Bukavu
Bukavu | |
---|---|
2°30′ c. e. 28°52′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1901 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.498 m |
Digər | |
mairiedebukavu.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Bukavu (1966-cı ilədək Kostermanvil, Costermanville) — Konqo Demokratik Respublikasının şərqində şəhər. Cənubi Kivu əyalətinin inzibati mərkəzi.[1]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisi 806,9 min (2012) nəfərdir.[1]
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Kivu gölünün cənub sahilində liman şəhəridir. Avtomobil yolları qovşağında yerləşir. Beynəlxalq aeroportdur. [1]
Tarixi
[redaktə | vikimətni redaktə et]1901-ci ildə Belçikanın müstəmləkə hakimiyyəti orqanları tərəfindən salınmışdır. [1]
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Mərkəzi Afrika Elmi Tədqiqatlar İnstitutu, Dağ-mədən işləri institutu, Kənd təsərrüfatının inkişafı institutu (1972), pedaqoji kollec var. Bukavu kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (çay, qəhvə, tərəvəz, sitrus). Yeyinti (o cümlədən pivə istehsalı), toxuculuq, metal emalı, kimya, əczaçılıq, mebel sənayesi, gəmi təmiri müəssisələri var. Tikinti materialları istehsal olunur. Turizm inkişaf etmişdir. Bukavu yaxınlığında “Ruzizi” SES-i, şəhərin şimal qərbində Kaxuzi-Biyeqa Milli Parkı var.[1]
Qalereya
[redaktə | vikimətni redaktə et]-
Kivu gölünün Bukavu şəhərindən görünən mənzərəsi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Bukavu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 57-58. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Bukavu şəhərinin qalereyası Arxivləşdirilib 2008-08-20 at the Wayback Machine
- Bukavu şəhəri məqaləsi