Ayrımlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ayrımlar
Sayları və yaşadığı ərazilər
Dili Azərbaycan dili
Dini islam (əsasən sünni)
Mənşəyi oğuz

Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür) — "Oğuz xaqan dastanı"na görə, 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" kitabına görə 24 oğuz boyunun 11-cisi.[1][2] Azərbaycanlıların etnoqrafik qolu hesab edilirlər.[3]

Əmir Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, QarabağErmənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda eymurlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə eymurların bir hissəsi İrana keçərək şahsevən adlanmışdır.[4] Eymurlar Türkiyə türkcəsinin Qara dəniz dialektində danışırlar. Əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edirlər.

Eymur sözü ilə bağlı coğrafi adlar

[redaktə | vikimətni redaktə et]

Ermənistan ərazisində Ayrım – NoyemberyanTumanyan rayonlarında kənd adları, Böyük Ayrım – Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. İmirli – İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı olmuşdur. Ziya Bünyadova görə, "Kiçik QafqazdaQazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər".[5]

  1. Atalay, Besim (2006). Divanü Lügati't - Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, sayfa 56
  2. Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 278.
  3. Ајрымлар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 197.
  4. Azərbaycan toponimləri. Ensiklopedik lüğət.. –Bakı: Azərbaycan ensiklopediyası, 1999. -588s.
  5. Bünyadov Z., Məmmədov H. Irəvan əyalətinin icmal dəftəri. Bakı, 1997

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]