Haiti
Haiti | |||||
---|---|---|---|---|---|
Repiblik Ayiti République d'Haïti | |||||
| |||||
L'Union Fait La Force Azadlıq, bərabərlik, qardaşlıq |
|||||
Himn: The Dessalines Song |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Port-o-Prens -2 440 min (2015-ci il) | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Edgard Leblanc Fils | ||||
Baş nazir | Fritz Belizaire | ||||
Sahəsi | Dünyada 143-cü | ||||
• Ümumi | 27750 km² | ||||
• Su sahəsi (%) | 0,7 | ||||
Əhalisi | |||||
• Əhali | 10,1 milyon nəfər (88-ci) | ||||
• Siyahıyaalma (7.VIII.2003) | 7 929 048 nəf. | ||||
• Sıxlıq | 363 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 18,31 milyard dollar (145-ci) | ||||
• Adambaşına | 1 800 dollar | ||||
İnternet domeni | .ht | ||||
ISO kodu | HT | ||||
BOK kodu | HAI | ||||
Telefon kodu | +509 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Haiti Respublikası (fr. République d'Haïti və Haiti kreol : Repiblik Ayiti) — Karib dənizində Haiti adasının qərbində yerləşən ada ölkəsidir. Ölkənin yeganə quru sərhədinə malik qonşusu Haitinin şərqində yerləşən Dominikan Respublikasıdır.[1] Haiti Respublikası qərbdə Kuba və Yamaykayla, şimalda isə Baham Adaları ilə su sərhədlərinə malikdir.[2] Vest-Hind regionunda 11.4 milyon əhali sayıyla birinci yerdə qərarlaşır. 27750 km2 ərazisiylə regionda ən böyük 3-cü ölkədir. Ölkənin paytaxtı Port-o-Prensdir və ölkənin şərq sahilində-Qonav körfəzində yerləşir.[3]
1492-ci ildə Xristofor Kolumbun bölgəyə gəlişindən öncə adada Taino xalqı yaşayırdı.[2] X.Kolumbun gəlişiylə birlikdə bölgə 1697-ci ilə qədər ispan koloniyası olmuşdur. İndiki Haiti dövlətinin ərazisi olan bölgə İspaniya tərəfindən Fransaya verilir. Beləliklə adanın qərbi Santo Dominqo adlandırılır və fransız koloniyasına çevrilir. Kolonial rejimdən sonra 1804-ci ildə müstəqilliyini əldə edərək bölgədə ilk müstəqil dövlətlərdən biri olur.[3]
İlk müstəqil olduğu vaxtlardan günümüzə qədər ölkədə hər zaman siyasi qeyri-stabillik müşahidə edilmişdir. 2004-cü ildə baş verən hərbi çevriliş və 2010-cü ildəki Haiti zəlzələsi ölkənin iqtisadi və siyasi vəziyyətini daha da pisləşdirmiş, ölkənin stabilliyini dərindən sarsmışdır.[4] Haiti Respublikası BMT-nin və Karib Ölkələri Birliyinin qurucularından biridir.[5] Həmçinin ölkə BVF və ÜTT-nin də üzvüdür. Tarixi olaraq kasıb və qeyri-stabil olan Haiti Amerika qitəsində ən aşağı İnsan İnkişaf İndeksinə sahib olan ölkədir.[6]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Haitinin milli pulu qurd adlanır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "History". Taino Museum (ingilis). 2024-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
- ↑ "History of Haiti | Revolution, Independence, Flag, & Map | Britannica". www.britannica.com (ingilis). İstifadə tarixi: 2024-09-20.