Droid (Ulduz müharibələri)
Droid — "Ulduz müharibələri" elmi fantastik franşizasından müəyyən dərəcədə süni intellektə malik uydurma robot. Termin "android" sözünün qısaldılmış formasıdır[1] və əvvəlcə insan kimi görünmək və hərəkət etmək üçün nəzərdə tutulmuş robotlara istinad edirdi.[2] "Android" sözünün özü qədim yunanca "insan kimi" mənasını verən "androīdēs" sözündəndir.[3]
Yazıçı və rejissor Corc Lukas orijinal "Ulduz müharibələri" filminin 28 yanvar 1975-ci ildə tamamlanan ssenarisinin ikinci layihəsində "droid" terminindən istifadə etmişdir.[4] Bu sözün presedenti var – Mari Vulf adlı yazıçı bu sözü 1952-ci ildə "Dünyanın robotları! Qalxın!" hekayəsində işlətmişdir. Lukasın "Ulduz müharibələri" filminin ssenarisini yazarkən bu məlumatdan xəbəri olub-olmadığı, yoxsa bu termini özünün uydurduğu məlum deyil.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ droid Arxivləşdirilib 2011-07-27 at the Wayback Machine, The Word Guy. (November 9, 2009)
- ↑ Prucher, Jeff. Brave New Words: The Oxford Dictionary of Science Fiction. Oxford University Press. May 7, 2007. 6–7. ISBN 978-0-19-530567-8. July 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2016.
- ↑ "Definition of android | Dictionary.com". www.dictionary.com (ingilis). 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.
- ↑ "Adventures of the Starkiller (Second Draft) – Starkiller" (ingilis). 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.
- ↑ "I: Designing R2-D2 - 3dsf.info". sites.google.com. 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-07.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Astromech droid — Vukipediya saytında.