Azərbaycan Ziyalılar Forumu
Naviqasiyaya keç
Axtarışa keç
Azərbaycan Ziyalılar Forumu — Azərbaycanda ictimai təşkilat.
Tarixi
[redaktə | vikimətni redaktə et]Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılmışdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur.
Məqsədi
[redaktə | vikimətni redaktə et]Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.
Məşvərət Məclisi
[redaktə | vikimətni redaktə et]Məşvərət Məclisi forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqandır[1]. Bu orqan 27 iyun 2012-ci ildə yaradılmışdır.
Məşvərət Məclisinin tərkibi
[redaktə | vikimətni redaktə et]- Rüstəm İbrahimbəyov
- Ramiz Rövşən
- Cəmil Həsənli
- Rafiq Əliyev
- Eldar Namazov
- Gültəkin Hacıbəyli
- Çingiz Hüseynov
- Cavanşir Quliyev
- Musa Yaqub
- Eldəniz Quliyev
- Elçin Şıxlı
- Arif Əliyev
- Mehman Əliyev
- Qulu Məhərrəmli
- Ramiz Abutalıbov
- Arzu Abdullayeva
- Zəfər Quliyev
- Erkin Qədirli
Mənbə
[redaktə | vikimətni redaktə et]- YAP-çı deputat: "Özünü Ziyalılar Forumu adlandıran qurumda ziyalı yoxdur". mediaforum.az 28.12.2011 Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (az.)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Ziyalılar Forumunun Məşvərət Məclisi yarandı". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.