Entoni Perkins

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Entoni Perkins
ing. Anthony Perkins
Allan Uorrenin 1975-ci ildə çəkdiyi foto
Allan Uorrenin 1975-ci ildə çəkdiyi foto
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Hollivud, ABŞ
Vəfat səbəbi QİÇS
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Berri Berenson
Uşaqları Oz Perkins
Elvis Perkins
Atası Osqud Perkins
Fəaliyyəti aktyor
rejissor
Fəaliyyət illəri 1953-1992
Təhsili
Boyu 187 sm
Mükafatları "Qızıl qlobus" mükafatı
IMDb ID0000578
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Entoni Perkins (ing. Anthony Perkins; 4 aprel 1932, Nyu-York, ABŞ — 12 sentyabr 1992, Hollivud, ABŞ) — ABŞ aktyoru.

Entoni Perkins 4 aprel 1932-ci ildə anadan olmuşdur. Onun atası aktyor Osqud Perkins 1930-cu illərdə Brodveyin sahibi idi. O vəfat edəndə, oğlunun 5 yaşı var idi. Özünün biseksuallığını gizlətməyən zəif, utancaq aktyor televiziya aktyoru kimi fəaliyyətə başlayır. İlk kino rolunu isə rejissor Corc Kyukorun "Aktrisa" filmində ifa etmişdi.

Perkins 1957-ci ildə ilk dəfə olaraq Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatına namizəd olmuşdur. Onun ifa etdiyi bu rol Uilyam Uaylerin "Qızıl Palma Budağı"na layiq görülmüş "Dostluq nəsihəti" filmindəki Coş Börduell idi. O, eləcə də Sofi Lorenlə bir neçə filmdə çəkilmiş, Orson Uellslə işləmiş və 1961-ci ildə "Brahmsı sevirsinizmi?" filmindəki roluna görə Ən yaxşı kişi roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.

Onun ən uğurlu ifası "Psixo" filmindəki məşhur və unudulmaz Norman Beyts rolu oldu. Maraqlıdır ki, bu filmdən sonra onun karyerası enişə doğru getdi. O, öz istedadının qurbanı oldu. Tamaşaçılar artıq onu hər hansı başqa rolda təsəvvür edə bilmirdilər. Perkins bu filmin davamı olan daha 3 filmdə də çəkildi. Bu filmlərdən birinin rejissoru o özü idi. 1988-ci ildə o, kannibalizm mövzusunda "Şanslı" filmini çəkir. Qara komediya janrında çəkilmiş bu film onun ikinci və sonuncu rejissor işi idi.

Entoni Perkins 60 yaşında QİÇS xəstəliyindən vəfat etmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Aktyorun həyat yoldaşı Berri Berenson olmuşdur. O, 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktlarında təyyarələrin birində həlak olmuşdur[1]. Perkins və Berensonun övladları: Oz Perkins aktyor, Elvis Perkins isə musiqiçi kimi fəaliyyət göstərirlər.

Aktyorluq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  1. Aktrisa (1953) / The Actress
  2. Dostluq nəsihəti (1956) / Friendly Persuasion
  3. Çimərlikdə (1959) / On The Beach
  4. Yaşıl məkanlar (1959) / Green Mansions
  5. Psixo (film, 1960) / Psycho
  6. Brahmsı sevirsinizmi? (1961) / Goodbye Again
  7. Mühakimə (1962) / Le Procès
  8. Füsunkar səfeh qız (1964) / Une ravissante idiote
  9. Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
  10. Şirin zəhər (1968) / Pretty Poison
  11. Hiylə-22 (1970) / Catch-22
  12. Qapı arxasında kimsə var (1971) / Quelqu’Un Derriere La Porte
  13. Həyat və hakim Roy Binin vaxtları (1972) / The Life and Times of Judge Roy Bean
  14. Şərq ekspressində qətl (1974) / Murder in the Orient express
  15. Mollini sevərkən (1974) / Lovin' Molly
  16. Qara oyuq (1979) / The Black Hole
  17. Şimal dənizində işğal (1979) / North Sea Hijack
  18. Qış qətli (1979) / Winter Kills
  19. Psixo 2 (1983) / Psycho 2
  20. Psixo 3 (1986) / Psycho 3
  21. Napoleon və Jozefina (1987) / Napoleon And Josephine: A Love Story
  22. Zülmət qızı (1989) / Daughter Of Darkness
  23. Psixo 4: Başlanğıc (1990) / Psycho 4: The Beginning
  24. Qalın meşədə (1992) / In the Deep Woods

Rejissorluq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  1. Psixo 3 (1986) / Psycho 3
  2. Şanslı (1988) / Lucky Stiff
  1. "«48 Hours: And Then There Were Two»". 2013-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-23.

.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]