İnsan qurbanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Scales of justice
Ümumi hökmlər
 
Beynəlxalq cinayətlər
Kütləvi qətl
İnsan alveri
Soyqırım
Müharibə
İmmiqrant qaçaqçılığı
Terrorizm
Şəxsə qarşı törədilən cinayətlər
Qətl
Sifarişli qətl
Adamöldürmə
Övlad qətli
Ata qətli
Ehtiyatsızlıqdan qətl
Linç mühakiməsi
Namus qətli
Ayin qətli
İntihar
Duel
Padşahöldürmə
Adam yaralama
İşgəncə
Əziyyət
Cinsi təcavüz
Uşaqların cinsi istismarı
Şantaj
Təhlükə
Təhqir
Oğurluq
Təhrik
Dələduzluq
Qatil
Muzdlu qatil
Seriyalı qatil
Kamikadze • Assasin
Kriminal olmayan qətl
Ölüm hökmü
Evtanaziya • Abort
Millətə və dövlətə qarşı cinayətlər
Rüşvət
Vəzifədən sui-istifadə
Böhtan
Yalandan şahidlik etmək
Respublikanı, Dövlətin təşkilat və orqanlarını alçaltma
Dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq
Hərbi xidmətdən boyunqaçırma
Vətənə xəyanət
Hüquq portalı
Asteklərdə ayin qətli

İnsan qurbanı və ya ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər — insanın həyatı — tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü — ritual qətl kimi qəbul edilir[1][2] .

Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir — Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu)[3].

İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu.

İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər.

Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür. Beləliklə, Daş dövründə insanlar çox zəif ov bacarıqlarına sahib idilər və aslan kimi yırtıcılara qarşı təsirli bir şəkildə özlərini qoruya bilmirdilər. Üstəlik, daş dövründən bir insan qəbilə quruluşu və köçəri həyat tərzi ilə xarakterizə olunur. Kiçik insanlar qrupları müntəzəm olaraq savanada gəzərək sürü yırtıcıları ilə qarşılaşa bilirdi. Erenreyx "Blood Rites: Origins and History of the Passions of War (1997)" kitabında Erenreyx, aclığı təmin etmək üçün yırtıcıların minimum sayda insanı öldürməklə məhdudlaşdığını, bundan sonra paketin qalan hissəsinə hücum etmədiklərini vurğuladı. Beləliklə, müəllif təklif edir ki, bir qrup insan yırtıcılarla qarşılaşdıqda, qrupun qalan hissəsinin təhlükəsizliyi üçün yaşlı və ya xəstə birini öldürə bilər.

Ötən əsrin qurbanları

[redaktə | mənbəni redaktə et]

Dünyanın heç bir ölkəsində insanın qurbanın kəsilməsini leqal şəkildə icrasına icazə yoxdur. Amma ayrı-ayrı ölkələrdə yenə də belə faktlar var. Afrikada yerləşən Qanadakı bir tayfada qəbilə başçısının dəfnində uşaq qurban kəsilməsi ayini yenə var. 1979-cu ildə bu məqsədlə dörd yaşlı uşaq oğurlanıb, amma polis cinayətin qarşısını ala bilmişdi.

Ayində qurban kəsmək üçün cəhdlərdən birinin qarşısını almaq isə mümkün olmayıb. Liberiyada bu işin işitirakçılardan biri ölkənin daxili işlər naziri imiş. 1989-cu ildə qurban mərasimi ilə bağlı həmin nazir məhkum edilib. Məlum olub ki, həmin ayində qurbanın başını kəsib, ürəyini isə çıxarıblar. İndinin özündə hər il satanistlərin İblisə qurban etmək üçün uşaqları oğurladıqları haqda çoxsaylı məlumatlar var. İntorpola istinadən verilən məlumatlara görə, 1989-cu ildə və 1990-cı ilin ilk aylarında Qərbi Avropa, ABŞ və Kanadada satanist sektalarda yüzdən artıq insan qurban verilib.

İslam insan qurbanını qadağan edir. Amma bizdə də bu cinayət olub Özü də yaxın keçmişdə. Dünyada analoqu çox az olan bir vəhşət. Pişəvəri hökuməti qan içində boğulandan sonra İranı şahı Azərbaycana gələndə Ərdəbildə bir soydaşımız şahın ayağı altında öz doğma oğlunu qurban kəsib.

Epidemiyadan müdafiə

[redaktə | mənbəni redaktə et]

Etdikləri hərəkətləri müqabilində alacaqları cəzadan təşvişə düşdüklərindən, ehtimal olan bəlaları dəf etmək, xəstəliklərdən qorunma[4], fövqəlgüclərin razılığına nail olma düşüncəsiylə bəşər tarixində çox tükürpədici cinayətlər olub. "Cinayətkar Rusiya" adlı kitabda verilən məlumata görə, 1855-ci ildə vəba xəstəliyi zamanı Novoqrud uyezdinin kəndliləri "epidemiyanı dəf etmək üçün" (qeyd edək ki, xristianlıqda xəstəliklərin ilahi cəza olması inancı var, təsadüfi deyil ki, birinci minilliyin əvvəllərində xristianlıq təzəcə dövlət dini olanda xəstələri müalicəyə icazə verilmrdi[5]) feldşer Kozakeviçin məsləhəti ilə qoca qarı Lusiya Mankovanı əvvəl qəbiristanlığa aparıblar sonra itələyib hazır qəbirə salıb, diri-diri üstünü torpaqlayıblar[6].

Ticari qurbanlar

[redaktə | mənbəni redaktə et]

Qədim xalqlarda xüsusən uşaqların qurban kəsilməsi (verilməsi) faktları çox olub. Kiçik yaşlı uşaqların həyatına qəsd etməklə batil inanc sahibləri öz "allah"ları ilə, əslində, ticarət edərdilər. Əvəzində bolluq, müharibədə uğur[7], fəlakətlərdən qorunma kimi istənclər dururdu. Görünür, zaman-zaman valideynlik duyuğuları üstün gələndə bu ənənə bir qədər dəyişib, sadəcə, istənilən insanı qurbanı kəsməklə işi yola verməyin mümkünlüyünə inanılıb.[8]

Məsələn, qədim yunanlar bir vaxtlar əsasən, cinayətkarları və əsirləri qurban kəsərdilər. Bu praktika şimali Avropada da yayğın olub. Vaxtilə bu coğrafiyada həmin ehtiyacı ödəmək üçün qurbanlıq insan ticarəti ilə məşğul olan xidmətlər də formalaşırdı[9].

Mexiko şəhərində kütləvi məzarlıq

Hiylənin kompensasiyası

[redaktə | mənbəni redaktə et]

Mənbələr məlumat verir ki, qədim karfagenlilərlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahəsində hökmranlıq uğrunda gedən işğalçılıq müharibələrində — bu müharibələr tarixdə Pun müharibələri adlanır – uğursuzluğa düçar olanda karfagenlilər məğlubiyyətlərini "allah"larının qəzəbi ilə motivasiya ediblər[10]. Əvvəllər onlar öz "allahlar"ı Kronosa xalqın seçmə uşaqlarını qurban kəsərmişlər. Sonralar isə bunun üçün qıraqdan uşaq alıb böyüdər və qurban veriblər. Müharibədə uğursuzluğa düçar olanda qənaətə gəliblər ki, ilahları onlardan qisas alır[11].

Qərara gəlinir ki, bu hiyləni kompensasiya etsinlər. Ən əsilli ailələrdən iki yüz uşaq ayırıblar. O vaxt qurban ayini belə icra olunurdu. Qurbanlığı gətirib Kronosun mis heykəlinin qucağına qoyardılar. Onun əlləri elə düzəldilmişdi ki, ora qoyulan qurbanlıq sürüşüb içində yanar od olan quyuya düşür və yanırdı[12].

Antik dövrdə insan qurbanının "ilah"ların insan ətindən ləzzət alması düşüncəsi ilə yanaşı, onun qəzəbini azaltmaq üçün vasitə olması, qurbanın itaət göstəricisi olması inancı da vardı. Bir sıra xalqlarda qəbilə başçısı və ya hökmdarın o dünyaya onunla birlikdə yol yoldaşlığı etmək üçün insanların öldürülüb birgə dəfni faktları var[13].

Cənub və qərb slavyanları böyük adamların dəfn edən zaman onunla bərabər at öldürər, bəzənsə kölə və ya ölənin qadını da o dünyaya müşayiətçi olmalı olurdu . Ərəb müəllifi ibn-Fədlanın 10-cu əsrin əvvəllərində bir əsilzadə rusun dəfnində toyuq[14], it, inək, atla yanaşı onun kənizinin də qurban verilməsi barədə məlumat verir. Başqa orta əsr müəllifləri də ruslardaslavyanlarda dəfn zamanı kəniz və ya dul arvadın qurban verilməsi barədə məlumatlar var[15].

Gertruda kilsəsi

[redaktə | mənbəni redaktə et]

Riqa şəhər arxivində tapılmış bir əlyazmasında deyilir: "1455-ci ildə Riqa monastırına Henrix adında şəhərdə saleh əməlləriilə tanınan bir şəxs gəldi. O öz həyatını elə başa vurmaq istəyirdi ki, bu dünyada və axirətdə yaxşılar sırasında olsun. İstəyir ki, onu diri-diri divara hörsünlar[16]. Bu xahişi fransisk monastırına çatdırırlar. Magistrat yazılı şəkildə arxiyepiskopa müraciət edir". Ayrı-ayrı tikililərin tarixi ilə bağlı da çeşidli əfsanələr var. Latviyada bir kilsənin tikintisi ilə bağlı rəvayətdə deyilir ki, tikinti heç cür baş tutmurmuş. Belə ki, gün ərzində nə qədər daş hörürlərsə, gecə sökülürmüş. Başa düşürlər ki, kilsəni insan qurban vermədən tikmək mümkün olmaycaq[17].

Rəvayətda deyilir ki, Gertruda adında bir qız öz istəyini bildirir və onu diri-diri kilsənin künclərindən birində divara hörüblər. Bundan sonra kilsə gecələr sökülməyib və o kilsə indi Gertruda kilsəsi adlanır. Ümumiyyətlə, Avropada tikintiləri araşdırarkən arxeoloqlar özüldə və ya divarda dizi üstə, ayaqüstə, oturmuş vəziyyətdə qurban verilmiş çoxlu insan cəsədi tapıblar[18] .

  1. "Boys 'used for human sacrifice'". BBC News. 2005-06-16. 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-25.
  2. "Kenyan arrests for 'witch' deaths". BBC News. 2008-05-22. 2012-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-25.
  3. Michael Rudolph. Ritual Performances as Authenticating Practices. LIT Verlag Münster. 2008. səh. 78. ISBN 978-3825809522.
  4. Jacques Kinnaer. ""Human Sacrifice", retrieved 12 May 2007". Ancient-egypt.org. 2019-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-25.
  5. Stannard, David E.; American Holocaust; Cambridge University Press
  6. ""Strabo Geography", Book IV Chapter 4:5, published in Vol. II of the Loeb Classical Library edition, 1923". Penelope.uchicago.edu. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-03.
  7. "Abydos – Life and Death at the Dawning of Egyptian Civilization". National Geographic. April 2005. 2007-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 12, 2007.
  8. Asthana, N. C.; Nirmal, Anjali. Urban Terrorism: Myths and Realities. Pointer Publishers. 2009-01-01. ISBN 978-8171325986. 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  9. "Commentaries of 2 Kings 3:27". Bible Hub. 31 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 June 2020.
  10. Ackerman, Susan. "Child Sacrifice: Returning God's Gift". Biblical Archaeology Review. June 1993. 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  11. Higgins, Andrew. "Carthage tries to live down image as site of infanticide". Post-gazette.com. 2005-05-26. September 18, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-25.
  12. Stager, Lawrence E.; Wolff, Samuel R. "Child Sacrifice at Carthage – Religious Rite or Population Control?". Biblical Archaeology Review. Jan–Feb 1984. 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  13. "Relics of Carthage Show Brutality Amid the Good Life Arxivləşdirilib 2022-06-01 at the Wayback Machine". The New York Times. September 1, 1987.
  14. Salisbury, Joyce E. Perpetua's Passion: The Death and Memory of a Young Roman Woman. Routledge. 1997. səh. 228.
  15. Parker-Pearson, Mike. "The Practice of Human Sacrifice". BBC. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  16. Strassberg, Richard E. (2002). A Chinese Bestiary: Strange Creatures from the Guideways Through Mountains and Seas. Berkeley: University of California Press. Page 202.
  17. "Mysterious carvings and evidence of human sacrifice uncovered in ancient city". History (ingilis). 2020-08-06. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-07.
  18. "Ximen Bao". Chinaculture.org. 2003-09-24. March 3, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-05-25.
Kitablar
  • David Carrasco, City of Sacrifice: The Aztec Empire and the Role of Violence in Civilization, Moughton Mifflin, 2000, ISBN 0-8070-4643-4
  • Inga Clendinnen, Aztecs: An Interpretation, Cambridge University Press, 1995, ISBN 978-0-521-48585-2
  • Clemency Coggins and Orrin C. Shane III Cenote of Sacrifices; 1984 The university of Texas Press; ISBN 0-292-71097-6
  • René Girard, Violence and the Sacred, translated by P. Gregory; Johns Hopkins University Press, 1979, ISBN 0-8264-7718-6
  • René Girard, I See Satan Fall Like Lightning, translated by James G. Williams; Orbis Books; 2001, ISBN 1-57075-319-9
  • Miranda Aldhouse-Green, Dying for the Gods; Trafalgar Square; 2001, ISBN 0-7524-1940-4
  • Dennis D. Hughes, Human Sacrifice in Ancient Greece 1991 Routledge ISBN 0-415-03483-3
  • Derek Hughes, Culture and Sacrifice: Ritual Death in Literature and Opera, 2007, Cambridge University Press, ISBN 978-0-521-86733-7
  • Ronald Hutton, The Pagan Religions of the Ancient British Isles: Their Nature and Legacy, 1991, ISBN 0-631-18946-7
  • Larry Kahaner, Cults That Kill; Warner Books; 1994, ISBN 978-0-446-35637-4
  • Valerio Valeri, Kingship and Sacrifice: Ritual and Society in Ancient Hawaii, 1985, University of Chicago Press, ISBN 0-226-84559-1
  • Adolf E. Jensen, Myth and Cult among Primitive Peoples, University of Chicago Press, 1963
Jurnal məqalələri
  • Michael Winkelman, Aztec Human Sacrifice: Cross-Cultural Assessments of the Ecological Hypothesis, Ethnology, Vol. 37, No. 3. (Summer, 1998), pp. 285–298.
  • R. H. Sales, Human Sacrifice in Biblical Thought, Journal of Bible and Religion, Vol. 25, No. 2. (Apr., 1957), pp. 112–117.
  • Brian K. Smith; Wendy Doniger, Sacrifice and Substitution: Ritual Mystification and Mythical Demystification, Numen, Vol. 36, Fasc. 2. (Dec., 1989), pp. 189–224.
  • Brian K. Smith, Capital Punishment and Human Sacrifice, Journal of the American Academy of Religion 2000 68(1):3–26.
  • Robin Law, Human Sacrifice in Pre-Colonial West Africa, African Affairs, Vol. 84, No. 334. (Jan., 1985), pp. 53–87.
  • Th. P. van Baaren, Theoretical Speculations on Sacrifice, Numen, Vol. 11, Fasc. 1. (Jan., 1964), pp. 1–12.
  • Heinsohn, Gunnar: "The Rise of Blood Sacrifice and Priest Kingship in Mesopotamia: A Cosmic Decree? Arxivləşdirilib 2009-06-05 at the Wayback Machine" (also published in Religion, Vol. 22, 1992)
  • J. Rives, Human Sacrifice among Pagans and Christians, The Journal of Roman Studies, Vol. 85. (1995), pp. 65–85.
  • Clifford Williams, Asante: Human Sacrifice or Capital Punishment? An Assessment of the Period 1807–1874, The International Journal of African Historical Studies, Vol. 21, No. 3. (1988), pp. 433–441.
  • Sheehan, Jonathan, The Altars of the Idols: Religion, Sacrifice, and the Early Modern Polity, Journal of the History of Ideas 67.4 (2006), pp. 649–674. ("Project MUSE - Journal of the History of Ideas - The Altars of the Idols: Religion, Sacrifice, and the Early Modern Polity". Muse.jhu.edu. İstifadə tarixi: 2010-05-25.)
  • Harco Willems, Crime, Cult and Capital Punishment (Mo'alla Inscription 8), The Journal of Egyptian Archaeology, Vol. 76, (1990), pp. 27–54.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]