Fərəc Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fərəc Qasımov
Fərəc Cəfər Qulu oğlu Qasımov (Qasımzadə)
Fərəc Qasımov ailəsi ilə Rusiyanın Kislovodsk şəhərində
Fərəc Qasımov ailəsi ilə Rusiyanın Kislovodsk şəhərində
Doğum tarixi
Doğum yeri Salyan, Cavad qəzası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat səbəbi repressiya
Həyat yoldaşı Fizzə Əhəd qızı Qasımova
Milliyyəti Azərbaycanlı

Fərəc Cəfər oğlu Qasımov Bakı bəhai icmasının ruhani məhfilinin "nazimi" (sədri).[1]

1883-cü ildə Salyanda doğulub.[1] O, ərəb və fars dillərini mükəmməl bilən, dinlərin tarixinə yaxından bələd olan savadlı və hörmətli bir şəxs idi.[1]

Bakı bəhai icmasının ruhani məhfilinin sədri Fərəc Qasımov Azərbaycan KP MK-nın keçmiş katibi, UİK(b)P-nın məsul işçisi Yusif Qasımovun qardaşı oğlu idi.[1] Maraqlıdır ki, əmisi Leninqradda "xalq düşməni" adı ilə həbs ediləndən sonra ailənin başqa üzvlərini "xalq düşməninin qohumu" kimi deyil, məhz bəhai dininə mənsubiyyətinə və "hökumətə qarşı zərərli fəaliyyətinə" görə digər bəhailərlə eyni gündə həbs edilmişdilər.[1]

Professor Ətulla Qasımovun atasıdır.[1]

  1. 1 2 3 4 5 6 "AZƏRBAYCANDA BƏHAİLİK". ethnoglobus.az. ethnoglobus.az. 2019-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2019.