Cil (Lənkəran)
Cil | |
---|---|
38°51′00″ şm. e. 48°45′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd.[1] Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisi 2454 nəfərdir.[2]
Toponimiyası
[redaktə | vikimətni redaktə et]Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır.[3] Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur. Torpaq islahatına uyun olaraq aqrarislahat komissiyası yaradılmış (1997), sahələr əhaliyə paylanmışdır.[4]
Din
[redaktə | vikimətni redaktə et]Kənddə "Hüseyniyyə" məscidi dini icması fəaliyyət göstərir.[5]
Hidrologiyası
[redaktə | vikimətni redaktə et]Kənddə eyniadlı çay və göl vardır. Kənd ərazisindən axan Cil çayı mənbəyini Talış dağlarından götürür və Gamışovan mərdosuna tökülür. Hidronim "bataqlıq" mənasındadır. Gamışovan mərdosuna bitişik olan Cil gölü isə hazırda qurudulmuş və çay əkin sahəsinə çevrilmişdir.[3]
Görkəmli şəxsləri
[redaktə | vikimətni redaktə et]- Allahşükür Paşazadə — Şeyxülislam və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı.
- Əbdulqədir Cili — orta əsr sufi alimi.
Şəkillər
[redaktə | vikimətni redaktə et]-
Cil kənd məscidi
-
Cil kənd məscidi
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ 1 2 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- ↑ "Lənkəran Ensiklopediyası: Məlumat" (PDF). 2019-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-07.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)