Bosniyalılar
Ümumi sayı | |||
---|---|---|---|
6-7 milyon | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
islam, az bir qisim xristianlıq (provaslavlıq, katolizm) | |||
Qohum xalqlar | |||
Bosniyalılar (serb. Босанци, xorv. Bosanci, bosn. Bosanci) — Bosniya və Herseqovinanın etnik mənşəyindən və dini dünyagörüşündən asılı olmayaraq vətəndaşlarına aid olan əhalisinin kollektiv adı. Bu həm də Bosniya tarixi vilayətinin sakinlərini də özündə ehtiva edir. "Bosniyalılar və Herseqovinalılar" ifadəsində hər iki tarixi bölgənin ərazisində yaşayan ölkənin bütün vətəndaşlarını əhatə etmək üçün istifadə edilə bilər.
"Bosniyalılar" ifadəsinə istinad edərkən, bir qayda olaraq, ölkənin üç ən böyük etnik qrupu vardır - Boşnaklar, Serblər və Xorvatlar (Misal: Azərbaycan ərazisində dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları "Azərbaycanlılar" adlanır. Azərbaycanda yayılmış ən böyük etnik qrup isə Azərbaycan türkləridir.).
Tarixi
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə
[redaktə | mənbəni redaktə et]Bosniya adı Bizans salnamələrində X əsrin ortalarında meydana gəlir və yunan dilində bölgəni təyin edərək Βόσονα (Boson) olaraq yazılır. Bu zamanlar Qədim Dünyanın sonu və Orta əsrlərin başlanğıcı olan Xalqların Böyük köçü sona çatdı: VI - VII əsrlərdə Cənub-Şərqi Avropada məskunlaşmış Cənubi Slavyan tayfaları Balkan yarımadasına və Şərqi Roma İmperiyasının bütün ərazisinə səpələndilər. Keçmiş Roma əyalətlərinə: Dalmatiya, Prevalitanus, Pannonia Secunda, Pannonia Savius və s. slaviyanlar kök salmağa başlayır. Slaviyanlar vadilərdə və düzənliklərdə məskunlaşdılar. Nəticədə rumın xalqları dağlara üz tutdu. Tezliklə yeni Slavyan dövlətləri meydana çıxdı.
XII əsrdə Bosniya çayı vadisində olan Bosniya Banatı meydana gəlir. Tarixçilər və dilçilər ölkənin adının haradan gəldiyi barədə mübahisə edirlər. Lakin əvvəlcə yerli əhalini çay və ya ölkənin adı ilə "Bosniyalılar" olaraq adlandırdıqları məlumdur. XIII-XIV əsrlərdə Bosniya banatı genişlənərək Duz, Usora, Doni Krai və Zahumle kimi bölgələri əhatə edir. Bu bölgələrin sakinləri bölgə kimliyini qoruyurdular. 1377-ci ildə Kotromanik sülaləsinin idarə etdiyi və orta əsrlər Serbiya və Xorvatiya ərazilərini əhatə edən Bosniya Krallığı qurulur. Beləliklə pravoslavlar və katoliklər milli mənşəyi tarixçilər arasında hələ də mübahisə mövzusu olan və özlərini "Krstians" adlandıran Bosniya kilsəsinin parishionerləri ilə birlikdə Bosniya Krallığına tabe oldular. Pravoslav və Katoliklər Bosniya kilsəsini dinsiz adlandırdılar, onu qadağan etməyə çalışırdılar. Bunun nəticəsində orta əsrlərdə bosniyalılar öz dini müqəddəratını təyin edə bilmədilər.
Osmanlı dönəmi
[redaktə | mənbəni redaktə et]15-ci əsrdə Osmanlı İmperiyası Balkanları fəth etdi: 1389-cu ildə Kosovo döyüşlərindən sonra, əsrin sonuna qədər Osmanlı türkləri bütün Yunanıstanı ələ keçirdi və İstanbul, Serbiya, Bolqarıstan və Xorvatiyanın bir hissəsi olan Bosniya fəth edildi. Daha əvvəl Xorvatiya və Bosniya Krallıqlarına məxsus olan torpaqlar Osmanlı Xorvatiyası və ya da Bosniya diyarı olaraq bilindi. Yerli əhali mürəkkəb Bosniya etno-dini kimliyinə başqa bir komponent əlavə edərək İslama keçməyə başladı. Bosniya kilsəsi yox oldu: bəzi tarixçilərə görə, Bosniya "Krstiyalıları" əksəriyyəti İslamı qəbul etdilər; digərləri Bosniya kilsəsinin türk istilasından öncə yox olduğunu söyləyirlər. Bu və ya digər şəkildə 17-ci əsrdə ölkə əhalisinin üçdə ikisi müsəlman oldu: onlar müsəlman slavyanlara çevrildi.
Avstriya-Macarıstan dönəmi
[redaktə | mənbəni redaktə et]1878-1918-ci illərdə Bosniya və Herseqovinanın ərazisi Osmanlı imperiyasının zəifliyindən faydalanan və Bosniya torpaqlarının bir hissəsini ilhaq edən Avstriya-Macarıstanın nəzarəti altında idi. Vyananın əmri ilə Bosniyanın de-fakto lideri təyin olunan imperiya maliyyə naziri Benyamin fon Kallai Bosniya əhalisini böyük və güclü bir millətə aid hisslərini oyatmağa çalışan "Bosniyalılıq" və ya "Boşnakçılıq" təbliğatına başladı. Fikri Bosniya dilində danışacaq və üç bərabər inancı (İslam, Katolik, Pravoslav), bərabərhüquqlu olmaqla paylaşan çox konfessiyalı bir Bosniya xalqını yaratmaq idi. Bosniyanı Serbiya, Xorvatiya və Osmanlı imperiyasından gəlmiş təsirlərdən süni şəkildə təcrid etməyə çalışdılar. Bosniyadakı bu xalqların nümayəndələrinin qızğın irredentist fikirləri tamamilə sıxışdırıldı və yatırıldı. Nə xorvatlar, nə də serblər Bosniya xalqını tanımadılar. Bosniyalıları sadəcə İslamı qəbul etmiş öz xalqlarının nümayəndələri hesab etdilər. Bosniya müsəlmanlarının özləri buna görə Serbo-Xorvat fikirini tanımaqdan imtina etdilər. Kallainin ölümü Bosniya siyasətinin uğursuzluğuna səbəb oldu və Birinci Dünya müharibəsinin başlaması ilə Bosniyada müsəlmanlardan, katoliklərdən və pravoslavlardan ibarət üç siyasi qrup meydana gəldi.
Yuqoslaviya dönəmi
[redaktə | mənbəni redaktə et]Yuqoslaviya Krallığı əvvəlcə üç hərəkətverici qüvvəyə sahib idi: serblər, xorvatlar və slovenlər. Bosniya və Herseqovina ərazisində müharibədən əvvəlki və müharibədən sonrakı illərdə yerli əhali bosniyalılar və ya boşnaklar deyil yalnız müsəlmanlar olaraq adlandırıldı. Bununla da dini etiqad əsasında fərqləndirdilər (bu 1991-ci il siyahıyaalmada da qeyd edildi). Yuqoslaviyada siyahıyaalmalar çox vaxt siyasi manipulyasiya obyekti idi. Çünki hər millətin nümayəndələrini saymaq tarazlığı kiminsə xeyrinə dəyişə bilərdi. 1947-ci ildə Bosniya Müsəlmanları konstitusiyada "Bosniyalılar" olaraq qeyd edilməsini tələb etdilər, lakin onların tələbi rədd edildi. 1948-ci il əhalinin siyahıya alınmasında, onlardan “müsəlman serb”, “ müsəlman xorvat” və ya “milliyyətinə qərar verməyən bir müsəlman” adlandırılması istəndi. 1953-cü il siyahıyaalınmasında bosniyalıların böyük əksəriyyəti "milliyyətini təyin etməyən Yuqoslaviyalı" olaraq öz milliyyəti göstərdilər.
1961-ci ildə Bosniya müsəlmanları Yuqoslaviyanın emblemində əks olunan başqa bir etnik qrup kimi tanındılar, lakin onları dövlət yaradan bir xalq olaraq tanımadılar. 1964-cü ildə Bosniya və Herseqovina Kommunistlər Birliyinin IV Konqresi Bosniyanın öz müqəddəratını təyinetmə hüququnu tanıdı və 1968-ci ildə Bosniya və Herseqovina Kommunistlər İttifaqı Mərkəzi Komitəsinin iclasında Bosniyalılar ayrıca bir xalq olaraq qəbul edildi, baxmayaraq rəhbərlik onları "bosniyalılar" və ya "boşnaklar" adlandırmamaq qərarına gəlmədi. 1971-ci ildən bəri siyahıyaalma Yuqoslaviyanın dağılmasından əvvəlki sənədlərdə mövcud olan "millətinə görə müsəlmanlar" kateqoriyası göstərildi.
Cağdaş dönəm
[redaktə | mənbəni redaktə et]"Boşnak" milliyyəti sənədlərdə ilk dəfə 1990-cı ildə meydana çıxdı. Bosniya və Herseqovinanın müsəlman əhalisi bunu bir güzəşt kimi qəbul etdi: Osmanlı imperatorluğu illərində bir şəxsin dini etiqadına görə, milli mənşəyinə görə fərqlər edildi. 2013-cü ildə siyahıyaalma hesablamalarına görə, özlərini boşnak, bosniyalı və ya müsəlman adlandıranların nisbəti 2,73% -i keçmədi.
Din
[redaktə | mənbəni redaktə et]Bosniya və Herseqovinada 2013-cü ilin son siyahıyaalmasına görə əhalinin az bir qismi özlərini "Bosniyalılar" adlandırdılar. Bu səbəbdən milli müqəddəratını təyin etmə və dini inanclar arasında əlaqə yaratmaq olduqca çətindir. Antropoloq Ton Brinq yazırdı ki, təkcə islam və ya xristianlığa istinad etsək nə boşnak, nə xorvat, nə də serbləri başa düşmək mümkün deyil, ancaq İslam və Xristian mənşəli Bosniyalıların ümumi tarixində ifadə edilən xüsusi Bosniya kontekstini nəzərə almalıyıq. Bosniyalıların əksəriyyəti Bosniya və Herseqovinada Yuqoslaviya illərində bərqərar olmuş dinin dövlətdən ayrılması ilə əlaqəli olan dünyəvi etiket və dünyəvi mədəniyyətə riayət edirlər.
Öz müqəddəratını təyin etmə
[redaktə | mənbəni redaktə et]Bosniya və Herseqovinada 2013-cü ilin son siyahıyaalmasına əsasən əhalinin əksəriyyəti bosşnaklar, serblər və xorvatlardan ibarətdir. Bəziləri özlərini "bosniyalılar" adlandırırlar. Lakin bu milləti göstərənlər "başqaları" kimi təsnif edilir ("müsəlmanlar", "yəhudilər", "qaraçılar", "albanlar" və s.daxil olmaqla). Bu tip insanlar yalnız 2.7% təşkil edir. Mərkəzi Kəşfiyyat İdarəsinin qeydlər kitabında "Bosniyalılar" və "Herseqovinalılar" etnonim olaraq göstərilsə də, bir-biri ilə sinonim olaraq xatırlanır.
BMT İnkişaf Proqramı tərəfindən aparılan bir sorğu göstərdi ki[10][11]:
Bosniya və Herseqovina əhalisinin 57%-i ilk növbədə özləri haqqında danışarkən öz milliyyətlərini göstərir - 43% - Bosniya və Herseqovina vətəndaşlığını;
Sorğuda iştirak edənlərin 75% -i özlərini üç xalqdan birinin nümayəndəsi kimi düşünərək özlərini Bosniya və Herseqovinanın bir vətəndaşı olduğunu düşünür;
43% ilk növbədə özlərini Bosniya və Herseqovinanın vətəndaşı olduqlarını ifadə edirlər; 14% - müəyyən bir millətin nümayəndələri kimi; 41% həmişə iki etnosdan olduğunu göstərir.
Monteneqro Universiteti İdman və bədən tərbiyəsi fakültəsi və Novi Sad Universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, bosniyalılar dünyanın ən uzun insanları adlandırılmışdır[12][13].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bosniak of Turkey Ethnic People Profile". Joshua Project. 2010-04-13. 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-05.
- ↑ "Türkiye'deki Kürtlerin sayısı!". Milliyet. 2008-06-06. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-05.
- ↑ "Foreign-born persons by country of birth and year". Statistiska Centralbyrån. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Migrants in Europe - Survey: Norway Arxiv surəti 24 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 24, 2011, at the Wayback Machine
- ↑ "20680-Country of Birth of Person (full classification list) by Sex - Australia". 2006 Census. Australian Bureau of Statistics. 2017-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
- ↑ "20680-Ancestry (full classification list) by Sex - Australia". 2006 Census. Australian Bureau of Statistics. 2008-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
- ↑ "Présentation de la Bosnie-Herzégovine". France Diplomatie : : Ministère de l'Europe et des Affaires étrangères. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ "Ethnic origin population". 2018-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
- ↑ "Statistics Denmark:FOLK2: Population 1. January by sex, age, ancestry, country of origin and citizenship". Statistics Denmark. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
- ↑ "UNDP Published a Major Research on Return, Identity, Politics and Social Trust". United Nations Development Programme for Bosnia and Herzegovina. 2007-07-07. 2007-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-27.
- ↑ "Pulse of the citizenry". United Nations Development Programme for Bosnia and Herzegovina. 2007-07-07. 19–20. 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-27.
- ↑ "The World's Tallest Countries". Worldatlas.com. 2018-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
- ↑ Briscoe, Jake. "Top 10 Tallest Countries in 2017 - Highest Average Heights by Nation - The Gazette Review". The Gazette Review. 2016-06-17. 2017-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.