Həsən Həsənli
Həsən Həsənli | |
---|---|
Vəzifədədir | |
28 yanvar 2023-cü ildən | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Nazir | Emin Əmrullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1991 |
Doğum yeri | |
Təhsili | |
Uşağı | 2 |
Həsən Həbib oğlu Həsənli (1991, Naxçıvan) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən).[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Həsən Həbib oğlu Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.[1]
2015–2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
İngilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.
Karyerası
[redaktə | vikimətni redaktə et]Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.[1]
Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 "Elm və təhsil nazirinin yeni müavini təyin olunub". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
- ↑ "Nazirlik haqqında". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2022-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.