Böyükkişi Heydərli
Böyükkişi Heydərli | |
---|---|
Böyükkişi Səfiyar oğlu Heydərli | |
Təxəllüsü | Yazıçı Qor |
Doğum tarixi | |
Doğum yeri | Horovlu, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ADPİ |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | azərbaycanca |
yazichiqor.azersayt.com |
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist.
Həyatı
[redaktə | vikimətni redaktə et]Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.
Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.
Böyükkişi Heydərli 28 aprel 2015-ci ildə vəfat edib.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Tanınmış şair, jurnalist Böyükkişi Heydərli vəfat edib". apa.az. 28 aprel 2015. 2016-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- Apreldə doğulanlar
- 1950-ci ildə doğulanlar
- 28 apreldə vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Cəbrayıl rayonunda doğulanlar
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- Müsavat Partiyasının üzvləri