İsrail Tal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsrail Tal
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 1924(1924-09-13)
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 2010(2010-09-08)[1][2] (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Britaniya Ordusu[d]
Qoşun növü İsrail Silahlı Qüvvələri
Xidmət illəri 1948-ci ildən
Rütbəsi general-mayor
Döyüşlər
Təltifləri İsrail mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsrail Tal (ivr.ישראל טל‏‎; 13 sentyabr 1924, Maxanayim[d], İsrail şimal dairəsi8 sentyabr 2010[1][2], Rexovot, Mərkəz dairəsi), həmçinin Talik (ivr.טליק‏‎) — İsrail hərbçisi, İsrail Müdafiə Qüvvələrinin generalı. O, tank müharibəsi ilə bağlı olan biliyinə və Merkava tankının istehsalındakı iştirakına görə tanınır.

İsrail Tal 13 sentyabr 1924-cü il tarixində, Fələstin mandatının Maxanayim kibbutzunda anadan olmuşdur. Onun ana tərəfi əslən 1777-ci ildə SafedTiberiyaya köçmüş hasidist yəhudilərindəndir. O, beş yaşından Safeddə yaşamış və 1929-cu il Safed qiyamına şahid olmuşdur.

Tal hərbi karyerasına Böyük Britaniya Silahlı Qüvvələrinin Yəhudi briqadasında başlamışdır. O, İkinci Dünya müharibəsi zamanı İtaliyada manqa komandiri kimi xidmət göstərmişdir. O, daha sonra Birinci Ərəb-İsrail müharibəsi zamanı kiçik piyada zabiti kimi, Sinay muharibəsi zamanı briqada komandiri, Altı günlük müharibə zamanı Sinay yarımadasında zirehli diviziya komandiri, Yom Kippur müharibəsi zamanı isə cənub cəbhəsinin komandiri kimi xidmət göstərmişdir.

İsrail Tal 8 sentyabr 2010-cu il tarixində Rexovot şəhərində vəfat etmişdir.

Hərbi karyerası

[redaktə | vikimətni redaktə et]

Altı günlük müharibə zamanı göstərdiyi fəaliyyətə görə nüfuz qazanmış İsrail Tal Bar Lev xəttinə qarşı çıxan ilk adamlardan olmuşdur. O, general Ariel Şaron ilə strateji xəttin Misir qüvvələrini dəf etməkdə fayda göstərməyəcəyini mübahisə edirdi.[3] Yom Kippur müharibəsi rəsmi şəkildə sona çatdıqdan sonra ali baş komandan David Elazar və müdafiə naziri Moşe Dayan cənub cəbhəsinin komandiri olan Tala əmr vermişdir ki, Misirə hücum etsin. Tal bu əmri yerinə yetirmək imtina etmiş, səlahiyyətin baş nazirdən və ya ali məhkəmə tərəfindən verilməsini tələb etmişdir. Nə baş nazir, nə də ki ali məhkəmənin belə bir səlahiyyəti verməməsiylə Tal mübahisədə düzgün tərəf çıxmışdır.[4]

İsrail Tal 1961-ci və 1973-cü illərdə Eliyahu Qolomb adına İsrail Təhlükəsizliyi Mükafatına layiq görülmüşdür. Tal 1997-ci ildə "İsrail Dövlətinə və cəmiyyətinə verdiyi töhfələrə görə" İsrail mükafatına layiq görülmüşdür.[5]

  1. 1 2 http://www.jpost.com/Israel/Article.aspx?id=187548.
  2. 1 2 Israel Tal // Munzinger Personen (alm.).
  3. Uri Dan, Ariel Sharon: An Intimate Portrait. Michel Lafon Publishing, 2006. Page 50
  4. Oren, Amir. "Former top IDF officer, military theorist dies at the age of 86". Haaretz. 2008-04-02. 2010-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-10.
  5. "Israel Prize Official Site - Recipients in 1997 (in Hebrew)". 2008-12-27 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]