Donavia
Donavia | ||||
---|---|---|---|---|
Донавиа | ||||
|
||||
Təsis olunub | 15 iyul 1925 | |||
Fəaliyyəti dayandırıb | 2016 | |||
Ana şirkət | Aeroflot | |||
Təyinat məntəqələri | 46 | |||
Qərargahı | Rusiya, Rostov-na-Donu | |||
Saytı | aeroflot-don.ru | |||
Vikianbarda əlaqəli mediafayllar |
Donavia — Rusiya ərazisində yerləşən aviaşirkət, Aeroflotun törəmə şirkəti. Zamanında daxili və beynəlxalq reyslər təşkil etmişdir. Hazırda avia şirkət öz fəaliyyətini dayandırmışdır.
Avia şirkət əsasən Rostov-na-Donu aeroptu, Soçi aeroptu, Krasnodar aeroportu və Mineralnıe aeroportu ərazisinə uçuşlar həyata keçirirdi. Aviaşirkətin əsas ofisi Rostov-na-Donuda yerləşir. 2009-cu ilə qədər Aeroflot-Don.
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir «Donavia» Aeroflotun törəmə şirkəti olaraq 15 iyun 1925-ci ildə təşkil edilmişdir. Müharibəyə qədər ancaq Moskva, Tiflis, Bakı və Xarkova uçuşlar həyata keçirilirdi. Yeni avia texnikasının alınması ilə Qroznı, Mineralnıye Vodı və Oryol şəhərlərinə uçuşlar təşkil edilmişdir. Avia şirkətdə işləyən təyyarəçilər Böyük Vətən müharibəsində fəal fəaliyyət göstərmişlər. Müharibənin sonunda təyyarəçilərdən səkkizi Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür.
1981-ci ildə xarici ölkələrə avia reyslər təşkil edilmişdir: Soçidən Bratislava, Budapeşt, Praqa. Bir müddət sonra isə Yaxın Şərq və Qərbi Avropaya reyslər təşkil edilir. Sovet hakimiyyəti dağıldıqdan sonra bazar iqtisadiyyatına keçildiyindən şirkət özəl kapitalla işləməyə başlamışdır. 2016-cı ildə avia şirkət fəaliyyətini dayandırmışdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]«Donavia» Rusiyanın iri şəhərləri və dünyanın bir çox ərazilərinə daimi və çater reysləri təşkil edirdi.
2014-cü il məlumatlna görə 12 ay ərzində 1,736,2 nəfəri daşımışdır. 2013-cü il göstəricilərindən 28,3% çoxdur. «Donavia» aşağıdakı şəhərlərə reyslər təşkil edirdi: Moskva, Sankt-Peterburq, Soçi, Stavropol, Mineralnıye Vodı, İrəvan, Daşkənd, İstanbul, Tel-Əviv, Yekaterinburq, Antalya Krasnodar, Şimferopol, Kalininqrad.
Donanma
[redaktə | mənbəni redaktə et]2015-ci ildə Donavianın balansında 10 təyyarə olmuşdur. Təyyarələrin orta isrifadə müddəti 10 ildir[1][2]:
Təyyarənin tipi | Sayı | Sifariş | Yer sayı | İstifadə | ||
C | Y | Ümumi | ||||
Airbus A319-100 | 10 | — | 12 | 126 | 138 | |
Sukhoi Superjet 100 | 0 | 7 | N/D | |||
Ümumi | 10 | 7 |
b737-500
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Авиакомпания Донавиа (Аэрофлот-Дон)". Russianplanes.net. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.
- ↑ "Парк ВС авиакомпании - Airbus A319". Aeroflot-don.ru. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-28.