İrəvan qapısı
İrəvan qapısı | |
---|---|
| |
39°45′25″ şm. e. 46°44′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 337 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan qapısı[1] və ya Xəlfəli qapısı[2] — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə Gəncə və Ağoğlan qapılarıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.[3] Məslən “Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.”[4] Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu.[5] Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.[6]
Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi.[7] İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.[8]
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Gəncə qapısından fərqli olaraq İrəvan qapısı daha ənənəvi tərzdə həll edilmişdir; oxvari tağa malik qapı iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilmişdir.[8]
İrəvan qapısı şəhər divarlarının qərb hissəsində yerləşdiyinə və qala qüllələrinin sayılmasına qərbdən başlandığına görə, Şuşanın XIX əsrə aid çertyoj və baş planlarında həmin qüllələr 1 və 2 nömrələri ilə göstərilmişdir.[8] İrəvan qapısı dövrümüzə dağılmış vəziyyətdə çatsa da, XX əsrin 30-cu illərində Şuşada ekspedisiya çərçivəsində araşdırmalar aparmış Sara Aşurbəyli qapının tağlarını müşahidə etdiyini deyir.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
- ↑ Baharlı. Əhvalati-Qarabağ (E. Avalov, 34-də istinad edir). 1888.
- ↑ Авалов, Э. В. "О некоторых особенностях архитектуры оборонительных сооружений Шуши". Изв. АН Азерб. ССР сер. Лит. Яз. и Иск. (№ 2). 1972. (#accessdate_missing_url)
- ↑ "Кавказ, Тифлис" (№ 25). 1871.
- ↑ Очерки Закавказья. «Иллюстрация» (т. VII). СПб.-М. 1861. 257.
- ↑ Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
- ↑ Авалов, 1977. səh. 34
- ↑ 1 2 3 Авалов, 1977. səh. 35
- ↑ Ашурбейли, С. Архитектура Шуши и ее ближащих окрестностей. Баку. 1934. 12.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.