Aydın Əlizadə
Aydın Əlizadə | |
---|---|
Aydın Əliyev (1989-cu ilə qədər) | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Bakı şəhəri |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | Fəlsəfə tarixi, Fəlsəfə, Dinşünaslıq, Kulturologiya, Tarix, Sosiologiya |
Elmi dərəcəsi | Fəlsəfə üzrə elmlər doktoru |
Elmi adları | Baş elmi işçi, dosent |
İş yerləri | AMEA Fəlsəfə və Sosiologiya İnstitutu |
Alma-mater | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Təhsili | Ali |
Üzvlüyü | |
alizadeh.narod.ru/index1… | |
Vikianbarda əlaqəli mediafayllar |
Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev; 21 oktyabr 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı. İskəndər Əliyevin və Abutalıb Abdullayevin nəvəsidir.
1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi.
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi.
2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir[1]. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü[2] olmuşdu.
Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin)[3] məqalələrin[4] və tərcümələrin[5] müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur[6].
Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər[7]. Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi[8]. Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir[9].
Elmi nailiyyətləri
[redaktə | vikimətni redaktə et]- İlk dəfə Azərbaycanın iyirminci əsrin ortalarında qazlaşdırılmasının tarixi-sosioloji aspektlərini araşdırmışdır[10].
- İlk dəfə Azərbaycan dilində antik fəlsəfə tarixi dərsliyini[11] , eləcə də erkən Xristianlığın fəlsəfə tarixinə[12] həsr edilmiş monoqrafiyanı dərc etmişdi.
- İlk dəfə olaraq gizli Müsavatın təşkilatının[13][14] tarixini və sağ-trotskiçilərin repressiya işini[15] araşdırmışdır.
- MDB məkanında tanınan və istinad edilən İslam ensiklopedik lüğətinin[16] və erkən müsəlman dövlətlərinin səlnamələrinin[17] müəllifidir.
Müəllimlik fəaliyyəti
[redaktə | vikimətni redaktə et]2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdur[18]. 2008-ci ildə dosent adını almışdır[1].
İctimai fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Sosial şəbəkələrdə apardığı polemikalarla[19], eləcə də ictimai çıxışları[20], müsahibələri[21] və KİV-lərdə məqalələri[22] tanınmışdır. "Wikipedia" virtual ensiklopediyasında 300-dən çox məqalələrin təsisçisi və redaktorudur[23].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Azərbaycan Milli Elmlər Akademiyası". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-19.
- ↑ "Fəlsəfə və Sosiologiya İnstitutu // Dissertasiya şurası". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
- ↑ Kitablar Arxivləşdirilib 2021-07-26 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Məqalələr Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Tərcümələr Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Redaktorluq Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ https://scholar.google.ru/citations?view_op=list_works&hl=ru&us er=jAI1XSEAAAAJ
- ↑ Konfranslar Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadcənin səhifələri
- ↑ Nailiyyətlər Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955−1970). Tarixi-sosioloji araşdırma. Bakı, 2020, − 224 səh. − ISBN 978-9952-475-41-8
- ↑ Antik fəlsəfə tarixi Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine. — B.: №-li 3 mətbəə, 2016. — 398 s. — ISBN 5-89968-061-X.
- ↑ Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar) Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine. B.: Əbilov, Zeynalov və oğulları, 2007. — 172 с. — ISBN 5-87459-013-7.
- ↑ Gizli "Müsavat" Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920–1926) Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Strateji təhlil 1–2 (23–24), Bakı, 2018, s. 379–398.
- ↑ Dadaş Həsənovun Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Azərbaycan xalq cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının materialları. Bakı, 21–23 may 2018, s. 554–560.
- ↑ Azərbaycanda qırmızı terror:"sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı"nın işi (1938–1956) Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Elmi əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal № 1 (30), Bakı, 2018, s. 142–153.
- ↑ Исламский энциклопедический словарь Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine. — Москва: Ансар, 2007. — 400 с. — 3000 экз. — ISBN 5-98443-025-8.
- ↑ Хроника мусульманских государств I−VII веков хиджры Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine. — Москва: Умма, 2004. — 445 с. — 3000 экз. — ISBN 5-94824-111-4.
- ↑ Müəllimlik Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Polemika Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri.
- ↑ Çıxışlar Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Müsahibələr Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ KİV Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- ↑ Vikipediyada fəaliyyəti Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
- Yaşayan insanlar
- 21 oktyabrda doğulanlar
- 1963-cü ildə doğulanlar
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Bakıda doğulanlar
- Azərbaycan alimləri
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Fəlsəfə elmləri doktorları
- AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri
- Azərbaycan kulturoloqları
- Dinşünaslar
- XX əsr Azərbaycan filosofları
- XXI əsr Azərbaycan filosofları
- Vikipediyanı redaktə edən ensiklopedik şəxslər