Bento
Bento (弁当?)[1] – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir.[2] Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur.
Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya?), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər.
Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur. Bu stildə məqsəd qidaları insanlara, heyvanlara, tikililərə, çiçəklərə, bitkilərə bənzətməkdir. Tez-tez bento dizaynerləri arasında müxtəlif müsabiqələr təşkil edilir.
Paketlənmiş yemək növləri digər Asiya ölkələrində də mövcuddur: Filippin (baon), Koreya (dosirak), Tayvan (bendon) və Hindistan (tiffin).
Növləri
[redaktə | vikimətni redaktə et]- Çuuka (Çin yeməklərinə üstünlük verilir).
- Hinomaru (düz plovdan və umeboşidən ibarətdir).
- Kamameşi (Naqano prefekturasında qatar stansiyalarında satılır).
- Makunoçi (klasstik stil).
- Sake (qızılbalıqlı sadə bento).
- Şidaşi (restoranlarda hazırlanır).
- Şokado (ənənəvi).[3]
- Tori (düyü üzərində sousa bişirilmiş toyuq parçalarından ibarətdir).
- Kyaraben (uşaqlar üçün personajlara bənzədilərək hazırlanır).
- Şikaeşiben ("intiqam bentosu").[4]
- Ekiben (qatar stansiyalarında satılır).[5]
- Hayaben
- Hokaben
- Noriben (ən sadə bento).
- Soraben (hava limanlarında uçuşdan öncə yeyilir).
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Bento üçün nəzərdə tutulmuş cuubaku adlı qutular.
-
Yaponiyada bir restoranda servis edilmiş bento.
-
Evdə hazırlanmış bentolar.
-
Cakartada yapon restoranında servis edilmiş bento.
-
Makunoçi stilində bento.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Bento". Dictionary.com. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ "Bento: Changing New York's Lunch Culture," Chopsticks NY, vol. 27, July 2009, p. 10-11.
- ↑ Golden, Peter. "Big Blue's big adventure". EDN. January 1, 1999. June 20, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2018.
- ↑ "Revenge bento show us it's a dish best served cold (and boxed) with insults and hidden chilies". SoraNews24. 2015-02-28. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2018.
- ↑ Ashkenazi, Michael; Jacob, Jeanne. The essence of Japanese cuisine: an essay on food and culture. Philadelphia: University of Pennsylvania Press. 2001. səh. 226. ISBN 9780812235661.