Gecyetişən armud
Gecyetişən armud | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Gecyetişən armud |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu,[1][2] Koreya armudu,[3][4][5] Tayvan armudu, alma armudu[6] və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | vikimətni redaktə et]Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir.
Botaniki təsviri
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 10–15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7–12 sm uzunluqda, 4–6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6–9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5–7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir. Aprel ayında çiçəkləyir, avqust-sentyabr aylarında meyvələri yetişir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]Soyuğa, istiyə rütubətə davamlı növdür. Çöl-çəmən torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Böyük Qafqazda, Lənkəran düzənliyində, Abşeronda bağ və parklarda rast gəlinir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Asiya armudu ət marinadlarında işlənilir, özəlliklə mal əti üçün marinadlarda, çünki onun tərkibində ətdəki zülalları yumuşaldan fermentlər var. Məsələn, Koreya mətbəxində o, bulqogi marinadında işlənilir.[7][8] Kimçi reseptlərində də Asiya armudunun püresi istifadə olunur.[9] Onun püresi həmçinin şəkərin əvəzinə sirkə və ya soya sousu əsasında hazırlanan souslara əlavə olunur.[10]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bailey, L.H.; Bailey, E.Z.; the staff of the Liberty Hyde Bailey Hortorium. Hortus third: A concise dictionary of plants cultivated in the United States and Canada. New York: Macmillan. 1976. ISBN 9780025054707.
- ↑ Şablon:PLANTS
- ↑ Lee, Ho-Sun; Isse, Toyoshi; Kawamoto, Toshihiro; Woo, Hyun-Su; Kim, An Keun; Park, Jong Y.; Yang, Mihi. "Effects and action mechanisms of Korean pear (Pyrus pyrifolia cv. Shingo) on alcohol detoxification". Phytotherapy Research. 26 (11). November 2012: 1753–1758. doi:10.1002/ptr.4630. PMID 22451246.
- ↑ Mishkin, Leah. "Korean pear season in full swing at Hamilton Township farm". NJTV News. 9 October 2017. 25 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2018.
- ↑ Coyne, Kevin. "Evergreen Farm Taps New Jersey Market for Ethnic Crops". The New York Times. 21 August 2009. 29 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2018.
- ↑ アジア1の生産を誇る延辺龍井リンゴ梨 接ぎ木から100周年を祝う. KoreaWorldTimes (yapon). 2021-05-17. 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-30.
- ↑ Hagedorn, David. "Cook Asian pears at your peril". Washington Post (ingilis). 2012-11-27. ISSN 0190-8286. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ Kim, Emily [Maangchi]; Roskin, Julia. "Bulgogi (Korean Grilled Beef) Recipe". New York Times Cooking (ingilis). 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.
- ↑ "Arxivlənmiş surət". 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
- ↑ Imatome-Yun, Naomi. "What You Should Know About the Bae Pear". The Spruce Eats (ingilis). 2019-08-18. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-22.