İspaniya tarixi
İspaniya tarixi — İspaniyanın keçmişi, Pireney yarımadasında ilk insan kolonializminin yaranmasından bu günə qədər olan dövrünü əhatə edir.
İlk sivilizasiyası
[redaktə | mənbəni redaktə et]Pireney yarımadasında insan sivilizasiyasının tarixi 35.000 il əvvələ gedib çıxır. Bu dövrdə Pireney yarımadası Keltlər, Karfagenlər, Finikiyalılar və Yunanlar da daxil olmaqla bir çox qəbilə tərəfindən işğal edildi. Eramızın II əsrində İspaniya Roma Respublikasının bir hissəsi oldu. 410-cu ildə İspaniya bir Qədim germanlar irqi olan Vestqot krallığı əlinə keçdi. Orta əsrlərdəki qarşıdurmalara baxmayaraq, İspaniya Avropanın ən qədim milli dövlətlərindən biridir. İspaniyanın hazırkı sərhədləri XV əsrin sonlarında çəkilmişdi və II Ferdinand və Kastiliyalı I İzabellanın evliliyi ilə tək taxt altında birləşdi.
İspaniya XVI əsrdə Avropanın ən güclü dövlətinə çevrildi və bu dövrdən XVIII əsrə qədər Avropa məsələlərində yaxından iştirak etdi. İspaniya kralları Avropanın bir çox bölgəsinə yayılan əyalətləri idarə edirdilər. Yenilənən siyasi qərarsızlılıq, siyasətə hərbi müdaxilələr, tez-tez davam edən vətəndaş müharibələri və repressiv hökumətlər, müasir İspaniya tarixini meydana gətirən hadisələr idi.
Müsəlmanların ağalığı
[redaktə | mənbəni redaktə et]Miladi VII əsrin sonunda ərəblər uzun müharibələrdən sonra bizanslıları Şimali Afrikadan sıxışdırıb çıxardılar. Vaxtilə Roma ilə Karfagen arasındakı qızğın döyüşlərin meydanı olmuş, dünyaya Yuqurta və Masinissa kimi məşhur sərkərdələr bəxş etmiş Afrika torpağı çətinliklə də olsa, müsəlmanların əlinə keçdi. Bundan sonra ərəblər İspaniyanı fəth etmək fikrinə düşdülər.
Onları buna həvəsləndirən yalnız fatehlik eşqi və İslam məmləkətini genişləndirmək arzusu deyildi. Şimali Afrikanın yerli əhalisi olan bərbər tayfaları çox cəsur, qızğın, döyüşkən və temperamentli idilər. Ərəblər bundan ehtiyat edirdilər ki, bərbərlər bir müddət sakit qalsalar, məğlubiyyətin heyfini çıxmaq fikrinə düşüb üsyan qaldırarlar və qələbə müsəlmanların əlindən çıxar. Ona görə də, ərəblər bərbərləri İspaniyanın fəthinə təşviq etməklə, onların başını qatmaq və qan tökməyə, baş kəsməyə olan hərisliklərini müharibə odu ilə söndürmək istəyirdilər. İbn Xəldunun qeyd etdiyi kimi, Cəbəlütarix boğazını keçib İspaniyaya qədəm basan ilk müsəlman qoşununun, demək olar ki, tamamilə bərbərlərdən ibarət olması faktı da, məsələyə bu aspektdən baxıldığı təqdirdə təəccüblü deyildir.
Qədim dünya tarixindən məlumdur ki, İspaniyanın əsas sakinləri kelt, iber və liqor xalqları idi. Yarımadada Finikiya, Roma və Karfagenə məxsus ərazilər bölünüb müəyyən edilmişdi. Karfagenlilər İspaniyanı fəth etdikdən sonra orada möhtəşəm Karfagen şəhərini saldılar. Eramızdan təqribən 200 il əvvəl Pun müharibələrində Karfagenə qalib gəlmiş Roma bu bərəkətli torpağa sahib oldu və eramızın V əsrinə kimi orada hakimiyyət sürdürdü. Həmin dövrdə imperiyanın ən əhəmiyyətli və abad vilayətlərindən sayılan İspaniyadan Seneka, Lukan, Marsial kimi dahi mütəfəkkirlər, Trayan, Adrian, Mark Avreli və Feodosiy kimi imperatorlar çıxdı.
Romanın tərəqqisi İspaniyanın tərəqqisinə şərait yaratdığı kimi, onun süqutu da İspaniyanın tənəzzülünə səbəb oldu. Yarımada yenidən döyüş meydanına çevrildi. Miladi V əsrin əvvəllərində Romanı və Fransanı dağıdaraq gələn vandal, alan və svev tayfaları İspaniyanı da viran qoydular. Lakin tezliklə qot tayfaları onları sıxışdırıb yarımadadan çıxardılar və İspaniyaya sahib oldular. VI əsrdən ərəblərin hücumuna kimi keçən dövrdə İspaniyada hakim qüvvə qotlar idi[1] .
Qotlar tezliklə yerli latın xalqları ilə qaynayıb-qarışdılar, latın dilini və xristian dinini qəbul etdilər. Məlumdur ki, XIII əsrə kimi İspaniyanın xristian əhalisi içində qotlar üstünlük təşkil edirdilər. Ərəblər onları şimaldakı Asturiya dağlarına tərəf qovduqda qotlar yerli əhali ilə qarışmaları sayəsində yenə öz üstünlüklərini qoruya bildilər. Belə ki, İspaniyanın xristian əhalisi arasında qotların övladı olmaq və "qotların oğlu" ləqəbini daşımaq iftixar sayılırdı.
Ərəblərin fəthindən azacıq əvvəl qot və latın əyanları birləşib aristokratik hökumət yaratdılar. Məzlum xalq kütlələrini əzməklə məşğul olan bu qurum xalqın nifrətini qazanmışdı. Təbiidir ki, pul və sərvət üzərində qurulmuş bu dövlət möhkəm deyildi və layiqincə düşməndən müdafiə oluna bilməzdi.
Həmçinin, hökmdarın seçki ilə təyin edilməsi əyanlar arasında hakimiyyət uğrunda daimi çəkişmələrə və ədavətə səbəb olurdu. Bu ədavət və müharibələr son nəticədə qot dövlətinin zəifləməsini sürətləndirirdi.
Ümumi çəkişmələr, daxili müharibələr, xalqın yerli hakimlərdən narazılığı və bu üzdən ərəblərə zəif müqavimət göstərməsi, qoşunda sədaqət və fədakarlıq ruhunun olmaması və s. səbəblər müsəlmanların asan qələbəsini təmin etdi. Hətta iş o yerə çatmışdı ki, yuxarıda göstərilən səbəblər üzündən Əndəlus hakimi Yulian və Sevilya yepiskopu belə, ərəblərə kömək etməkdən çəkinmirdilər.
Miladi 711-ci ildə, Əməvi xəlifəsi Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə Şimali Afrikada canişinlik edən Musa ibn Nəsir bərbərlərdən təşkil edilmiş 12 min nəfərlik qoşunu İspaniyanın fəthinə göndərdi. Qoşuna Afrikanın müsəlman bərbərlərindən Tariq ibn Ziyad başçılıq edirdi. Müsəlmanlar indi sərkərdə Tariqin adı ilə məşhurlaşmış Cəbəlu't-Tariq boğazını keçib Pireney yarımadasına qədəm basdılar. Bu torpağın nemətləri, saf havası, gözəl təbiəti və əsrarəngiz şəhərləri fatehlər ordusunu elə valeh etmişdi ki, Tariq xəlifəyə məktubunda yazırdı: "Bu yerlər havasının saflığına görə Şama, təbiətinin mülayimliyinə görə Yəmənə, gül-çiçək və ətriyyatda Hindistana, əkinin bolluğunda və münbitlikdə Əhvaza, ləl-cəvahiratın bolluğuna görə Çinə, əlverişli limanlarına görə Ədənə bənzəyir".
Şimali Afrikanın sahil zolağını fəth etməyə yarım əsr vaxt itirmiş və bərbərlərin vəhşi müqaviməti ilə üzləşmiş ərəblər İspaniyanı da tutarkən, eyni vəziyyət ilə qarşılaşacaqlarını güman edirdilər. Lakin gözlədiklərinin tam əksinə olaraq, İspaniya çox qısa müddətdə, cəmi bir neçə ay ərzində fəth olundu. Müsəlmanlar elə ilk döyüşdəcə qotları darmadağın etdilər. Həmin döyüşdə Sevilya yepiskopu da onlara kömək edirdi. Nəticədə, qot tayfalarının müqaviməti sındırılaraq, sahil zonası müsəlmanların əlinə keçdi.
Tariq ibn Ziyadın müvəffəqiyyətini görən Musa ibn Nəsir bu uğurda ona şərik olmaq arzusu ilə 12 min ərəb və 8 min bərbər əsgərindən ibarət qoşun toplayıb İspaniyaya adladı.
İslam qoşunu öz yolu boyunca demək olar ki, heç bir ciddi müqavimətlə rastlaşmırdı. Hökumətdən narazı olan xalq və bir-biri ilə didişən əyanlar könüllü surətdə fatehlərə tabe olur, hətta bəzən onlara qoşulurdular. İspaniyanın Kordova, Malaqa, Qranada, Toledo kimi iri şəhərləri müqavimətsiz təslim oldu. Paytaxt Toledo şəhərində qot hökmdarlarına məxsus daş-qaşla zinətlənmiş 25 ədəd qiymətli tac müsəlmanların əlinə keçdi. Qot kralı Rodrikin dul arvadı əsir alındı və Musa ibn Nəsirin oğlu onunla evləndi.
Ərəblər ispanlara, Şam və Misir əhalisi ilə bir gözdə baxırdılar. Fəth olunan ölkələrdə gözlənilən qanunlar burada da icra olunurdu. Fatehlər yerli xristian əhalinin əmlakına, məbədlərinə toxunmurdular, yerli adət-ənənələr, qanunlar olduğu kimi qalırdı. İspaniyalılara icazə verilirdi ki, mübahisəli məsələlərdə əz hakimlərinə müraciət edib, öz məhkəmələrinin hökmünə əməl etsinlər. Bütün bunların müqabilində əhali o zaman üçün çox cüzi sayılan miqdarda cizyə (vergi) verməli idi. Verginin məbləği əyanlar və dövlətlilər üçün bir dinar (15 frank), kasıblar üçün yarım dinar həddində müəyyən edilmişdi. Buna görə də, yerli hakimlərin zülmündən və saysız-hesabsız töycülərdən cana doymuş yoxsullar könüllü surətdə müsəlmanlara təslim olur, hətta İslam dinini qəbul edərək, vergidən azad edilirdilər. Tək-tək yerlərdə ara-sıra müqavimət cəhdləri göstərilsə də, bunların qarşısı tezliklə alındı.
Tarixçilərin yazdığına görə, Musa ibn Nəsir İspaniyanı aldıqdan sonra Fransa və Almaniya istiqamətində hərəkət edib Konstantinopola (indiki İstanbul) çatmaq fikrində idi (o zaman Konstantinopol əzəmətli Bizans imperiyasının paytaxtı idi). Lakin xəlifə onu Dəməşqə - öz hüzuruna çağırdı və bu plan yarımçıq qaldı. Əgər Musa öz niyyətini yerinə yetirib, Avropanı fəth edə bilsəydi, bu gün parçalanmış millətlər vahid din bayrağı altında birləşmiş olardılar. Bununla yanaşı, Avropa orta əsrlərin qaranlıq və qorxunc faciələrindən amanda qalardı.
Aydındır ki, bütün Avropa cəhalət, qardaş qırğını, epidemiyalar, mənasız səlib müharibələri, inkvizisiya caynağında inləyərkən, İspaniya ərəblərin hökranlığı altında firavan, abad və parlaq inkişaf dövrünü yaşayırdı. Vaxtilə zülmət içində nur kimi parlamış İspaniya elmin, mədəniyyətin inkişafı üçün yaradılmış gözəl şəraitə görə İslam dininə borcludur.
İspaniyanın siyasi, iqtisadi və mədəni mühitində ərəblərin rolunu müəyyən etmək üçün onların ümumi say nisbətini öyrənmək faydalı olar.
Deyildiyi kimi, Pireney yarımadasına daxil olmuş ilk müsəlman ordusu ərəblərlə bərbərlərdən ibarət idi. Sonrakı hərbi dəstələrdə Şam əhalisinin nümayəndələri də iştirak etməyə başladılar. Tarixdən məlumdur ki, erkən orta əsrlərdə İspaniyada elm və mədəniyyətə rəhbərlik ərəblərə məxsus idi, bərbərlər onların təsiri altında qərar tutmuşdular. Ərəblər əhalinin ən üstün (əşraf) təbəqəsi, bərbərlər və yerli xalqlar isə ikinci, üçüncü dərəcəli təbəqə hesab edilirdi. Maraqlıdır ki, İspaniyada bərbər sülalələri hakimiyyətə çatdıqda belə, ərəblər öz ağalıqlarını qoruya bildilər.
Ərəblərlə bərbərlərin say nisbətinə gəlincə, bu barədə dəqiq məlumat yoxdur. Yalnız belə fərz etmək olar ki, Kordova əmirliyi ərəb xilafətindən ayrıldıqdan sonra İspaniyadakı ərəblər başqa məmləkətlərdən təcrid olundular. Lakin bərbərlər sürətli artım və Şimali Afrika mühacirləri sayəsində çoxalıb kəmiyyət üstünlüyü qazandılar.
Müsəlmanlar İspaniyanın yerli xristian əhalisi ilə də qaynayıb-qarışırdılar. Tarixçilərin məlumatına əsasən, İspaniyanın fəthinin elə ilk dövrlərində ərəblər 30 min xristian qadını ilə evlənib, onları öz hərəmxanalarına daxil etdilər (Sevilya qəsrində "Qızlar otağı" adlanan hərəmxana tarixin yadigarıdır). Bundan əlavə, fütuhatın əvvəllərində bəzi əyanlar ərəblərə öz sədaqətlərini göstərmək üçün hər il xəlifə sarayına 100 nəfər xristian qızı göndərirdilər. Ərəblərin ailə qurduqları qadınlar arasında latınlar, iberlər, yunanlar, qotlar və başqaları da var idi. Aydındır ki, bu kütləvi qan qarışması nəticəsində bir neçə onillikdən sonra 700-cü illərin fatehlərindən köklü surətdə fərqlənən yeni qarışıq nəsil meydana gəldi.
Miladi 711-ci ildə İspaniyanın fəthindən etibarən 756-ci ilə kimi bu vilayət Əməvi xilafətinə tabe idi, xəlifənin təyin etdiyi əmir oranı idarə edirdi. 756-ci ildə İspaniya xilafətdən ayrılıb müstəqil oldu və Kordova xilafəti adlanmağa başladı. Ölkənin paytaxtı da Kordova şəhəri idi.
Ərəblərin İspaniyada hakimiyyətindən 300 il keçdikdən sonra onların ehtişam ve şan-şöhrət ulduzu sönməyə başladı. Kordova xilafətini bürümuş çəkişmələr dövlətin qüdrətini sarsıtdı. Bu zaman şimaldakı xristianlar fürsəti qənimət bilib, intiqam almaq fikri ilə həmlələrə başladılar.
Ərəblərin fəth etdikləri torpaqları geri almaq (ispanca rekonkista) uğrunda xristianların mübarizəsi X əsrdə gücləndi. İspaniya ərazisindən çıxarılmış xristianların toplandığı Asturiya vilayətində Leon və Kastiliya krallıqları yarandı. XI əsrin ortalarında bu iki krallıq birləşdi. Elə həmin dövrlərdə Navarra, Kataloniya və Araqon dövlətləri birləşib Araqon krallığını meydana gətirdi. XI əsrin sonunda Pireney yarımadasının qərbində Portuqaliya qraflığı meydana gəldi. Az sonra bu qraflıq da krallığa çevrildi. Beləliklə, XI əsrin sonlarında İspaniya xəritəsində Kordova xilafətinin ciddi xristian rəqibləri görünməyə başladı.
1085-ci ildə şimallılar güclü həmlə nəticəsində Toledonu ələ keçirdilər. Onlara Kastiliya və Leon kralı VI Alfons başçılıq edirdi. Öz qüvvələri ilə xristianlara müqavimət göstərə bilməyəcəklərini görən İspaniya müsəlmanları Şimali Afrika bərbərlərindən kömək istədilər. Tunis və Mərakeşdə möhkəmlənmiş əl-Murabitun sülaləsi İspaniyaya keçib, Kordova xilafətini dirçəltməyə cəhd etdi. Əl-Murabitilər 1086-cı ildə VI Alfonsu məğlub edərək, rekonkista hərəkatını müvəqqəti dayandırmağa nail oldular. Cəmi yarım əsr sonra onlar siyasət səhnəsinə daxil olmuş yeni sülaləyə - əl-Muvəhhidilərə məğlub oldular. Şimali Afrikada hakimiyyəti ələ keçirmiş əl-Muvəhhidilər İspaniyaya hücum edərək, 1145-ci ildə müsəlman vilayətlərini özlərinə tabe etdilər. Lakin bu dövlət xristianlara layiqli müqavimət göstərə bilmədi. Öz saraylarını İbn Tüfeyl, İbn Rüşd kimi parlaq simalarla bəzəsələr də, əl-Muvəhhidilər rekonkista qarşısında aciz qaldılar. Onlar 1212-ci ildə Las-Navas de Tolosa yaxınlığında birləşmiş xristian ordusuna məğlub olaraq İspaniyanı tərk etdilər[2].
Öz aralarında yola getməyən ispan krallıqları ərəblərə qarşı müharibədə düşmənçilikləri kənara qoyub birləşirdilər. Müsəlmanlara qarşı yönəlmiş rekonkista hərəkatında Kastiliya, Araqon, Navarra və Portuqaliya krallıqlarının birləşmiş qüvvələri iştirak edirdi. 1236-cı ildə müsəlmanlar Kordovanı, 1248-ci ildə Sevilyanı, 1229-35-ci illərdə Balear adalarını, 1238-ci ildə Valensiyanı itirdilər. 1262-ci ildə Kadis şəhərini almaqla, xristianlar Atlantik okeanı sahillərinə çıxdılar.
Müsəlmanların əlində yalnız Qranada əmirliyi qaldı. XIII əsrin sonlarında Nəsrilər sülaləsindən olan İbn əl-Əhmər ləqəbli Muhəmməd əl-Qalib İspaniyanın cənubundakı Qranada şəhərinə çəkilərək əl-Həmra (Alqambra) qəsrini möhkəmləndirdi. O, Kastiliya kralına bac vermək şərti ilə öz nisbi müstəqilliyini qoruya bildi. İki əsr boyu duruş gətirmiş Qranada əmirlərinin sarayında İbn Xəldun və İbn əl-Xətib kimi mütəfəkkirlər xidmət edirdi.
1469-cu ildə Araqon kralı II Ferdinand Kastiliya kraliçası İzabella ilə evləndi. Kastiliya-Araqon krallığı bütün İspaniya ərazisini birləşdirdi. Qranada əmirləri onlara xərac verməkdən imtina etdilər. 1492-ci ildə ispanların güclü həmləsi qarşısında Qranada təslim olub süqut etdi, müsəlmanların Pireney yarımadasındakı son istinadgahı da ələ keçirildi. Bununla da, bütün İspaniya ərəblərdən geri alındı və rekonkista hərəkatı xristianların qələbəsi ilə başa çatdı.
Müsəlmanlar Qranadanı bu şərtlə təslim etmişdilər ki, onların dininə, dilinə və mülkiyyətinə toxunulmayacaq. Lakin II Ferdinand tezliklə öz vədini pozdu. Müsəlmanlara qarşı kütləvi təqib və əzab dalğası başlandı. Əvvəlcə onları zorla xristianlığı qəbul etməyə məcbur edirdilər. Xristian olmaq istəməyənlər dəhşətli inkvizisiya məhkəməsinə çəkilirdilər. İşgəncələrdən amanda qalmaq naminə dinini dəyişənlər tezliklə aldandıqlarını başa düşürdülər. İnkvizisiya yeni xristianları da qeyri-səmimi və şübhəli elan edib, tonqallarda yandırmağa başladı. Kilsə rahiblərinin fətvası ilə qocalı-cavanlı, qadınlı-kişili yüz minlərlə müsəlman qətl olundu. Dominikan ordeninin rahibi Belida bütün müsəlmanları ucdantutma məhv etmək təklifini irəli sürdü. O deyirdi ki, xristianlığı qəbul etmiş şəxslərə də aman verilməməlidir, çünki onların səmimiyəti şübhə altındadır: "Bir halda ki, biz onların qəlblərindəkini bilmirik, onları öldürməliyik ki, Allah özü onları haqq-ədalətlə hesaba çəksin". Rahibin bu fikri keşişlər tərəfindən bəyənildi, amma İspaniya hökuməti müsəlman dövlətlərindən qorxaraq, onu təsdiq etmədi.
1610-cu ildə İspaniya hökuməti bütün müsəlmanlardan tələb etdi ki, ölkəni tərk etsinlər. Naəlac qalan ərəblər köçməyə başladılar. Cəmi bir neçə ay ərzində İspaniyanı bir milyon nəfərdən artıq müsəlman tərk etdi. 1492-1610-cu illər arasında müsəlmanların kütləvi qırğını və mühacirəti nəticəsində İspaniyanın əhalisi üç milyon nəfərə qədər azaldı. Ən dəhşətlisi budur ki, ölkəni tərk edən müsəlmanlar yerli əhalinin hücumlarına məruz qalıb öldürülürdülər. Rahib Belida sevinclə bildirirdi ki, hicrət edən müsəlmanların dörddə üç hissəsi yolda həlak olmuşdur. Göstərilən rahib Afrikaya üz tutmuş 140 min nəfərlik müsəlman karvanının 100 min nəfərinin öldürülməsində şəxsən iştirak etmişdi. Həqiqətdə, İspaniyada müsəlmanlar əleyhinə törədilmiş qanlı cinayətlər Müqəddəs Varfolemey gecəsini kölgədə qoyurdu.
Ərəblər mədəniyyətdən çox uzaq olan İspaniyaya qədəm basmaqla, onu sivilizasiyanın ən yüksək nöqtəsinə çatdırdılar və səkkiz əsr orada hakimiyyət sürdülər. Ərəblərin gedişi ilə İspaniya sürətlə dəhşətli tənəzzülə uğradı və bu tənəzzülü uzun müddət aradan qaldıra bilmədi. Ərəbləri qovmaqla İspaniya üç milyon mədəni və elmi əhalisini, yüksək inkişaf etmiş əkinçilik, ticarət və sənət sahələrini, elm və ədəbiyyatını itirdi. Vaxtilə bir milyon nəfər əhalisi olmuş Kordovada bu gun cəmi 300 min adam yaşayır. Müsəlmanların dövründə 200 min nəfərlik Toledonun əhalisi indi 50 min nəfərdən də azdır. Beləliklə, qətiyyətlə demək olar ki, ispanlar ərəblərə qarşı müharibədə qalib gəlsələr də, böyuk İslam mədəniyyətindən imtina etməklə məğlub olub, cəhalət və gerilik girdabına atıldılar.
Ərəblər VIII əsrdə Pireney yarımadasını tutub Burada Kordova xilafətini yaratdılar. Bu xilafət 300 il mövcud olmuşdu. Kordova xilafətinin müsəlman əhalisi mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət idi. Bu dövrdə ərəblər İspaniyanı Əndəlus adlandırırdılar. Əndəlus İspaniyanın cənubunda tarixi vilayət idi. Burada əkinçilik, sənətkarlıq inkişaf etmişdi. Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. Əkinçilikdə süni suvarmadan istifadə edilirdi. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin yaranması və genişlənməsinə səbəb oldu. Kordova şəhəri həm sənətkarlıq və ticarət. mərkəzi, həm də xilafətin paytaxtı idi. Burada mədəniyyət də inkişaf etmişdi. Kordovada Əmir kitabxanası (400 min kitab var idi) və Universiteti daha çox məşhur idi. Müsəlman memarlığının ən gözəl nümunələri Qranada hakimlərinin Əlhambra sarayı - Qırmızı saray (XIII-XV əsrlər), Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Kordova məscidi idi.
Rekonkista
[redaktə | mənbəni redaktə et]XVII əsr tarixi
[redaktə | mənbəni redaktə et]XVII əsrdə İspaniya Qərbi Avropanın ikinci dərəcəli ölkələrindən biri idi. Habsburqlar sülaləsinin sonuncu hökmdarları olan III Filipp /1598-1621/, IV Filipp /1621-1665/, II Karl /1665-1700/ kral hakimiyyətinin nüfuzunu ancaq zahirən saxlaya bilirdilər. Eskoralın zahiri təmtərağı, soyuq saray mərasimləri ispan krallarının ölkənin həqiqi hakimləri olmadıqlarını ört-basdır edə bilmirdi. İspan kral hakimiyyətinin gücsüzlüyünə, zəifliyinə dövrün ədəbiyyatında dönə-dönə işarə edilmişdir. Şair Vilyamediyanın aşağıdakı sözləri bu baxımdan çox səciyyəvidir: "Bizim qüdrətli bir kralımız var, onun qarşısında dünya tir-tir əsir. Xoş xasiyyətlidir, ancaq şəkildə qorxuludur. Bu, ancaq bulud kölgəsidir." Kral hakimiyyətinin zəifliyinə, gücsüzlüyünə bədii ədəbiyyatda müxtəlif şəkillərdə aydın işarələr edilmişdir. Bunun əsas səbəbi o idi ki, İspaniyada mütləqiyyət hakimiyyət qarşısında duran, tarixi vəzifəni layiqincə yerinə yetirməmiş, feodal özbaşınalığı və məhəlləçiliyinə son qoya bilməmişdir. İspan millətinin formalaşmasında, iqtisadi və mədəni sahələrdə xalqın qüvvələrinin birləşdirilməsində Fransada və İngiltərədə olduğu qədər mütərəqqi rol oynamamışdır. Burada mütləqiyyət öz vəzifəsini ancaq çox məhdud ölçüdə yerinə yetirir. Kral hakimiyyəti feodalları ancaq qismən məhdudlaşdırır, dini rıtsarlıq ordenini özünə tabe edib, onların geniş torpaqlarını müsadirə yolu ilə ələ keçirir.
Hələ XV əsrdə kral hakimiyyəti Kastiliya və Avropa şəhərlərinin ittifaqını təşkil edir, bu ittifaqa əsaslanaraq müharibələr aparmaqda, pul kəsməkdə iri feodalların müstəqilliyini bir qədər məhdudlaşdırır, onların qala-qəsrlərini yerlə yeksan edir, ayrı-ayrı feodalların dövlət içərisində dövlətə çevrilməsinin qarşısını alır. Lakin ispan mütləqiyyətinin fəaliyyəti bununla qurtarır. Burada IV Henrix, kardinal Rişelye, XIV Lüdovik kimi dövlət rəhbərlərinin olmaması acı nəticələrə gətirib çıxarır, İngiltərə və Fransada kral hakimiyyəti daxili təsərrüfatın, sənayenin, ticarətin, kənd təsərrüfatının inkişafına qayğı göstərirsə, ölkənin iqtisadi artımına səbəb olursa, İspaniyada kral hakimiyyəti iri feodalların təsirindən qurtara bilmir, xarici ticarət sahəsində yanlış siyasət yeridir, xarici malların idxalına geniş şərait və imkan yaradır, bununla da ölkənin istehsalına ağır zərbə vurur.
Digər tərəfdən Amerika koloniyalarından axıb gələn qızıl bu prosesi daha da sürətləndirir. Amerika qızılının heç vaxt qurtarmayacağını düşünərək hər şeyi xaricdən qızılla alırdılar. Xaricdən İspaniyaya müxtəlif mallar gəlir, İspaniyanın qızılları isə xaricə axırdı. Bunun nəticəsində daxili istehsal get-gedə zəifləyirdi. Amerikadan qızıl gəlməsi dayananda xaricdən mal almaq üçün bir şey olmayanda öz ehtiyat mənbələrinə müraciət etməli olurdular. Elə bu vaxt məlum oldu ki, İspaniyanın təsərrüfatı dağılmışdır. Kənd təsərrüfatı, sənaye bərbad haldadır. Bütün ispan flotunun, başqa sözlə "Məğlubedilməz Armada"nın 1588-ci ildə İngil-tərə sahillərində darmadağın edilməsi və məhv olması isə ölkənin hərbi qüdrətini sarsıtdı. Keçmiş İspan müs-təmləkələrində narahatlıqlar, üsyanlar başladı. Hollandiya və Portuqaliya İspaniyadan ayrıldı. Müharibələr yeni-yeni bəlalar gətirirdi.
Əhalinin sayı ciddi şəkildə azaldı. Bütöv yaşayış məntəqələri yox oldu. Yeni Kastiliya və Toledoda iki yüz, Köhnə Kastiliyada üç yüz kənd xəritədən silindi. Ölkə əhalisinin sayı XVI əsrin sonunda XVII əsrin ortalarına qədər iki milyondan çox azaldı. İstehsal özü də böhran keçirirdi. Məsələn, təkcə Sevilyada istehsal on dəfə azalmışdı.
Kral hakimiyyətinin və kilsənin himayəçiliyi ilə zadəganlığın həyata keçirdiyi sosial və milli zülm bir sıra xalq üsyanlarına gətirib çıxardı. Bu üsyanlardan ən böyüyü morisklərin üsyanı idi. İspan inkvizisiyasının çirkin siyasətinə, eybəcər təqiblərinə qarşı xalq etirazının ifadəsi olan bu üsyan Kalderonun "Ölümdən sonra sevgi" dramında əks etdirilmişdir.
Katolik kilsəsi İspaniyada xalq kütlələrinin mənəvi cəhətdən əsarətdə saxlanılması işində irtica qüvvələrinin əsas silahı idi. O, özünün məhkəmələri, təqibləri ilə xalqın etiraz səsini amansızcasına əzirdi. Yezuitlər vətəni olan İspaniyada inkvizisiya qəddar bir vəhşiliklə hökm sürürdü. XVI, XVII, XVIII əsrlər müddətində inkvizisiya tonqallarında 30 min adam yandırılmış, 300 minə qədər adam isə həbsxanalarda məhv edilmişdir. Məhkəməsiz, həbsxanasız, tonqalsız mənə-vi cəhətdən şikəst edilən adamların isə sayı-hesabı yox idi. İspan katolik kilsəsi Roma papalığının dini siyasətini sədaqətlə həyata keçirən əsas qüvvə idi. XVII əsrdə İspaniyada hə beşinci-altıncı ispan keşiş, yaxud rahib paltarı geyirdi. Cəmi altı milyon əhalisi olan bu ölkədə bir milyon iki yüz min nəfər keşiş, rahib və rahibə var idi. İspaniyada katolik kilsəsinin fəaliyyətinin belə geniş şəkil almasının, xalq şüuruna hakim kəsilməsinin öz tarixi səbəbləri var idi. Məsələ burasındadır ki, ərəblərə qarşı mübarizə dövründə mühüm rol oynayan, böyük nüfuz qazanan ispan katolik kilsəsi sonralar da öz mövqeyini saxlamaq üçün dəridən-qabıqdan çıxmış, bu yolda heç bir cinayətdən, qəddarlıqdan çəkinməmişdir. Ölkənin daxili vəziyyəti də bunun üçün əlverişli şərait yaratmışdır. Təsərrüfatın dağılması, siyasi pərakəndəlik, anarxiya və özbaşınalıq, kral hakimiyyətinin və zadəganlığının xalq üsyanlarından qorxması feodal-katolik irticasının geniş əl-qol açmasının əsas baisi idi.
Müasir tarix
[redaktə | mənbəni redaktə et]İspaniyada burjua-demokratik inqilabı
[redaktə | mənbəni redaktə et]İnqilabın birinci və ikinci mərhələsi Xalq kütlələrini öz nəzarətləri altında saxlamaq üçün respublika tərəfdarı olan partiyalar, o cümlədən sosialistlər 1930-cu ilin avqustun 17-də San Sabestyanda birgə hərəkat haqqında pakt imzaladılar.12 nəfərdən ibarət inqilabi komitə təşkil edildi. Pakta görə çevriliş dinc formada olmalı idi. Lakin son dəqiqələrdə qanlı xarakter aldı. Xaki (Araqon) qarnizonunun əsgərləri çıxışlarının dayandırıldığından xəbər tutmadan üsyan qaldırdılar və məğlubiyyətə uğradılar. Üsyanın təşkilatçıları güllələndilər. Bir neçəsi isə həbs edildi. 137 1931-ci ilin aprelin 12-də bələdiyyə idarələrinə seçkilərdə respublika tərəfdarları 49 əyalətdən 45-də əksəriyyət qazandılar. Ölkədə inqilab dinc yolla qalib gəldi. Ordu və polis silah işlətməyə cəsarət etmədi. XIII Alfons xaricə qaçdı.
1931-ci il aprelin 14-də İspaniya respublika elan olundu. Hakimiyyət inqilabi komitənin əlinə keçdi və o, özünü müvəqqəti hökumət elan etdi. Onun tərkibinə keçmiş monarxistlər, liberal burjua nümayəndələri və üç sosialist (Larqo Kabalero, Prietto, de los Rios) daxil oldu. Hökumətin başçısı katolik Alkala Samora oldu. Onun əsas məqsədi inqilabın qarşısını almaq və respublikanın mühafizəkar xarakterini təmin etmək idi. Yeni qurulmuş respublika qarşısında mürəkkəb vəzifələr dururdu. İspaniya geridə qalmış aqrar ölkə idi. 2% mülkədar 67% torpağa, 86% kəndlilər isə cəmi 15% torpağa sahib idilər. Feodal qaydaları saxlanılırdı. Mülkədar, kilsə və dövlət qarşısında mükəlləfiyyətlər əsaslı aqrar islahat keçirilməsini zəruri edirdi.
Milli məsələnin həll edilməsi də vacib idi. İspaniyada əsasən 4 millət – ispanlar, katalonlar, basklar, qalisiylər yaşayırdılar. İspanlardan başqa onlardan üçünün yaşadığı ərazi İspaniya ərazisinin 15.6 %-ni təşkil edirdi. Onlar ərazi muxtariyyəti tələb edirdilər. Onların sayı 6 milyondan çox idi.
Kilsə də problem idi. Kilsə kapitalı dəmiryolu, dəniz nəqliyyatı və tramvay kompaniyasına qoyulmuşdu. Ölkədə 67 min kilsə, 200 min keşiş, rahib, rahibə, 4,5 min monastır fəaliyyət göstərirdi. Kilsə məktəblərində 700 min şagird oxuyurdu.
İspaniyada xarici – ingilis, fransız, Kanada, Amerika, alman, italyan, Belçika kapitalı ağalıq edirdi. Ordu və donanma mülkədarlar və iri kapitalistlərin əlində idi. Müasir silahlar az idi. 138 Fəhlə sinfinin vəziyyətinin yaxşılaşması vacib idi, Avropanın digər ölkələri ilə müqayisədə onlar daha az əmək haqqı alırdılar. İnqilabın 1931-1933-cü illəri əhatə edən birinci mərhələsi tarixdə respublikaçılar və sosialistlər dövrü adlandırılır. Yeni hökumət və kortes burjua-demokratik inqilabının birinci mərhələsində (1931-1933-cü illər) bir sıra demokratik dəyişikliklər həyata keçirdi.
1931-ci ilin dekabrın 9-da burjuademokratik konstitusiya qəbul edildi, demokratik azadlıqlar verildi. Kataloniya muxtariyyət aldı. Aqrar islahat institutu yaradıldı. Ölkənin mərkəz, Cənub və Cənub-qərb vilayətlərində sakitləşdirici aqrar islahat keçirildi. Lakin bütün bunlar ardıcıl deyildi. Hökumət kilsənin dövlətdən ayrılması, yezuitlar ordeninin fəaliyyətinin qadağan edilməsi barədə də dekrat verdi. Orduda zabit və generalların sayı bir qədər azaldıldı. Lakin yenə də irticanın maddi gücü sarsılmaz qalmışdı. Mülkədar torpağı qalmaqda idi, onlar orduya nəzarət edirdilər, monarxistlər dövlət aparatında çalışırdılar, kilsə öz sərvətini saxlayırdı. Konstitusiyanın təsdiqindən sonra Alkala Samora ölkənin prezidenti seçildi, baş nazir isə sol respublikaçılar partiyasının lideri Manuel Asanya təyin edildi. Hökumətin siyasəti dəyişmədi.
Almaniyada faşist diktaturasının qurulması irticaçıları daha da fəallaşdırdı. Onlar xalq kütlələrinin hökumətdən narazılığından istifadə edərək 1933-cü ilin noyabrın 19-da keçirilən seçkilərdə qələbə qazandılar. Bununla da inqilabın 1933-1936-cı illəri əhatə edən ikinci mərhələsi başlandı. Seçkilərdən sonra hakimiyyətə mülkədarla blokda olan iri burjuaziyanın sağ partiyaları gəldilər. Yeni hökumət din, Vətən, ailə, mülkiyyət və qayda-qanunun qorunmasını tələb edirdi. Faşistpərəst A.Merrusun başçılığı ilə 1933-cü ilin dekabrında təşkil olunmuş “Sağ mərkəz” hökumət zəhmətkeşlərə verilmiş bütün hüquqları ləğv etdi. Aqrar islahatın həyata 139 keçirilməsi dayandırıldı. Kortes rejimə qarşı çıxanlara qarşı ölüm cəzası verilməsi haqqında qanun verdi.
A.Merrus hökuməti etimad qazanmadığı üçün istefaya getdi. Oktyabrın 9-da radikal D.Martines Barrio yeni koalisiyalı hökumət qurdu. 1934-cü ildə ölkədə 1,5 milyona yaxın işsiz var idi. Ona görədə bu hökumətin fəaliyyəti İspaniya tarixində «Qara ikiillik» və ya «əksislahat respublikası» kimi qiym ətləndirilmişdi.Faşist təşkilatları fəallaşdı. 1931-ci ilin sonlarında «Nasional-sindikalist hücum xuntası» («Xons» partiyası) yaradıldı. 1933-cü ilin oktyabrında isə keçmiş diktatorun oğlu Xose Antonio Primo de Rivera Almaniyadakı faşist partiyası tipində«İspaniya falanqası» partiyasını təşkil etdi. Falanqaçılar 27 maddə dən ibarət qəbul etdikləri proqramda İspaniyada millətin birliyin xidmət edən Milli-sindikalist dövlət yaradılmasını, ispanların, ailə, bələdiyyə və həmkarlar təşkilatlarının vasitəsi ilə dövlət həyatında iştirak etmələrini, siyasi partiyalar və bələdiyyələr sisteminin ləğv edilməsini, kilsənin ölkənin yeniləşdirilməsi işinə cəlb edilməsini tələb edirdilər. Kapitalizm tənqid olunurdu. Proqramda ispanların dini və hərbi ruhu əks olunmuşdu.
1934-cü ilin fevralında onlar vahid «İspan falanqası və xons» partiyasında birləşdilər. Partiyanın əsas şüarları «vətən birliyi», «birbaşa hərəkət», «antikommunizm və antiimperializm» idi. Bu mərhələdə mürtəce qüvvələrin fəaliyyəti gücləndi. 1932-ci ilin sonunda yaradılmış İspaniya sağ muxtariyyət hüquqları konfederasiyasının (SEDA) 3 nümayəndəsi 1934-cü ilin oktyabrın 4-də hökumətin tərkibinə daxil oldu. Burjua millətçiləri Kataloniyanı müstəqil burjua respublikası elan etdilər. Asturiyada fəhlələr hakimiyyəti ələ aldılar. Onda irticaçı general Fransisko Franko Mərakeşdəki qoşunu buraya gətirdi və üsyanı yatırtdı.
İspaniya İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər)
[redaktə | mənbəni redaktə et]İspaniya: İkinci Dünya müharibəsində öz bitərəfliyini elan etsə də, müharibə dövründə həm müharibə edən ölkələrə strateji xammal, ərzaq məhsulları satmaqla, həm də Latın Amerikasından gətirilən məhsulları öz ərazisinlən keçirmək üçün aldığı gömrük hesabına xeyli gəlir əldə etdi. İkinci Dünya müharibəsi dövründə və 60-cı illərə qədər ölkədə avtorgizm siyasəti yeridilirdi ki, İspaniya dünya bazarından asılı olmayaraq özünü təchiz edə bilsin. Xarici siyasətdə də təcridçilik hökm sürürdü.
1945-ci ildə keçirilən Potsdam konfransında İspaniyada faşizm pisləndi. 1946-cı ilin fevralında İngiltərə və Fransa hökumətləri bildirdilər ki, onlar İspaniya ilə hər cür əlaqələri kəsirlər. 1946-cı ilin dekabrında BMT İspaniyaya qarşı xüsusi qətnamə qəbul etdi. ABŞ-nin təkidi ilə bütün ölkələr, Portuqaliya və Argentinadan başqa, İspaniya ilə diplomatik münasibətləri kəsdilər, öz səfirlərini geri çağırdılar. Lakin Franko vəziyyətdən çıxış yolu tapdı, 1947-ci ilin iyununda bildirdi ki, ABŞ öz hərbi bazalarını İspaniya ərazisində yerləşdirə bilər və ölkə «soyuq müharibə»yə qoşulur. 1949-cu ildə bütün diplomatik korpuslar yenidən İspaniyaya qayıtdılar. 1948-ci ilin yanvarında İspaniya ilə Fransa arasında sərhəd açıldı.
Ölkənin daxili və xarici siyasətində Franko başlıca sima idi. O, dövlətin, hökumətin, İspaniya silahlı qüvvələrinin başçısı və ölkədə yeganə hakim partiya olan və 1933-cü ildə təşkil edilən «İspaniya falanqası» Milli Şurasının sədri idi. Həmçinin vertikal xətt üzrə fəaliyyət göstərən həmkarlar ittifaqları da onun tabeliyində idi.
İkinci Dünya müharibəsindən sonra dünyada yaranmış siyasi mənzərəni dərk edən Franko 1945-ci il iyulun 17-də «İspanların xartiyası» adlı sənədi imzaladı. Həmin sənədə görə şəxsiyyətin toxunulmazlığı elan edilir, yazışmaların gizliliyinə təminat verilir, mənzillərin toxunulmazlıq hüququ qorunurdu. Həmin sənəddə göstərilirdi ki, bütün dinlərin sərbəst fəaliyyətinə maneçilik törədilməyəcək. Ölkədə «milli barışıq» siyasəti yeridilməyə başladı. Əvvəl gizli fəaliyyət göstərən «Katolik hərəkatı» adlı partiyanın da leqallığına icazə verildi. Franko hətta xarici işlər naziri vəzifəsinə həmin partiyanın lideri Martino Artexonu təyin etdi. Lakin xartiyanın qəbul edilməsi frankoçu rejimin xarakterini dəyişmədi. Antikommunizm onun ranqda rəsmi siyasəti oldu. Dünyada baş verən demokratik hərəkatlar ispan xalqından da yan keçmədi.
1945-1950-ci illər İspaniya tarixinə partizan müharibələri illəri kimi daxil oldu. 1945-ci ilin avqustunla Meksikada Xuan Neqrinin başçılığı altında mühacir ispan hökuməti təşkil edildi. Həmin illərdə partizanlar İspaniyada Franko rejimini devirmək üçün beş mindən artıq əməliyyat həyata keçirdilər. Franko onlara qarşı 450 minlik ordunu işə salmalı oldu. Partizan müharibələri uğursuzluqla nəticələndi.
Müharibədən sonrakı illərdə İspaniyanın iqtisadi vəziyyəti ağır idi. 1945-ci ildə ölkədə sənaye istehsalının səviyyəsi 1929-cu ilə nisbətən cəmi 14% artmışdı. Kənd təsərrüfatı məhsulları 1931-ci illə müqayisədə 28% aşağı düşmüşdü. Maliyyə-inhisarçı kapital üçün əlverişli olan faşizm bütövlükdə ölkənin inkişafını ləngidirdi. İqtisadiyyatın inkişafı üçün lazım olan vəsaitlər əsasən hərbi və ağır sənayenin inkişafına yönəldilmişdi. Ölkədə ərzaq malları çatışmırdı. Dövlət borcları 52 milyard peset idi. Ancaq 50-ci illərin əvvəllərində İspaniya iqtisadiyyatı 1935-ci il səviyyəsinə çatdı. İqtisadiyyatın strukturunda bir neçə keyfiyyət dəyişikliyi baş verdi. Metallurgiya, maşınqayırma, elektroenergetika sənayesi inkişaf etdi. İstehsalın mərkəzləşməsi artdı. Bununla belə, sənayedə çalışanların 50%-i 50-yə qədər fəhləsi olan müəssisələrdə işləyirdi. Kənd təsərrüfatında heç bir irəliləyiş hiss olunmurdu[3].
Müharibədən sonra xarici ölkələrlə əlaqələrin zəifləməsi İspaniyanın daxili vəziyyətini xeyli çətinləşdirdi. Franko diktaturası dövründə ölkədə milli məsələ də həll edilməmiş problem kimi qalır, katalonların, baskların və qalisiylərin hüquqları tapdalanırdı. Fəhlələrin, ziyalıların, xüsusilə cəmiyyətin barometri olan gənclərin aramsız mübarizəsi nəticəsində Franko 40-cı illərin ikinci yarısında və 50-ci illərdə bir sıra tədbirlər görməyə məcbur oldu. Bu tədbirlərdən biri 1947-ci ilin iyulunda xalqın hələ də inandığı monarxiyanın bərpa edilməsi haqqında referendum oldu. Bu referendumdan sonra İspaniya yenidən monarxiya elan olundu. Franko isə ömürlük naib vəzifəsini öz üzərinə götürdü. O, öldükdən sonra müvəqqəti bu vəzifəni naiblər şürası həyata keçirməli idi. 1953-cü ildə Franko Roma papası ilə dini saziş, yəni konkordat bağladı. Bunda məqsəd ölkədə dindarların köməyi ilə siyasi sabitliyi gücləndirmək idi.
İspaniyanın XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında daxili vəziyyəti. 50-ci illərində İspaniyanın iqtisadiyyatı nisbətən yüksək sürətlə inkişaf edirdi. Milli Sənaye İnstitutu vasitəsi ilə əsas kapital yeniləşdirildi.
Ölkədə sənaye məhsulları istehsalı 1954-1958-ci illərdə xeyli artdı. Lakin 50-ci illərin sonunda iqtisadiyyatın inkişafında maneələr yarandı. Dövlət büdcəsi kəsirdə qaldı, inflyasiya ölkəni bürüdü. Kapitalın xaricə axını gücləndi. İfiya və İspaniya Saxarasında gedən müharibə də İspaniya iqtisadiyyatını zəiflətdi. 1959-cu ildə ölkədə böhran başlandı. İspaniya hökuməti ABŞ-yə və beynəlxalq təşkilatlara müraciət etməyə məcbur oldu. 1959-cu il iyulun17-də ABŞ-la İspaniya arasında imzalanan iqtisadi sazişə əsasən ABŞ İspaniyaya 546 milyon dollar kredit verdi. Eyni zamanda, xüsusi bölməyə bank kreditləri və dövlət investisiyaları məhdudlaşdırıldı. 60-cı illərdə İspaniyada yüksəliş baş verdi. İqtisadiyyatda canlanma başlandı və 60-cı illərin sonuna qədər davam etdi. Dövlət iqtisadi sabitliyi saxlamaq xatirinə ABŞ və Qərbi Avropa ölkələri ilə təsərrüfat əlaqələrini genişləndirdi. «Liberallaşdırma» ilk növbədə xarici iqtisadi əlaqələrdə həyata keçirildi. Peset konvert valyutasına çevrildi. İspaniya 60-cı illərdə sənaye-aqrar ölkəyə çevrildi. Dövlət-inhisarçı kapitalın inkişafı üçün şərait yaradılmış oldu. Xarici kapital üçün məhdudlaşma zəfilədi. Xarici kapitalın ölkəyə axını on dəfədən çox artdı. Topdansatış milli ərzaq məhlulları istehsalı 60-cı illərdə orta hesabla hər il 7,6% artdı. 60-cı illərin sonunda İspa¬niyada 7,4 milyon ton polad istehsal edilirdi. Bütövlükdə 1950-ci illə müqayisədə 1970-ci ildə sənaye məhsulu istehsalı 3 dəfə artdı. İspaniya bu dövrdə dünyada gəmiqayırma sənayesinə görə beşinci, avtomobil istehsalına görə isə səkkizinci yeri tutdu. 5 min km-dən artıq şose yolu çəkildi. 6 iri bank ölkənin bütün maliyyə sisteminin 64%-nə rəhbərlik edirdi.
«İspan möcüzəsi»nin səbəblərindən biri ilk növbədə 60-cı illərin əvvəllərində texnokratların Frankonu qabaqcıl dövlətlərdən geri qalmamaq üçün vacib şərtlərdən biri kimi ETİ-nin nailiyyətlərini istehsalda tətbiq etməyə inandırmağı bacarmaları idi. Səbəblərdən biri də 1955-1965-cı illərdə İspaniyadan xarici ölkələrə getmiş 2,5 milyon ispan vətəndaşının ölkəyə bu müddət ərzində 5 milyard dollar vəsait göndərmələri idi. Bu dövrdə İspaniyada turizm sənayesinin sürətli inkişafı, turizmdən gələn gəlir sənayenin inkişafına yönəldildi. Səbəblərdən biri də bu dövrdə İspaniyaya xarici dövlətlər – ABŞ, AFR, Belçika və İngiltərə, Fransa tərəfindən güclü kapital qoyulması və burada onların müəssisələrinin açılışı idi.
Siyasi həyatda frankist yuxarı təbəqə «liberallaşdırma siyasəti»ni davam etdirirdi. Bu məqsədlə 1954-cü il iyulun 19-da yenidən hökumətin tərkibində qismən dəyişikliklər edildi. Hakimiyyət ümid edirdi ki, bu yolla müxalifətin sağ qüvvələrini neytrallaşdıra bilər. 1957-ci ilin fevralında hökumətin tərkibinə «Allah işi» təşkilatının üzvləri də daxil oldular. «Sinfi sülh» kampaniyası genişləndi. 1959-cu ildə Dolinada həlak olan qiyamçılar və respublikaçıların birgə anma mərasimi keçirildi. Bu, «milli sülh»ə çağırış demək idi.
Siyasi məhbuslara da qismən amnistiya verildi. Senzura bir qədər yumşaldıldı. 1967-ci ilin yanvarında keçirilən referendumdan sonra «Yeni məhdudlaşdırılmış qanun» qəbul edildi. Ölkənin ictimai-siyasi həyatının qismən liberallaşdırılması xətti götürüldü. Kortesə seçkilər məsələsinə yenidən baxıldı. Deputatların bir hissəsinin (564-dən 108-i) seçki ilə seçilməsi haqqında qanun qəbul edildi. Qalanları isə əvvəlki kimi rəsmi təşkilatların zəmanəti ilə dövlət başçısı tərəfindən təyin edilirdi. Qanunda göstərilirdi ki, kral və ya naib ispan, 30 yaşdan yuxarı, katolik olmalı idi. 1968-ci ilin avqustunda «Banditizm və terrorizmə qarşı mübarizə haqqında» qanun qəbul edildi. Lakin 60-cı illərin sonunda rejim yenidən sərt tədbirlərə əl atdı. 1969-cu ilin iyulun 23-də Franko 1938-ci ildə anadan olmuş, XIII Alfonsun nəvəsi şahzadə Xuan Karlos Burbonu (uşaqlıqdan Frankonun himayəsi altında tərbiyə olunmuşdu) özünün siyasi varisi elan etdi.
İqtisadi artıma baxmayaraq, əmək haqqı artmadığına görə 50-ci illərin ikinci yarısında tətillər ölkə həyatının mühüm amilinə çevrildi. 50-ci illərin sonunda Asturiya şaxtaçıları, Baks ölkəsinin metallurqları, Katoloniya toxucuları tətil etdilər. Bu hadisələr hökuməti məcbur etdi ki, 1958-ci ildə fəhlələrlə sahibkarlar arasında kollektiv müqavilələr sisteminə keçməyə razılıq versin. 50-ci illərin sonunda fəhlələrin rəsmi həmkarlar ittifaqlarından kənarda fəhlə komissiyaları meydana gəldi. Əhalinin müxtəlif təbəqələri, o cümlədən katolik kilsəsi antifrankist mövqeyə keçdilər. 60-cı illərdə zəhmətkeşlərin həyat səviyyəsi (nominal əmək haqqı 76,1% artmış olsa da) yenə də Qərbi Avropanın digər ölkələri ilə müqayisədə ən geridə qalmış səviyyədə idi və fəhlə komissiyaları həmkarlar həkəratının vacib orqanlarına çevrildi.
1967-ci ildən onlar kommunistlər, sosialistlər, katoliklər, bitərəflərin iştirakı ilə ümummilli qurultaylar keçirməyə başladılar. Kəndlərdə də kəndli komissiyaları yaradıldı. 1965-ci ilin fevralında «Azad fəhlə assambleyaları» təşkil olundu. 1967-ci il fevralın 27-də Madriddə onların 100 minlik nümayişi oldu. Onlar fəhlə hərəkatı ilə birlikdə çıxış edirdilər. Kataloniya, Bask ölkəsində və Qalisiyada milli hərəkat gücləndi. Onlar müxtariyyət tələb edirdilər. Xristian-demokratik təşkilatların da rolu artdı. Onun mütərəqqi qanadının rəhbərlərindən biri Ruis Ximenes idi. Bu hərəkatlar frankist rejimə də öz təsirini göstərdi. Xristian-demokratik təşkilatların sağ nümayəndələri «möhkəm xətt» tərəfdarı idilər və rejimin daha da sərtləşməsini istəyirdilər. Mütərəqqi tərəf isə rejimin «liberallaşdırılma»sını istəyirdi. Məhz «liberallaşdırılma» tərəfdarlarının və ümummili hərəkatın təsiri altında xüsusi tribunal ləğv edildi. 1965-ci ildə iqtisadi tətillərin cinayət hesab edilməməsi haqqında qanun qəbul edildi.
60-cı illərin sonunda dünyada baş verən demokratik dəyişikliklər İspaniyaya da öz təsirini göstərdi. 1971-ci ildə İspaniyadakı sol qüvvələr Sevilya şəhərində «Azadlıq naminə pakt» imzaladılar. Məqsəd Frankonu devirmək idi. Hadisələrin gedişini nəzərə alan Franko general Blankonu özünə baş nazir təyin etdi. Bir az keçməmiş terrorçular tərəfindən Blanko öldürüldü. 1975-ci ilin noyabr ayında silahlı üsyana hazırlıq getdiyi zaman Franko 82 yaşında öldü. Onun siyasi varisi olan Xuan Karlos İspaniyanın kralı oldu.
XX əsrin 50-60-cı illəri və 70-ci illərinin I yarısında İspaniyanın xarici siyasəti
[redaktə | mənbəni redaktə et]50-ci illərdə İspaniya xarici siyasətdə beynəlxalq təcridolunmadan çıxmağı sürətləndirdi. 1953-cü il sentyabrın 26-da ABŞ-la İspaniya arasında müdafiə, təhlükəsizlik və qarşılıqlı yardım haqqında müqavilə bağlanıldı. İspaniya ərazisində ABŞ-yə hərbi bazalar, hərbi və mülki personal yerləşdirməyə icazə verildi. İspaniya ABŞ-dən hərbi təchizat aldı. ABŞ dərhal İspaniyada hərbi-hava və dəniz bazalarının quruculuğuna başladı. 1955-ci ilin sonunda İspaniya BMT-yə daxil oldu. 1956-cı ildə Mərakeşin ona aid olan hissəsinə müstəqillik verdi. O, NATO-nun digər üzvləri ilə də əlaqələri genişləndirdi. 1963-cü ildə ABŞ-la bağlanan hərbi sazişin müddəti 5 il də uzadıldı. Kömək və kredit formasında İspaniya ABŞ-dən 400 milyon dollar yardım oldu.
Bu dövrdə İspaniyanın Latın Amerikası və Yaxın Şərq ölkələri ilə əlaqələri daha da yaxşılaşdı. İspaniya 1963-cü ildə Kuba ilə iqtisadi münasibətləri bərpa etdi. Ərəb-İsrail münaqişəsi zamanı ərəbləri müdafiə etdi. 60-cı illərin II yarısında sosialist ölkələri ilə, ilk növbədə, SSRİ ilə də münasibətlər inkişaf etməyə başladı.
İspaniya diktaturadan demokratiyaya keçid dövründə. (1976-1979-cu illər). Kral elə ilk andiçmə mərasimində bildirdi ki, İspaniya da digər qabaşcıl dünya ölkələri kimi demokratiya yolu ilə gedəcək. «İspaniya falanqası» partiyası buraxıldı. Müxalifətin leqallaşması artdı. 1977-ci il aprel ayının 9-da İspaniya Kommunist Partiyası açıq fəaliyyətə keçdi. «Milli hərəkat» partiyası da kralın dekreti ilə buraxıldı. Bu partiya iki hissəyə parçalandı. Onun üzvlərinin bir hissəsi Demokratik Mərkəz İttifaqı partiyasını təşkil etdilər və başçısı Adolf Suares oldu. Digərləri isə «Xalq alyansı» təşkil etdilər.
İspaniyada demokratiyaya keçid 1975-ci ildə başladı, 1979-cu ilə qədər davam etdi. Kral demokratik dəyişikliklərə dinc, tez və qəti yolla keçməyi qərarlaşdırdı. O, Franko tərəfdarlarının güclü olduğunu bilirdi və bu işdə ehtiyatlı hərəkət edirdi. Franko rejiminin demontajı ilk növbədə Arias Navarranın başçılıq etdiyi köhnə hökumətin üzvlərinin istefaya göndərilməsi və Adolfo Suaresin başçılığı altında yeni hökumətin yaradılması ilə başladı.
1976-cı ildə ölkədə ilk dəfə əvvəlki 10 ildə olmadığı qədər tətil hərəkatı baş verdi. Xalq kraldan demokratik islahatlar tələb edirdi. 1976-cı ildə «Siyasi islahatlar haqqında Qanun» qəbul edildi. Həmin qanuna əsasən Kortes iki palatadan ibarət olmalı idi. Aşağı palata olan deputatlar palatası 350, yuxarı palata olan senat isə 208 nəfəri əhatə etməli idi. Həmçinin ölkədə fikir plüralizminə, əqidə azadlığına geniş yer verilirdi. Əhalinin ümumi seçki hüququ qanunla təsbit olundu. 1977-ci il iyunun 15-ində ölkədə ilk dəfə Xalq cəbhəsi dövründə olduğu kimi, parlament seçkiləri keçirildi. Seçicilərin 90%-i frankizmin ədeyhinə olduğunu bildirdilər. Demokratik mərkəz ittifaqı 33,9%, İSFP-i 29,2%, İKP 9,2%, Sosialist Xalq partiyası 4,3%, «Xalq alyansı» 8,2% səs aldılar. Adolfo Suaresin başçılığı altında yeni hökumət təşkil edildi. 1977-ci ildə ölkənin iqtisadi vəziyyəti birdən-birə pisləşdi. İşsizlərin sayı 1,3 milyona çatdı. İqtisadi inkişaf 6,6%-dən 1%-ə endi. Bu, hökuməti qəti addımlar atmağa məcbur etdi. 1977-ci ilin oktyabrında Nazirlər Kabinetinin yerləşdiyi bina olan Madriddəki Monkloada həmkarlar ittifaqının və sol partiyaların nümayəndələri ilə hökumət arasında qarşılıqlı razılıq haqqında pakt imzalandı. Bu pakt tarixə Monkloa paktı kimi daxil oldu. Sənədə görə həmkarlar ittifaqı və sol partiyalar tətillərin azalmasını, hökumət isə qiymətlərin artmasının qarşısını almağı öhdəsinə götürdü. Ümumi amnistiya haqqında qanun verildi. Kataloniya, Basklar ölkəsi və Qalisiyaya müxtariyyat verildi. 1977-ci idə müəssisələrin istehsal komitələrinə seçkilər keçirildi. Fəhlə komissiyaları bu seçkilərdə səslərin 43%-ni aldı.
1978-ci ildə yeni konstitusiya layihəsi hazırlanmağa başladı. 1978-ci il dekabrın 6-da konstitusiya referendum yolu ilə 88% səslə bəyənildi. 1979-cu ilin yanvarında o, qüvvəyə mindi. Konstitusiyaya görə İspaniya konstitusiyalı monarxiya elan olundu və onun hüquqi, demokratik və muxtar qurumları əhatə edən bir dövlət olduğu göstərildi. Ali qanunverici orqan olan kortes iki palatadan – deputatlar palatası və senatdan ibarət idi. Konstitusiyaya görə kral dövlətin, hökumətin başçısı, İspaniya silahlı qüvvələrinin baş komandanı idi. O, kortesi buraxa və senatın üzvlərinin 1/5 hissəsini özü təyin edə bilərdi. Kons¬titusiyaya əsasən Katoloniya, Bakslar ölkəsinə və Qalisiyaya muxtariyyət verildi. Onların öz parlamentləri və hökuməti fəaliyyət göstərməyə başladı. Konstitusiya bütün demokratik azadlıqları, mülkiyyətin və şəxsiyyətin toxunul-mazlığını özündə təsbit etdi. Xuan Karlos isə demokratik dövlətin kralı oldu. 1980-ci ilin yanvarında Katoloniya və Bakslar ölkəsinin, 1981-ci ildə isə Qalisiya və Andoluziyanın daimi muxtariyyəti haqqında status qüvvəyə mindi. Lakin Konstitusiya qüvvəyə minəndən sonra Bask millətçiləri içərisində baskların əyalətində ispan əsgər və polislərinə işğalçı kimi baxan və onların buradan çıxarılmasını və burada müstəqil dövlət yaradılmasını tələb edən ekstremist qanad meydana gəldi. Ekstremistlər terror yolunu tutdular. Onların terrorçu «Eta» təşkilatı fəallaşdı.
İspaniya XX əsrin 80-90-cı illərində
[redaktə | mənbəni redaktə et]Konstitusiya qüvvəyə minəndən sonra qarşıda yeni seçkilər dururdu. Buna hazırlaşan İSFP öz qurultayında marksizmdən imtina etmək niyyətində olduğunu bildirdi. Karillo başda olmaqla İKP də «avrokommunizm» tərəfdarı olduğunu göstərərək, hökumətlə əməkdaşlıq etməyə hazır olduğunu elan etdi.
1979-cu ilin martındakı seçkilərdən sonra kortesdə qüvvələr nisbəti az dəyişildi. Keçid dövrü qurtardı. 1979-cu il seçkilərindən sonra DMİ və onun lideri A.Suaresin nüfuzu sürətlə aşağı düşməyə başladı. Şərait mürəkkəbləşdi. 1980-ci il bask speratizminin terrorçuluğunun kulminasiyası oldu. İşsizlik 2,8 milyon adamı əhatə etdi. Baş nazir isə zəif fəaliyyət göstərirdi. İqtisadi inkişaf ləngidi. 1980-ci ilin sentyabrında qəbul edilən «Məşğulluq vəzifələri haqqında» qanun da gözlənilən nəticəni vermədi. Əmək haqları və pul nişanları buraxılışı üzərindəki nəzarət də inflyasiyanın qarşısını ala bilmədi. Dövlət istehsal investisiyasını stimullaşdırdı. Xüsusilə energetika və tikinti sahəsinə daha çox vəasit ayrıldı. Lakin bütün bu tədbirlər çox az səmərə verdi. Qara metallurgiya, gəmiqayırma, toxuculuq və ayaqqabı sənayesində durğunluq özünü daha çox göstərdi.
Baş verən iqtisadi və siyasi böhran nəticəsində A.Suares 1981-ci ilin yanvarın 29-da istefaya getməyə məcbur oldu. Yeni hökumətin baş naziri Sosial Demokrat Mərkəz partiyasının lideri olan Kolvo Sotelo oldu. Lakin «bunkerdən olan adamlar» təslim olmurdular. Onlar öz təbliğatlarında bu faktlardan istifadə edirdlilər ki, ölkədə frankizm dövründə olmayan kütləvi işsizlik, milli azlıqların muxtariyyət iddiası və terrorizm kimi hadisələr baş verir. Generalitet və jandarm (İspaniyada o, «mülki qvardiya» adlanır) dairələrində hökuməti devirmək və hərbi diktatura qurmaq məqsədilə qəsd hazırlanmışdı. Hökumətin bu barədə məlumatı olsa da, təhlükəni zərərsizləşdirmədi.
1981-ci il fevralın 23-də korteslərin iclası gedən zaman polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardiyaçılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən referendumla bəyənilmiş demokratik prosesi zorla dayandırmaq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlosun qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının icrasını davam etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri barədə manifest verdilər. 32 hərbi qulluqçu mühakimə olundu. Qəsdin başçıları isə 30 il azadlıqdan məhrum edildilər.
1981-ci ilin xoşa gəlməyən hava şəraiti nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı 8,5% aşağı düşdü. 1982-ci ildə sənaye məhsullarının həcmi də 1,1% aşağı düşdü. Lakin 1983-cü ildə iqtisadiyyatda canlanma başlandı. 1984-1986-cı illərdə vacib sahələrin inkişafı ilə əlaqədar proqram tərtib olundu.
80-ci illərdə ölkədə siyasi terrorizm dalğası davam edirdi. Siyasi qeyri-sabitlikdən istifadə edən sağ qüvvələr İspaniyanın 1982-ci ildə NATO-ya daxil olmasına nail oldular. Sabitliyin pozulması partiyalar arasında da özünü göstərdi. 1982-ci ildə Sosial-demokrat mərkəz partiyasında parçalanma baş verdi. Onların bir qrupu Demokratik hərəkat partiyası ilə birləşdilər. Bir qrupu isə Xalq Demokratik partiyasını təşkil etdilər.
1982-ci il oktyabrın 28-də keçirilən seçkilər nəticəsində İSFP 10 milyon 27 min səs toplayaraq bütün səslərin 47,6%-ni almış oldu. DMİ partiyası faktiki olaraq dağıldı. Kommunistlər parlamentdə tutduqları 23 yerin 19-dan məhrum oldular. İfrat sağlar bir yer də ala bilmədilər. Mötədil sağ Xalq Alyansı ölkədə ikinci partiya oldu. O, 5,5 milyon səs və 106 yer aldı. İSFP-nin lideri Filippe Qonsales baş nazir oldu. Hökumət ehtiyatla hərəkət edirdi. İlk növbədə iqtisadiyyatın inkişafına fikir verilirdi. Metallurgiya, gəmiqayırma, elektrotexnika sənayesinin modernləşdirilməsi həyata keiçrilməyə başlandı. Sosial sahədə 40 saatlıq iş həftəsi tətbiq edildi. Pensiya yaşı 64-ə endirildi, sosial təminat xərcləri artırıldı. Tətil hüququ qanunvericiliklə əsaslandırıldı. Haqqı ödənilməklə aylıq məzuniyyət müəyyən edildi. Təqaüdlər və müavinət artırıldı. Hərbi qüvvələr hökumətin nəzarətinə verildi. Hökumət işsizliyin yüksək səviyyəsini və inflyasiyanı azaltmağa qismən müvəffəq oldu. 1986-cı ilin sonunda ölkədə yenə də 3 milyondan artıq işsiz var idi. Hökumətin həyata keçirdiyi «sərt qənaət» xətti zəhmətkeşlərin böyük narazılığına səbəb oldu.
1986-cı il seçkilərində İSFP yenidən qələbə qazandı və F.Qansales yenidən baş nazir kürsüsündə əyləşdi. 1996-cı ilə qədər İspaniyada ölkəni sosialistlər idarə etdilər. Konstitusiyaya görə, İspaniya «muxtariyyətlər dövləti» elan olunmuşdu. Uzun sürən mübarizədən sonra 17 vilayətin hamısına muxtəriyyət verildi. Sosialistlərin dövründə «milli dirçəliş» ideyası gücləndi. Keçirilən sosial islahatların möhkəmlən¬dirilməsi xətti yeridildi. İqtisadiyyatda «Sənayenin yenidən qurulması» siyasəti yeridildi. ETİ-nin nailiyyətlərinin istehsala tətbiqi genişləndirildi. Turizm sənayesinin inkişafına xüsusi diqqət yetirildi. Sağ təmayüllü partiyalar bloku Qansales hökuməti ilə müxalifətdə idi. 1982-ci ildə Xalq koalisiyası bloku (xalq alyansı, xalq demokratik və liberal partiyalarından) yaradıldı. Onlar iri və orta burjuaziyanı, sağ klerikalları təmsil edirdi.
XX əsrin 70-90-cı illərində İspaniyanın xarici siyasəti
[redaktə | mənbəni redaktə et]İspaniya 1970-ci ildə Rio-Muni və Fernando adalarına müsiəqillik verdi. 1975-ci ildə o, Helsinki müşavirəsində iştirak etdi və ATƏT-in üzvü oldü. 1976-cı ildə o, İspaniya Saxarasından öz qoşunlarını çıxartdı. 1973-cü illdə İspaniya ilə Çin arasında diplomatik münasibətlər yarandı. 70-ci illərin ikinci yarısında da İspaniya xarici siyasətində yenə də frankist rejimdə olduğu kimi, ABŞ və Qərbi Avropa ölkələri ilə normal münasibətlərin saxlanılmasına xüsusi əhəmiyyət verirdi. 1976-cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq haqqında müqavilə bağlandı. Hərbi bazalarının saxlanılması müqabilində ABŞ İspaniyaya 1 milyard 250 milyon dollar həcmində hərbi-iqtisadi kömək göstərdi. İspaniya Almaniya Demokratik Respublikasını tanıdı. Franko rejimi devrildikdən sonra İspaniyanın inkişaf etməkdə olan ölkələrlə münasibətləri daha da yaxşılaşdı. O, Fələstin Azadlıq təşkilatına 1977-ci ildə Madriddə öz nümayəndələyini açmağa icazə verdi.
1977-ci ildə İspaniya və SSRİ arasında diplomatik münasibətlər yaradıldı. 1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin.
İspaniya Qərb ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək siyasəti yeridərək 1986-cı il yanvarın 1-də Avropa İqtisadi Birliyinin üzvü oldu.
İspaniya XX əsrin 80-ci və 90-cı illərin I yarısında illərində inkişaf etməkdə olan ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirirdi. O, həm qərb, həm də şərq yönümlü xarici siyasət yeridirdi. İspan dilli ölkələrlə iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilirdi[4]..
İspaniya 1996-2008-ci illərdə. X.M.Asnarın hökuməti (1996-2004-cü illər). 1996-cı ilin martında İspaniyada keçirilən parlament seçkilərində Xalq partiyası qələbə çaldı və onun lideri Xose Mariya Asnarın başçılığı altında hökumət təşkil edildi. Bu dövrdə İspaniya artıq Avropa demokratiyasının xüsusiyyətlərini kəsb etmiş, iqtisadiyyatda canlanma başlamış, siyasi şərait sabitləşmişdi. Bu hökumətin fəaliyyəti dövründə iqtisadi inkişaf sürətinə görə İspaniya 2000-ci ildə Aİ-də ikinci yerə çıxdı. ÜDM-un artım surəti iki dəfə artaraq, ildə 3-3.5% təşkil etdi, işsizlik 15%-ə qədər ixtisar edildi, inflyasiya orta Avropa səviyyəsinə qədər (2-3%) aşağı düşdü, büdcə kəsiri 4 dəfə ixtisas edildi. Dövlət borcları azaldı. İspanların xeyli hissəsinin həyat səviyyəsi yüksəldi. Sosial sahədə hökumət sosial sülh yaratmağa nail oldu, tətillər dayandırıldı. Sosial təminat sisteminin maliyyələşdirilməsi 3 dəfə artdı. Yaşlı əhalinin 98.3%-i pensiya aldı.. Onlardan 70%-i sonuncu əmək haqqı miqdarında təqaüd alırdı. Bütün əhaliyə pulsuz tibbi xidmət göstərilirdi. Ailələrin 80%-nin xüsusi evi var idi. Lakin əhalinin 20%-i yenə də yoxsulluq həddində idi.
Siyasi şərait sabitləşdi. Korrupsiya cəhdinin qarşısı alındı. Gəlir vergisinin mütərəqqi şkalası əsasında vergi islahatı keçirildi. X.M.Asnarın yeritdiyi xətt Böyük Britaniyanın baş naziri E.Bleerin yeritdiyi “üçüncü yol” konsepsiyasına uyğun gəlirdi. İspaniyada bazarın liberallaşdırılması həyata keçirildi.
2000-ci ilin martında keçirilən parlament seçkilərində də Xalq partiyası qələbə qazandı və Asnar ikinci dəfə hökumət təşkil etdi. O, öz daxili və xarici siyasətində əvvəlki xəttini davam etdirməyə başladı. İqtisadi artım davam edirdi. Həyat səviyyəsi yüksəldi. Daşınmaz əmlak bazarı və kredit bankları fəallaşdı. Lakin bütün bunların kifayət etmədiyini 2004-cü ilin əvvəllərində keçirilən əyalət və bələdiyyə seçkilərində İSFR qələbə çalması göstərdi. Asnar hökumətinin nüfuzdandüşmə səbəblərindən biri İspaniyanın İraq müharibəsində iştirak etməsi və İspaniyadakı müsəlman ekstremistlərinə qarşı mübarizədə onun daha qətiyyətli olmaması idi.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra İspaniya da beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşuldu. Terror aktından iki gün sonra İspaniyada “Finik” əməliyyatı keçirildi. Ben Ladenin 20 tərəfdarı həbs edildi. İspaniyada bu dövrdə 600 min nəfəri əhatə edən müsəlman icması mövcud idi. İspaniyada müsəlman ekstremistlərindən istirahət yerlərində, terror aktlarının hazırlanmasında istifadə edildiyi məlum idi. Lakin Asnar hökuməti bu məsələyə ciddi diqqət yetirmədi. Parlament seçkiləri ərəfəsində, yəni 2004-cü ilin mart ayının 11-də Madrid və onun ətrafında terror nəticəsində 191 adam həlak oldu. Asnar hökuməti bunun günahını ETA-nın (1959-cu ildə Frankonun antiərəb siyasətinə cavab olaraq gizli şəkildə təşkil edilmişdir. Genişlənmiş adı “Baskalar ölkəsi və azadlıq” deməkdir. O, XX əsrin 60-cı illərindən başlayaraq terror aktları həyata keçirməyə başlamışdı. Onun məqsədi İspaniya və Fransanın basklar yaşayan ərazisində müstəqil Bask dövləti yaratmaqdır) üstünə atdı. Lakin məlum idi ki, ETA-da belə terror üçün təcrübəli şəxslər yox idi, digər tərəfdən ETA dəfələrlə bildirmişdi o, günahsız adamlara qarşı belə hərəkətə yol verməyəcəkdir. Terrorun “Əl-Qaida”-nın yaxınlarından təşkil edilmiş qrup vasitəsi ilə həyata keçirildiyi məlum oldu. Ölkədə yaranan mürəkkəb şəraitdən çıxmaq üçün hökumət fövqaladə vəziyyət elan etmək, parlament seçkilərinin ləngitmək istədi. Lakin kral bununla razılaşmadı.
İspaniyanın xarici siyasətinin bu dövrdə də əsas istiqamətləri Ai və NATO, Aralıq dənizi və Ərəb Şərqi, Latın Amerikası idi, 2002-ci ilin yanvarından bütün pul hesablarında avroya keçildi. 1997-ci ilin dekabrında İspaniya NATO-nun hərbi təşkilatına (1982-ci ilin mayından ancaq siyasi strukturlarında iştirak edirdi) daxil oldu.
İspaniya hökuməti Cəbəllütariq məsələsi ilə əlaqədar olaraq Böyük Britaniya ilə mövcud ixtilafların aradan qaldırılmasına nail oldu. 1998-ci ilin noyabr ayında Cəbəlütariqə geniş səlahiyyətlər vermək və hər iki dövlətin ona himayədarlıq etməsi barədə razılıq alındı.
İspaniya NATO-nun Serbiyadakı hərbi əməliyyatlarında iştirak etdi. ABŞ-nin İraqdakı əməliyyatlarını müdafiə etdi. BMT TŞ-nın daimi olmayan üzvlərindən ancaq İspaniya və Bolqarıstan bu məsələdə ABŞ-ni müdafiə etdilər. İspaniya birinci olaraq İraqa 1300 ispan hərbi qulluqçusu göndərdi. İspan əsgərlərindən orada 11 nəfər həlak oldu. İslam konfransı təşkilatı İspaniyanı müsəlman dünyasının “başlıca düşmən”lərindən biri elan etdi.
1999-cu ildə İspaniya-Rusiya münasibətlərində olan duman keçdi. Asnar Moskvaya rəsmi səfər etdi. Lakin prezident Yeltsin İspaniyanın Balkanlardakı əməliyyatlarda iştirakına görə Asnarı qəbul etmədi. Lakin 2000-ci ildə münasibətlər normaya düşdü. Putin prezident seçildikdən sonra ilk dəfə İspaniyaya səfər etdi.
İspaniya bu dövrdə Azərbaycan Respublikası ilə kənd təsərrüfatı, energetika, nəqliyyat, səhiyyə, turizm sahəsində əməkdaşlıq edirdi.
L.Sapatero hökuməti (2004-2008-ci illər)
[redaktə | mənbəni redaktə et]2004-cü ilin martın 14-də İspaniyada parlament seçkilərində İSFR qələbə qazandı. Onun lideri Luis Rodriqes Sapatero hökumət təşkil etdi. Bu Frankodan sonra beşinci baş nazir idi. 2007-ci ilin sonunda İspaniya Aİ-də iqtisadi artım sürətinə, yeni iş yerlərinin miqdarına, mədaxilinə və məxaricin müsbət balansına, sosial təminat fondunun artımına görə (4%-dən artıq) birinci yeri tuturdu. İqtisadi artım əsasən tikintilər hesabına idi. İspaniyada Fransa, Böyük Britaniya və Almaniya birlikdə götürüldükdə daha çox, yəni tələb olunandan 2 dəfə çox bu dövrdə mənzil tikilmişdi. Lakin 2008-ci ildən iqtisadiyyatda enmə başladı. İpoteka böhranı bu ölkəyə də təsir göstərdi. Böhran tikintidə fəhlələrin sayının 40% ixtisar edilməsinə səbəb oldu. Avropanın digər ölkələri ilə müqayisədə ən çox işsiz İspaniyada (9%) idi. Sapateronun sosialist hökuməti mərkəzin muxtar vilayətlərlə münasibətini yaxşılaşdırdı. Kataloniya və Bask ölkəsi geniş hüquqlar aldı. Kender probleminin həlli reallaşdı. Sapatero hökumətinin tərkibinin yarısı qadınlar idi.
2007-ci ilin martında kişilərin və qadınların bərabərliyi haqqında, ailə zorakılığına, boşanma prosesinin sürətləndirilməsinə, homoseksual nikaha icazə verilməsinə dair qanunlar qəbul edildi.
2004-2008-ci illərdə minimum əmək haqqı, minimum pensiya və təqaüd alan tələbələrin sayı artırıldı. Katolik dini məktəblərində məcburi təhsil təxirə salındı. Yüz minlərlə gizli yaşayan mühacirin kütləvi leqallaşması haqqında qərar verildi. Onlar ölkə əhalisinin 11%-ni təşkil edirdilər. Hökumət ETA təşkilatı ilə danışıqlar apardı ki, silahı yerə qoysalar, onlarla dialoqa girəcək. Lakin danışıqlar uğursuz oldu. Çünki 2006-cı ilin dekabrında onlar hökumətin şərtinə əməl etməyərək yenə terror törətdilər. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 40 il ərzində 800 adam ETA-nın terror aktının qurbanı olmuşdu.
Sosialist hökuməti İspaniyanın İraqa qoşun göndərməsini səhv addım hesab etdi və 2004-cü ilin iyununa 30-dək İraqdan qoşunların çıxarılmasına nail oldu.
İspaniya Almaniya və Fransa ilə münasibətləri daha da yaxşılaşdırdı. 2005-ci ilin fevralında Avropa Konstitusiyasının qəbulunda daha fəal iştirak etdi. İspaniya Aİ-yə yeni üzvlər qəbul edilməsini, Şengen və avro zonasının genişlənməsini dəstəklədi. Bununla belə, İspaniya Kosovanın dövlət müstəqilliyini tanımadı.
2008-ci ilin martın 9-da keçirilən növbəti parlament seçkilərində yenə də İSFR qalib gəldi və Sapateronun başçılığı altında hökumət təşkil edildi. Hökumətin 17 üzvündən 9-u qadın idi. Sapatero hökuməti iqtisadiyyatı stimullaşdırmaq üçün vergi ilə əlaqədar keçirilən tədbirlərin köməyi ilə 18 mlrd. avro ayırdı. Dövlət bölməsində iş yerlərinin 30% ixtisarı, aparıcı məmurların əmək haqlarının dondurulması barədə qərarlar qəbul edildi. Hökumət sosial xərcləri ixtisar etmədən 2008-2009-cu illərdə büdcədən dövlət xərclərinin 250 milyon avro ixtisar ediləcəyini elan etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ранний железный век на Пиренейском полуострове". 2012-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "İspaniya". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ "Педро Сьеса де Леон. Хроника Перу. Часть вторая. Глава XIII". 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-16.
- ↑ Александр Ивахник Хрупкая коалиция: как Испания еле избежала третьих за год выборов Arxivləşdirilib 2016-11-03 at the Wayback Machine