Müsahibə). New York City. May 17, 2018. May 23, 2018 tarixində arxivləşdirilib.
- ↑ Eells, Josh. "The 'Black Panther' Revolution". Rolling Stone. February 18, 2018. February 25, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 21, 2018.
- ↑ "Hanna Grad Chad Boseman Plays Jackie Robinson in '42'" (PDF). Parent Newsletter (47). T. L. Hanna High School. April 11, 2013. March 4, 2016 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Behind The Black Panther: Film School Founder Recalls Early Days Of Chadwick Boseman". Forbes (ingilis). July 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 6, 2019.
- ↑ Jain, Sara McDermott. "DFA Grad Chadwick Boseman to Play James Brown in Biopic". Digital Film Academy. March 18, 2014. December 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2017.
- ↑ "Black Panther actor Chadwick Boseman dies of colon cancer at 43". Hindustan Times. New Delhi: HT Media Ltd. August 29, 2020. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2020.
- ↑ Mason, Charlie. "Beloved Soap Actor-Turned-Movie Star Dead at 43 After Years-Long Cancer Battle". Soaps.com. United States: SheKnows Media. August 29, 2020. August 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2020.
- ↑ Borrelli, Christopher. "Robinson actor swings for the fences". Chicago Tribune (ingilis). April 11, 2013. August 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-31.
- ↑ Coyle, Jack. "Chadwick Boseman didn't just play icons. He was one". Associated Press. August 29, 2020. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Stern, Marlow. "'Get on Up' Star Chadwick Boseman on Becoming James Brown—With A Little Help From Mick Jagger". The Daily Beast. August 4, 2014. June 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Strom, Marc. "Marvel Studios Phase 3 Update". Marvel Entertainment. October 8, 2015. January 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2016.
- ↑ "Marvel's 'Black Panther' Will Set Up 'Avengers: Infinity War,' Says Kevin Feige". The Hollywood Reporter (ingilis). December 31, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2018.
- ↑ Sharf, Zack. "Spike Lee's 'Da 5 Bloods' to Stream on Netflix in June, but It's Still Eligible for Oscars". IndieWire. May 7, 2020. May 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2020.
- ↑ Remien, Shale. "Anderson native Chadwick Boseman stars as the Black Panther: Local pastor reacts". Greenville, South Carolina: WHNS. February 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2018.
- ↑ Watson, Elliot. "Chadwick Boseman on Black Panther and the healing power of cinema". HungerTV.com. London: Hunger Publishing Ltd. February 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2018.
- ↑ Young, Sarah. "Chadwick Boseman and girlfriend privately married before his death". The Independent (ingilis). August 29, 2020. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Villarreal, Daniel. "Who Is Chadwick Boseman's Wife, Taylor Simone Ledward?". Newsweek. August 28, 2020. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ 1 2 3 Coyle, Jake. "A double-header of biopics for Chadwick Boseman". Associated Press. July 28, 2014. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Olsen, Mark. "Review: 'Kill Hole' a muddled thriller about war veterans". The Los Angeles Times. March 21, 2013. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ McKittrick, Chris. "Chadwick Boseman on Why 'Draft Day' is Different from his Other Sports Movies". Daily Actor. April 14, 2014. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Gods of Egypt (2016)". British Film Institute (ingilis). January 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Captain America Civil War (2016)". British Film Institute (ingilis). June 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ Debruge, Peter. "Film Review: 'Message from the King'". Variety (ingilis). September 9, 2016. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Marshall (2017)". British Film Institute (ingilis). August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Black Panther (2018)". British Film Institute (ingilis). May 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Avengers Infinity War (2018)". British Film Institute (ingilis). June 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Avengers Endgame (2019)". British Film Institute (ingilis). July 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "21 Bridges (2019)". British Film Institute (ingilis). August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- ↑ "Da 5 Bloods". British Film Institute. August 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Çedvik Bouzman — Facebook səhifəsi
- Çedvik Bouzman — Twitter səhifəsi
- Çedvik Bouzman — Instagram səhifəsi
- Çedvik Bouzman — IMDb səhifəsi
- 29 noyabrda doğulanlar
- 1976-cı ildə doğulanlar
- Cənubi Karolinada doğulanlar
- 28 avqustda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 43 yaşında vəfat edənlər
- Los-Ancelesdə vəfat edənlər
- Hovard Universitetinin məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- Afroamerikalılar
- ABŞ aktyorları
- Kolorektal xərçəngdən ölənlər