Ələddin Eyvazov
Ələddin Eyvazov | |
---|---|
Ələddin Qismət oğlu Eyvazov | |
Doğum tarixi | 26 mart 1967 (57 yaş) |
Doğum yeri | |
Elm sahələri | kənd təsərrüfatı, üzümçülük, baytarlıq[d] |
Elmi dərəcəsi | aqrar elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri |
|
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ələddin Qismət oğlu Eyvazov (26 mart 1967, İsmətli, Puşkin rayonu) — Azərbaycan alimi, aqrar elmlər üzrə fəlsəfə doktoru, 16.11.2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun, 28.07.2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktoru.
Həyatı
[redaktə | vikimətni redaktə et]Ələddin Eyvazov 26 mart 1967-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. 1984-cü ildə İsmətli kənd orta məktəbini bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvə-Tərəvəzçilik və Üzümçülük fakültəsinə daxil olub. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək alim aqronom ixtisasına yiyələnmişdir.2013–2014-cü illərdə həmin universitetin baytarlıq fakültəsində distant təhsil alaraq baytar həkim ixtisasını almışdır.
Ə. Eyvazov 1991–1994-cü illərdə KTN Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda kiçik elmi işçi, 1994–2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında aparıcı aqronom, baş aqronom, aparıcı mütəxəssis, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.
2005-ci ilin sentyabr ayından 2015-ci ilin iyul ayına qədər KTN yanında DFNX-nin rəis müavini vəzifəsində çalışmış, Respublikanın baş dövlət fitosanitar müfəttişinin müavini olmuşdur. 3 iyul 2015-ci il tarixdən 11 may 2018-ci il tarixə qədər KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, həmin tarixdən 21 iyun 2018-ci il tarixə qədər KTN Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir. 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi vəzifəsində çalışmışdır. 05 mart 2020-ci ildən 16.11.2020-ci ilə kimi AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 16.11.2020-ci ildən 28.07.2022-ci ilədək AMEA Zoologiya İnstitutunun direktoru, 28 iyul 2022-ci ildən hal-hazıradək ETN Zoologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır.
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]2001-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi(aqrar elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi və 2018-ci ildə dosent elmi adını almışdır. O, İsrail dövlətində, Misir Ərəb Respublikasında, ABŞ-da, Türkiyədə, İran İslam Respublikasında , Polşada, Rusiya Federasiyasında, İtaliyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Sloveniyada keçirilən beynəlxalq konfranslarda, seminarlarda və s. tədbirlərdə iştirak etmişdir. Ə. Eyvazov respublikada bitkiçiliyin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində mühüm işlər görmüşdür.
Elmi əsərləri
[redaktə | vikimətni redaktə et]168 elmi məqalə, informasiya bülleteni, bukletin, rəngli albomun müəllifi, 2 sortun və 13 kitabın həmmüəllifi, 2 kitabın elmi redaktoru, 2 kitabın rəyçisidir.
Kitabları
[redaktə | vikimətni redaktə et]- Kartofçuluq, Bakı-2004
- Pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin laboratoriya ekspertizası, tarla və istehsalat sınaqlarına dair təlimat, Bakı-2007
- Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər, Bakı- 2008
- Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası, toplanması və saxlanmasına dair texniki təlimat, Bakı-2008
- Fitosanitar karantin nəzarətində olan materiallara və obyektlərə fitosanitar karantin baxışının keçirilməsi, laboratoriya ekspertizası üçün nümunələrin götürülməsi qaydaları və onların müayinəsinə dair təlimat, Bakı-2011
- Karantin nəzarətində olan materialların zərərvericilərlə sirayətlənmə dərəcəsinin müəyyənləşdirilməsinə dair təlimat, Bakı-2014
- Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu-50, Bakı-2015
- Tərəvəz, bostan və kartof bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı istifadə olunan pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, Bakı-2015
- Tərəvəzçinin illik fəaliyyət təqvimi, Bakı-2016
- Kartofun fiziologiyası, intensiv texnologiya ilə becərilməsi və proqramlaşdırılmış məhsulun alınması yolları, Bakı-2017
- Badımcan bitkisinin seleksiyası, fiziologiyası və toxumçuluğu, Bakı-2018
- Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər, Atlas, Bakı-2018
- Heyvan adlarının (azərbaycanca-latınca-ingiliscə-rusca) lüğəti Bakı- 2023
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı — 2009
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı — 29.10.2015[1]
- Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib və Akademiyanın beynəlxalq "Qızıl ulduz" medalı — 2021
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmri ilə "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə" medalı — 08.06.2023
- Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Fəxri Fərmanı — 2023
- Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin Təşəkkürnaməsi — 21.12.2023
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yubiley Medalı ― 26.10.2024
- Bölmənin işində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı -08.04.2024
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "* Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 29 oktyabr 2015. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2023.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- http://www.dfnx.gov.az/?r=80&id=229[ölü keçid]
- http://teti.az/?page_id=33 Arxivləşdirilib 2018-02-01 at the Wayback Machine
- http://teti.az/?p=71 Arxivləşdirilib 2016-07-13 at the Wayback Machine
- http://teti.az/?p=898 Arxivləşdirilib 2018-01-31 at the Wayback Machine
- 26 martda doğulanlar
- 1967-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Biləsuvar rayonunda doğulanlar
- AMEA Zoologiya İnstitutunun alimləri
- Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi" yubiley medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər
- Azərbaycan alimləri
- Aqrar elmlər üzrə fəlsəfə doktorları
- AMEA-nın Fəxri fərmanı ilə təltif olunanlar